Sumqayıt bulvarında ana dilinə və milli tariximizə yasaq ?- Poseydon ,Troya, , Rozenbaum… ARAŞDIRMA FOTOLARLA


Son illər Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri təqdirəlayiq hal olaraq qiymətləndirilməlidir. Şəhərdə yaşıllıq örtüyünün genişləndirilməsi, minlərlə ağac əkini, əhalinin istirahəti üçün münasib yerlərin təmin olunması çox yaxşı haldır. Bu baxımdan işlərin getdiyini etiraf etmək lazımdır. Amma müəyyən ciddi məsələlər var ki, şəhər rəhbərliyinin sanki nəzərindən uzaq düşüb.
Belə məsələlərdən biri, Sumqayıtda yeni salınan dənizkənarı bulvarda dövlət dilinə münasibət və bulvarda milli tarixi dəyərlərimizə ögey münasibətdir. Əgər Sumqayıtın yeni bulvarına istirahət etmək üçün yolunuz düşsə, iki əsas məsələyə diqqət edin. Bulvar boyu 4-5 km məsafədə buta simvolunu əks etdirən 1-2 kiçik  konstruksiyadan başqa (əslində butanı da heç düzgün əks etdirməyiblər) bütün incəsənət, memarlıq abidələri rus və ingilis ədəbiyyatının tərənnümünə həsr edilib.
Sumqayıt bulvarında əhalinin istirahəti üçün olan bütün restoran-kafelərin adı ingilis dilindədir. Yenə də adı 1-2 Azərbaycan dilində olan kafe görə bilərsiniz. Bulvarın bir başından başlayıb sonuna qədər getsəz, məsələnin nə qədər ciddi və narahatedici olduğunu görərsiz. 
Hətta bir neçə ay əvvəl ana dilimizdə olan bir restoran adını əcnəbi dilə dəyişdiriblər. 

Sumqayıt Bulvarında və ətrafında  fəaliyyət göstərən bəzi kafe və restoranların, yaşayış komplekslərin və s. adlarına fikir verin:
Poseidon Restaurant & Lounge, ", Genclik City Bowling & Restaurant ,
«Levent Sumqayıt Beach City» Yaşayış Kompleksi, Sumqayit City Park Bulvar, Açıq havada idman alətləri olan meydança - Outdoor Fitness, Port West Restaurant (əvvəl “Sərin” restoranı olub),yanında atlar olan  ”Troya” restoranı (hələ açılmayıb, amma adı qeyd olunub), The Positive Club Sumgait, “Priçallı” (qurma, süni ad) "Sweet restoran" PROUD fast food & drink" ,  
 Afford Pizza & Cafeteria , Vanilla Waffle, "Alinea" restoranı (parkda)
Bu hələ tam siyahı deyil. Görəsən, şəhər rəhbərliyi bu barədə nə düşünür ? 
Sumqayıt bulvarında ingilisdilli turistlərin sayı nə qədər olur ki, ingilis dili siyasəti belə təbliğ edilir? Bulvarda istirahət edən yerli sakinlərdir, yoxsa əcnəbilər ? Məntiq ilə götürəndə həmin restoran və kafe sahibləri yerli sakinlərə xidmət edirsə, xidmət obyektinin adını nə üçün əcnəbi dildə seçir ? Hər məsələyə müdaxilə edən məmurlar nə üçün çörəyini yediyi dövlətin dilinə bu qədər laqeyd yanaşırlar ?
Sual olunur ki,  Yunan mifologiyasında dəniz tanrısı Zevsin qardaşı sayılan Poseydonun adını Bulvarda restorana qoymaq nə qədər vacibdir ?! və ya qədim yunan şəhəri olan  Troyanın adının Sumqayıta, Azərbaycana nə qədər aidiyyatı var ki, onun adı restorana qoyulsun. Bunların milli ruha heç bir aidiyyatı yoxdur. Xaricdə bizim dildə nəsə qoyarlar ?!
O qədər Azərbaycan adları var niyə onlara üstünlük verilmir? Niyə məsələn, obyektlərə dənizlə bağlı Liman, Dəniz, Ləpədöyən, Sərin, Dalğa, Xəzri, Gilavar, Görüş və s yüzlərlə gözəl  və uyğun, milli ruhda Azərbaycan adları qoyulmur ?! Bundan başqa, milli adlara bu cür münasibətlə  həm də dillə bağlı qanun pozulur.
Bildiyimiz kimi, ad alanda ilk olaraq Ədliyyə Nazirliyinə müraciət olunur. Öz növbəsində isə nazirlik tərəfindən yalnız həmin adın uyğun olub-olmaması yoxlanılır. Bu zaman həmin adların nə orfoqrafik tərkibi, nə də mənşəyi yoxlanılır. Hər hansı əcnəbi adını götürüb, məsələn, "restourant" sözünün elə olduğu kimi yazılması, işlənməsi bu qaydalara uyğun deyil. "Reklam haqqında" qanuna görə, əgər yazılan ad əcnəbi dildədirsə, ondan əvvəl mütləq Azərbaycan dilində həmin sözün tərcüməsi yazılmalıdır. Bu zaman Azərbaycan dilində olan hissə əcnəbi dildə olan sözdən iri hərflərlə yazılmalıdır". Bu qayda burada tam pozulur.
Bu məsələdə günahı icarədarların da üstünə atmaq olmaz. Çünki obyektlərin demək olar ki, hamısı yerli məmurlara məxsusur. Bir çoxlarının isə adı icarəyə verilməmiş artıq adı qoyulub. Həm də bulvar özəl ərazi deyil, dövlətə məxsusdur,  büdcədən maliyyələşir.
Bulvarda zövqsüz, şablon və əsasən nüsxələmə olan, sənət əsərlərindən uzaq səpələnmiş  heykəllərin əksəriyyəti də milli adət-ənənlərə uzaq elementlərdir.
Məsələn, nə qədər yaxşı musiqiçi, müğənni olsa da, Aleksandr Rozenbaumun, “baboçka” taxan pensiyaçı kişinin, zəncirlənmiş çılpaq  uşaqların, bizimkilərə oxşamayan “nərdoynayanların”, rəqs edən cütlüklərin, keçən əsrdəki rus xanımların obrazını əks etdirən heykəllərin Azərbaycanın milli adətlərinə nə qədər aidiyyatı var?!
Əlbəttə, ümumbəşəri dəyərlər, hətta müasir   üslub lazımdır və vacibdir. Amma  bu dərəcədə yox…
 
Olmaz ki, bulvarda böyük Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin ədəbi- bədii yaradıcılıq motivləri, xalq, folklor nümunələrimizin, nağıl personajlarımızın, dastanlarımızın - Cırtdanın, Koroğlunun, Dədə Qorqudun obrazları əsasında tarixi mirasımızın təbliği istiqamətində iş görülərdi, nəinki qədim yunan mifologiyası, rus ədəbiyyatı təbliğ edilsin. Bulvara, parka məsələn, Hacı Zeynalabdin Tağıyevin  heykəlini qoymaq çox gözəl olardı.
Nəzərə alsaq ki, bulvar şəhər əhalisinin, gənclərin sıx istirahət mərkəzidir o zaman gənclərin təlim-tərbiyəsi baxımından milli tariximizin yüksək səviyyədə təbliğatı əvəzinə,  yad mədəniyyətlərin təbliğini görəndə məcbur olub düşünməyə başlayırsan. Əcəba, bu sahəyə cavabdeh olan şəxsin kökündə mənsub olduğu milli mədəniyyətə mənfi münasibət hardandır?

Pərviz Fəridov




































30-08-2021, 20:03 1 041

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 20:06
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964