Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasından 6 il ötüb


Martın 9-da 2017-ci ildə Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasının 6-cı ili tamam oldu.
“Qafqazinfo” xəbər verir ki, “Ford Transit” markalı mikroavtobusun törətdiyi həmin hadisə ölkədə, xüsusilə də Bakı və paytaxt ətrafında davam edən qanunsuz sərnişindaşıma fəaliyyətini gündəmə gətirmişdi. Müşahidələr göstərir ki, 6 il əvvəl Sumqayıt Dövlət Universitetinin 6 tələbəsinin ölümünə səbəb olan qanunsuz və nəzarətsiz sərnişindaşıma fəaliyyəti geridə qalan müddətdə nəinki aradan qaldırılıb, əksinə, bu sahədəki böhran və pərakəndəlik daha da dərinləşib.
Nəqliyyat Nazirliyinin ləğvindən sonra bu sahənin tənzimlənməsi məqsədilə yaradılmış qurumların – Bakı Nəqliyyat Agentliyi (BNA) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sərnişindaşıma fəaliyyətinin mərkəzləşdirilməsi ilə bağlı bir araya gələ bilməməsi də vəziyyəti qəlizləşdirir.
Belə ki, hazırki şəraitdə BNA yalnız paytaxt ərazisində sərnişindaşımaya nəzarət edir, AYNA isə paytaxt ətrafında - Abşeron rayonu (Xırdalan, Masazır, Saray, Müşfiqabad və sair) və Sumqayıt da daxil olmaqla bütün ölkə üzrə sərnişindaşımanın tənzimlənməsini həyata keçirir. Halbuki Abşeron rayonu və Sumqayıtın yüzminlərlə əhalisi hər gün paytaxt ərazisinə daxil olub geri qayıdır. Bu istiqamətdə koordinasiyanın olmaması isə qanunsuz sərnişindaşımanı stimullaşdırır və faciəvi hadisələrə zəmin yaradır. Həmçinin paytaxt ərazisində ictimai nəqliyyatı stimullaşdıran tədbirlərin görülməməsi, böyüktutumlu avtobusların tıxaclarda qalması, marşrut şəbəkəsinin hələ də istənilən səviyyədə şaxələndirilməməsi də qanunsuz sərnişindaşıma fəaliyyətinə münbit şərait yaradır.
Fotoda: 6 il əvvəl mikroavtobus qəzasında vəfat edən tələbələr

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirib ki, qanunsuz sərnişindaşımaya səbəb olan bir çox sosial amillər var: “Agentlik tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində aparılan təhlil və müşahidələr onu göstərir ki, müntəzəm marşrutlarla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslər fəaliyyət göstərir. Həmin şəxslər barədə qanunamüvafiq tədbirlərin görülməsi səlahiyyətlərimizə aid olmadığı üçün tərəfimizdən hər hansı bir addım atıla bilmir. Lakin onların fəaliyyətləri, avtobusların işlədiyi ərazilər barədə aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanır. Xüsusilə, 20 Yanvar, 28 May, Koroğlu metrostansiyası, o cümlədən qəsəbələrarası qanunsuz işləyən mikroavtobuslar çoxluq təşkil edir. Həmin nəqliyyat vasitələrinin daşımalardan kənarlaşdırılması istiqamətində səlahiyyətli dövlət qurumları işlər aparır”.
V.Məmmədzadə əlavə edib ki, qeyri-qanuni daşımalar müntəzəm xidmət göstərən marşrutların fəaliyyətinə mənfi təsir göstərir: “Bu halları aşağıdakı kimi sadalaya bilərəm:
Dayanacaq məntəqələri zəbt edilir;
- Küçə və prospektlərdə sərnişin götürmək üçün qanuni işləyən xətt avtobusları ilə ötmə əməliyyatları edirlər;
- İnsan ölümü, ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olurlar;
- Yollarda sıxlıqların yaranmasına təsir edirlər;
- Sərnişin daşımaqla eyni istiqamətdə xidmət göstərən daşıyıcıların (xəttin qanuni istismarçısı) gəlirlərinə mənfi təsir edirlər, bu da öz növbəsində sahibkarın avtobus parkının saxlaması, maliyyə, təmir işlərinin aparılmasına süni maneələr yaradır;
-  Müqaviq kateqoriyası olan, qanuni əsaslarla işləyən sürücülərin qanunsuz sərnişindaşımaya axın etmələrinə təsir edirlər. Bu hal Bakı şəhəri üzrə sürücü çatışmazlığına səbəb olur, marşrut xətləri üzrə avtobusları idarə edən sürücü sayına təsir edir. Tələbə uyğun (1 avtobus üçün 2-3 sürücü) şəhər üzrə ümumi  sürücü bazasının formalaşdırılmasına çox ciddi əngəl yaradır”.
Fotoda: "20 Yanvar"dan Xırdalana qanunsuz sərnişin daşıyan mikroavtobus

BNA-nın şöbə müdiri qeyri-qanuni daşımaların aradan qaldırılması ilə bağlı Bakı şəhərinin əsas cəlbetmə məntəqələrinin, həmçinin, ətraf kənd və qəsəbələrin analiz edildiyini də qeyd edib: “Tərəfimizdən qanuni şəkildə xidmət göstərməsi planlaşdırılan qəsəbədaxili marşrutların təşkil edilməsi istiqamətində işlər aparılır”.
Mövcud qanunvericiliyə əsasən qanunsuz sərnişindaşıma fəaliyyəti inzibati xəta hesab edilir və bu hala yol verən şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Lakin praktikada qeyri-leqal sərnişindaşıma fəaliyyəti göstərən taksi, mikroavtobus və avtobusların məsuliyyətə cəlb edilməsi halları baş verənlərin çox cüzi hissəsini əhatə edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı inzibati tədbirlər görmək səlahiyyəti isə Daxili İşlər Nazirliyinə məxsusdur.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli isə saytımıza bildirib ki, problemin kökündə marşrut şəbəkəsinin istənilən səviyyədə olmaması dayanır: “Bu gün qanunsuz işləyən avtobus və mikroavtobuslar əsasən Sabunçu, Suraxanı, Xəzər rayonu ərazisində fəaliyyət göstərirlər və metroların çıxışlarına sərnişin daşıyırlar. DYP bu cür qeyri-qanuni xidmət göstərən, texniki nasaz, sərnişindaşımaya yararlı olmayan nəqliyyat vaistələri ilə mübarizə aparır və onları xətdən uzaqlaşdırır, barələrində qanuni tədbirlərini görür. Lakin bu problemlərin həlli birbaşa aidiyyəti qurumların öz üzərlərinə düşür. İnsanların nəqliyyat ehtiyaclarını düzgün, müntəzəm marşrut xətləri ilə əvəzləməsi bu cür qanunsuz fəaliyyət göstərən şəxslərlə mübarizənin əsas metodikasıdır. Yəni bu insanlar tələb-təklif qaydalarına əsasən işləyir. Həmin istiqamətlərdə marşrut tapa bilmirlər. 1 manatlıq taksilərlə, qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələri ilə belə hərəkət etməyə məcbur olurlar. Təxminən son iki ay ərzində bu formada fəaliyyət göstərən 100-dən çox nəqliyyat vasitəsi təkcə Sabunçu, Xəzər və Suraxanı rayonunları ərazisində xətdən uzaqlaşdırılıb. Bu cür məsələlərin həllini Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi o vaxt tam kökündən həll edə bilər ki, həmin insanların fasiləsiz, düzgün xidmət göstərən marşrut xətləri olsun. Heç kim normal şəraitdə olanı qoyub sınıq-salxaq, təhlükəsizliyə uyğun gəlməyən, natəmiz avtobuslara minməz. Bunu həll etmək lazımdır”.
Fotoda: Müşfiqabad qəsəbəsinə sərnişin yığan mikroavtobus

Araz Əsgərli əlavə edib ki, Bakı şəhərinin mərkəzində qanunsuz sərnişindaşıma halları demək olar ki, yoxdur: “Çünki mərkəzdə normal fəaliyyət göstərən marşrut şəbəkəsi var. Bu da bariz nümunədir”.
Qeyd edək ki, hazırda Bakıda ən çox qanunsuz sərnişindaşıma fəaliyyəti metronun “20 yanvar” stansiyasından Xırdalan, Masazır, Sumqayıt, Müşfiqabad qəsəbələri, metronun “28 May” stansiyasından Hövsan istiqamətinə, metronun “Koroğlu” stansiyasından Bakı kəndləri istiqamətinə və geriyə müşahidə edilir. Bununla yanaşı, Ziya Bünyadov prospektində, Lökbatan istiqamətində, “Binə” və “Sədərək” ticarət mərkəzlərinə və geriyə olmaqla çoxsaylı qeyri-leqal sərnişindaşıma halları davam edir.
Xatırladaq ki, son illərdə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən - istirahətsiz işləyən, alkoloji və narkoloji yoxlamadan keçməyən, təcrübəsiz sürücülərin səbəb olduğu qəzalar onlarla insanın həyatına son qoyub. Təkcə 2019-cu ilin iyulunda Bakı-Masallı istiqamətində qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən “Mercedes Vito” markalı mikroavtobusun qəzaya uğraması 8 nəfərin həyatına son qoyub. Həmin vaxt rəsmi qurumların açıqlamasında mikroavtobusun sürücüsünün istirahətsiz fəaliyyət göstərməsi və gecə saatlarında Masallıdan paytaxta gəldikdən 1 saat sonra sərnişinləri götürüb geri qayıtması bildirilmişdi.
Fotoda: Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan mikroavtobus


14-03-2023, 11:08 176

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903