Jukov niyə SSRİ rəhbəri ola bilmədi? - Eyzenhauer ABŞ prezidenti oldu, Çörçill isə istefaya getdi...

 
Əgər Stalin bir az zəif rəhbər olsaydı, II dünya müharibəsindən sonra SSRİ-də hakimiyyətə, bilirsiniz, kim gələcəkdi?
“Qələbə marşalı” adlandırılan Georgi Konstantinoviç Jukov gələcəkdi.
Bu, qələbə ilə bitən böyük müharibələrin fitrətində var: müzəffər komandan mütləq daha böyük mərtəbələrə qaldırılır. Onların şöhrətinin qarşısında bütün siyasi rəqibləri əzilir. Dəfinə çələngi özü uça-uça gəlib onların başına qonur.
Davud peğəmbərdən, Yuli Sezardan tutmuş ta Nadir şah Əfşara, Napoleon Bonaparta qədər onlarla müzəffər sərkərdə sırf hərbi zəfərləri sayəsində krallıq, padşahlıq taxtına oturub.
Elə Jukovun müasiri, müttəfiqi, Hitler Almaniyası üzərində qələbənin qazanılmasında böyük xidməti olan amerikalı general Duayt Eyzenhauerin də sonradan iki dəfə ABŞ prezidenti (1953-61) seçilməsi məhz qazandığı qələbənin, hərbi şöhrətinin bəhrəsidir.
Jukovun bəxti isə ona görə gətirməyib ki, vaxtilə Jukovdan da ağıllı, hiyləgər, savadlı, qorxmaz, ambisiyalı Trotskini, Buxarini, Zinovyevi, Kirovu, marşal Tuxaçevskini və onlarca başqa rəqibini bu və ya digər şəkildə öz yolundan kənarlaşdıran Stalin milyonlarla əsgəri qurban verərək “qələbə marşalı” olmuş Jukovun ambisiyasını elə beynindəcə boğub, onun marşalın dilinə gəlməsinə, komandasına sirayət etməsinə imkan verməyib. Jukov qələbədən sonra müdafiə naziri postuna 1 nömrəli namizəd olub. Ancaq, görün, Stalin nə edib?
9 iyun 1946-cı ildə Jukov piyada qoşunlarının baş komandanı vəzifəsindən - SSRİ müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb və Odessa dairəsi qoşunlarının komandanı təyin edilib. Kompartiyanın mərkəzi komitəsinin 1947-ci ilin fevralında keçirilmiş plenumunda isə “qələbə marşal”ını partiyanın MK-nın üzvlüyünə namizədlər siyahısından çıxarıblar.
Əslində Stalin onu tamamilə məhv edə bilərmiş, əlində Jukova qarşı “trofey kompramatı” varmş. Məsələ ondadır ki, Jukov Almaniyadan qayıdanda Hitlerin ölkəsini qarət etdirib, sırf özü üçün 19 vaqon bahalı əşya (avtomobillər, mebellər, piaonolar, çilçıraqlar, xalçalar, xəz məmulatları, qab-qacaqlar və s.) gətirib. Ancaq Stalin onun hitlerizm üzərindəki qələbədə rolunu, sovet xalqının arasındakı fenomenal şöhrətini, 3 dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasını, saysız-hesabsız ordenlərin sahibi olmasını nəzərə alaraq cəzasını fəxri sürgünlə əvəz edib.
Bunları ona görə yazıram ki, “müzəffər sərkərdə” faktorunun nə qədər güclü və önəmli olduğu anlaşılsın.
Hazırda Qarabağ probleminin hərbi yolla, yüzdəyüz Azərbaycan dövlətinin xeyrinə həll olunduğu, 35 ildən bəri güdül qalan ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bir vaxtda hərbi zəfərin qazanılmasında 1 nomrəli pay sahibi olan İlham Əliyevin şöhrətinin qarşısında bəzi müxalifət liderlərinin əndişə içində olduğu hiss olunur.
Onlardan bəziləri bu xidmətin dəyərini azaltmaq üçün “qələbəni əsgər qazanıb”, “bəs 17 il nəyi gözlədi”, “Rusiya ilə Ermənistanın arası dəyməsəydi...” kimi arqumentlər irəli sürürlər, Əliyevin tarixi xidmətinə kölgə salmağa çalışırlar.
Bu, əbəs cəhdlərdir. O qələbəni kim qazansaydı, xalqın sevimlisi, alternativsiz rəhbəri olacaqdı. İş elə gətirdi ki, bu şöhrət çələngini başına qoymaq İlham Əliyevin qismətinə düşdü.
Uzun illər parçalanmış vətəndə yaşamış, natamamlıq kompleksindən əziyyət çəkən xalq üçün düşmən üzərində qəti və tam qələbəni kimin qazanmasının elə də fərqi yoxdur. Ona qələbə lazım idi. Ona görə də xalq bu qələbənin qazanılmasında böyük xidməti olan baş komandanı müqəddəsləşdirməkdə davam edəcək.
Görünür, müxaliflər də anlayırlar ki, bura İngiltərə, xalqımız isə ingilislər deyil ki, II dünya müharibəsindəki qələbənin 2-ci ayının tamamında müzəffər siyasi xadim Uinston Çörçillin partiyasına səs verməsinlər və o, istefa verməyə məcbur olsun.
Təsəvvür edin, dünya müharibəsi başlayır, 1940-cı ildə baş nazir Çemberlen istefa verir, qalib partiyanın lideri Qalifaks baş nazir postuna yiyə durmur, minnətçi düşüb Çörçili hakimiyyətə gətirirlər, o müharibədə qələbə qazanır, iki aydan sonra deyirlər, ta sənə yaxşı yol, indi başqa baş nazir seçəcəyik.
Azərbaycan xalqı isə fərqlidir. O, böyük xidmətlərə böyük qiymətlər verir, əbədi minnətdar olur, qalib gələni toxunulmaz elan edir. Ümumiyyətlə, bu, Şərqə xas xüsusiyyətdir. Bu, qədimlərdə İsrail krallarını peyğəmbər elan edən Şərqdir.
Bu baxımdan indiki müxalifətin işi çətindir, xeyirlərinə olmayan böyük bir faktın qarşısındadırlar.
Bu gerçəkliklə barışıb-barışmamaq, hesablaşıb-hesablaşmamaq onların öz işləridir, ancaq elə etməlidirlər ki, heç olmasa xalqın gözündə cığallıq edirmişlər kimi görünməsinlər.//Musavat.com 

26-10-2023, 09:30 139

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102