
“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının 2025/2026 mövsümündə penaltilərdən yararlanmamaq baxımından uğursuz statistik göstərici ilə gündəmə gəlib.
Sumqayit.tv Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi mövsüm ərzində qazandığı 8 penalti zərbəsinin yalnız 3-nü qola çevirə bilib. Komanda bununla 5 penalti imkanını boşa verib.
XXIX turun “İmişli” ilə səfər matçında (2:0) isə Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib və bu göstərici daha da pisləşib.
Beləliklə, “Sumqayıt” XXI əsrdə Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti qaçıran komanda kimi antirekorda imza atıb.
Bundan əvvəl bu göstəricidə “Şəfa” (2001/2002), “Qarabağ” (2020/2021) və “Sabah” (2022/2023) komandaları hərəsi 4 uğursuz penalti ilə ön sıralarda yer alırdı.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Ümumi dəqiqlik faizi isə 80-dir.
Bu gün, 13:09
10