Məlahət İbrahimqızı: " Beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi ali prinsiplərə əməl etmirlər"


Beynəlxalq təşkilatlar söhbət Azərbaycandan getdiyi zaman özlərinin qəbul etdikləri ali prinsiplərə əməl etmirlər.
Bunu ikili standartların bariz nümunəsi kimi qiymətləndirmək olar. Bunun bir daha 5 dekabrda irqçiliyə qarşı mübarizə mövzusunda UNESCO tərəfindən Braziliyada təşkil edilmiş konfransda şahidi olduq. Bu tədbirə müxtəlif ölkələrdən çox sayda yüksək vəzifəli qonaqlar, QHT-lər və media nümayəndələri qatılmışlar. Tədbir San Paulo şəhərində keçirilmişdir. Azərbaycanı bu tədbirdə millət vəkili, Qərbi Azərbaycanlılar icmasının üzvü Məlahət İbrahimqızı (Həsənova) təmsil etmişdir. Bu ölkədəki Səfirliyimiz aldığı təlimatlar əsasında öz diplomatik dəstəyini əsirgəməmişdir.
Maraqlıdır ki, elə həmin tədbirdə bir nəfər afrikalı QHT nümayəndəsi ölkəmiz haqda 2-3 cümləlik tənqidi fikirlərini söylədi və təşkilatçılar buna imkan yaratdı. Halbuki sessiyanın mövzusu ümumiyyətlə münaqişələr, regionumuzla bağlı deyildi. Bunun haradan sifariş edilməsi bəllidir.
Konfransın gedişatında məlum olmuşdur ki, tədbirin təşkilatçıları hər vəchlə bizim nümayəndəmizə, millət vəkili Məlahət İbrahimqızına söz vermək istəmirlər. Sonra diplomatik müdaxilə nəticəsində bu nəhayət ki, mümkün oldu. Tədbir iştirakçıları, üzv dövlətlərin nümayəndələri, UNESCO və digər təşkilatların rəhbər şəxsləri Qərbi Azərbaycanlıların haqq səsini, tarixi ədalətin bərpa edilməsi və ikili standartların aradan qaldırılması barədə çağırışları eşitdi. Azərbaycanın Ermənistandakı mədəni irsinin yerin üzündən silinməsi, onun erməniləşməsi, UNESCO başda olmaqla dünya ictimaiyyətinin buna biganə qalmaması vacibliyi qeyd edildi. Qərbi Azərbaycanlılarının insan haqlarının pozulması, onların mədəni irsinin Ermənistanda dağıdılması, talan edilməsi və süni şəkildə erməniləşdirilməsi barədə fakt-araşdırıcı missiyanın təşkilinə dair çağırış səsləndi. Millət vəkilimizin çıxışı beynəlxalq təşkilatlarla münasibətlərimizdə, daha doğrusu onlarla necə mübariz olması prosesində yeni səhifə açdı. Konfrans zamanı Braziliyanın İrqi bərabərlik naziri, digər rəsmiləri ilə də görüşlər keçirdi, onlara Qərbi Azərbaycanlıların İcması haqda, Ermənistandakı mədəni irsimiz barədə məlumatlar təqdim etdi. UNESCO-nun bu sahədə çox iş görə biləcəyini vurğuladı.
Xatırladaq ki, Azərbaycanın dəfələrlə səsləndirdiyi müraciətlərə baxmayaraq, nəinki UNESCO-nun rəhbəri, qurumun digər yüksək vəzifəli nümayəndələri də 30 ildən çox işğal altında qalmış ərazilərimizə bir dəfə də olsun səfər etməyiblər. İstəməyiblər. Bunun səbəbi aydındır. Bəs indi, Ermənistanda bizim mədəni irsimizə münasibətdə göstərilən biganəlik nədir? Xatırlatmaq yerinə düşər ki, UNESCO-nun baş direktoru Odri Azule Ukraynaya ikigünlük səfər etmişdi. Orada dağıdılmış və ziyan dəymiş mədəni obyektlər daxil olmaqla, Ukraynanın digər mədəniyyət abidələrini də ziyarət etmişdir. Ölkəmizə münasibətdə onun inkarlığı və ikili standartları yəqin ki hələ də davam edəcək. Braziliyada bu mümkün olmadı. Bunun tam əksi oldu.

6-12-2023, 16:59 186

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041