Edamdan əvvəl lüt soyundurulan admiral – bu “cəza” Hitlerin şəxsi göstərişi olub...



Nasistlərin hakimiyyətə gəlişindən sonra Vilhelm Kanaris Adolf Hitlerin ən etibarlı adamlarından biri sayılıb.
Fürerin admirala inamı o dərəcədə böyük olub ki, o, mötəbər toplantılarda “Almaniyanı Kanarisə etibar etmək olar” kimi ifadəni dəfələrlə təkrarlayıb. Fürerlə münasibətlərinin isti olmasına baxmayaraq, Kanaris Almaniyanın yüksək ranqlı məmurları üçün arzuolunmaz şəxs olub. Belə ki, sonsuz səlahiyyətlərə sahib olan admiral həmkarlarına qarşı həmişə sərt və kobud münasibət sərgiləyib...
KANAR.jpg (87 KB)
1887-ci ildə Almaniyanın Aplerbek şəhərində anadan olan Vilhelm Kanarisin atası metallurgiya zavoduna sahib olduğundan ailə zəngin yaşayıb və onun yüksək təhsili üçün maddi problem olmayıb. Valideynləri onu gələcəkdə metallurq görmək istəsələr də, Kanaris hələ orta təhsil illərindən dəniz donanmasına maraq göstərib. 1905-ci ildə Vilhelm Kanaris hərbi-təlim gəmisində kursant kimi xidmətə başlayıb, daha sonra Hərbi Dəniz Donanması Akademiyasında ali təhsil alıb.
Kanaris 1935-ci ilə qədər Almaniyanın hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmilərdə komandir köməkçisi, qərargah rəisi, gəmi komandiri və digər vəzifələrdə xidmət edib, xarici ölkələrdə dəniz kəşfiyyatlarında uğurlu əməliyyatlara imza atıb.
Nasistlər hakimiyyətə gəldikdən sonra Vilhelm Kanaris bacarıqlı və tanınmış bir mütəxəssis kimi diqqətdən kənarda qalmayıb. Xüsusilə, onun kəşfiyyat işini mükəmməl bilməsi Hitlerin diqqətini daha çox cəlb edib. İkinci Dünya müharibəsinə hazırlaşan fürer Kanarisi 1935-ci ildə “Abver”ə (hərbi kəşfiyyat və əks-kəşfiyyat xidməti) rəhbər təyin edib, əvvəlcə ona vitse-admiral, 1940-cı ildə isə admiral rütbəsini verib.
KANARİS.jpg (84 KB)
Aldadıcı manevrləri ilə fürerin etimadını qazanan Kanaris qısa müddət ərzində “Abver”in strukturunu genişləndirərək bu qurumu təkcə Almaniyada deyil, bütün Avropada tanıtdırıb.
Həmin dövrdə “Abver”in fəaliyyəti haqqında təsəvvür yaratmaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir. 1936-cı ildə İspaniyada Frankonun hakimiyyətə gəlməsi məhz Kanarisin keçirdiyi genişmiqyaslı əməliyyatların nəticəsi olub. Bununla da o, İspaniyada da əsas söz sahiblərindən birinə çevrilib. Franko özü də yaxşı anlayıb ki, İspaniyanın idarə olunmasında Kanarisin agentlərinin ölkədə böyük və həlledici rolu var.
Hitlerin Vilhelm Kanarisə güvəni artıqca Kanarisin də ona xəyanəti artıb. İkibaşlı oyuna girişən admiral siyasi müstəvidə ən hiyləgər oyunçuya çevrilib. Hələ 1939-cu ildə Hitleri hakimiyyətdən devirmək istəyəndə çevriliş planını cızanlardan biri məhz Kanaris olub. Ancaq bu çevriliş baş tutmayanda Kanaris sudan quru çıxıb, çevrilişə cəhd edən digər “Abver” əməkdaşlarını şəxsən aradan götürərək bütün izləri itirib. Bu “çevikliyinə” görə isə admiral fürerdən növbəti mükafatını alıb.
1941-ci ildən başlayaraq Kanarisə həvalə olunan gizli əməliyyatların uğursuz yekunlaşması admiralın nüfuzuna mənfi təsir göstərib. Xüsusilə, “Yovşan” şərti adı altında Cənubi Afrikada üsyan, Qafqazda “Şamil”, Əfqanıstan-Hindistan qarşıdurmasında “Pələng” əməliyyatları uğursuzluqla nəticələndiyindən Hitlerin “Abver”ə münasibəti tam dəyişib.
KANAR SON.jpg (64 KB)
1943-cü ildə isə gestapo Hitlerə qarşı sui-qəsdə hazırlaşan “Abver” əməkdaşlarını ifşa edəndə fürer bu qurumun bir sıra səlahiyyətlərini “SS”ə verib. Amma “Abver”in qaranlıq günləri bununla bitməyib.
1944-cü ilin iyulunda Hitlerə sui-qəsd cəhdi zamanı bu qurumun digər əməkdaşları kimi rəisi Kanaris də həbs olunub.
Məhkəmə onun sui-qəsd cəhdində iştirakını sübut edə bilməyib. Kanaris bu dəfə də sudan quru çıxacağına ümid edib. Əslində elə fürer də onu sərbəst buraxacağı haqqında düşünüb. Bu dəfə admiral özü-özünü tələyə salıb. Kanaris Flossenbyurq düşərgəsində saxlanılanda onun mənzilində və bağ evində axtarış apararkən admiralın gündəliyi ələ keçib. Bu gündəlikdə Kanaris Britaniya kəşfiyyatı ilə işbirliyi haqqında ətraflı qeydlər aparıb.
KANARA.jpg (94 KB)
8 aprel 1945-ci ildə Flossenbyurq məhkəməsində Vilhelm Kanarisin məhkəməsi başlayıb. Məhkəmə elə həmin gün admiral haqqında edam hökmü çıxarıb. Hökm aprelin 9-da icra olunub. 58 yaşlı admiralın edamı digər edamlardan fərqlənib. Hitlerin göstərişi ilə onu təhqir etmək və tam aşağılamaq üçün lüt soyundurduqdan sonra asıblar, bu səhnə bir sutka ərzində yerli əhaliyə nümayiş etdirilib.
Sonralar o da məlum olub ki, Kanaris İkinci Dünya müharibəsi illərində, “Abver”ə rəhbərlik etdiyi dövrdə 500-dən artıq yəhudini “Abver”in agenti adı altında Almaniyadan çıxararaq xilas edib. Vilhelm Kanarislə bağlı daha maraqlı faktlardan biri isə onun 1941-ci ildə sovet hərbi əsirlərinə verilən amansız işgəncələrə etiraz etməsi olub. Bunlarla yanaşı, bəzi araşdırmaçıların qənaətinə görə, Kanaris Almaniyanın birinci kürsüsünə də göz dikib.

//Musavat.com

1-07-2024, 15:39 190

Digər xəbərlər

Tender qalibi MMC yenə gündəmdə – Sumqayıtda iki müqavilə

Sumqayıt sakininin idarə etdiyi avtomobil Qubada piyadanı öldürdü

Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığının Yeni Siyasi Çərçivəsi

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda dəmir yolundan 67 min manatlıq metal oğurlayanlar SAXLANILDI

Qurumlar sosial şəbəkə rəylərini izləyirmi? – Sumqayıt TV rəsmi sorğu göndərdi

Sumqayıtda sürücülük vəsiqəsi almaq asanlaşır

Sumqayıtda Türkiyə vətəndaşı ölmüş halda tapılıb

Prezident İlham Əliyev Naxçıvanda yeni təyinatlarla idarəçilikdə şəffaflıq və məsuliyyət mesajı verdi

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Sumqayıt sakinləri üçün AZAL reyslərində “powerbank” istifadəsinə yeni qadağa tətbiq olunacaq

Mehdiabadda kafedə bıçaqlanma: iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb – TƏFƏRRÜAT

Sumqayıtda müntəzəm marşrut avtobusları üçün yeni tələblər müəyyən edilib

Sumqayıtda kişi restoranın pilləkənlərindən yıxılaraq ölüb

Sumqayıtda bir gündə iki avtomobil yanıb

Prezident İlham Əliyevin 12 noyabr çıxışı dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirildi - FOTO/ VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı

Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 986
Bu gün, 13:51
Bu gün, 11:52
Bu gün, 11:42
Bu gün, 10:55
Bu gün, 10:36
Bu gün, 10:14
Dünən, 15:00
Dünən, 13:31
Dünən, 13:15
Dünən, 13:01
Dünən, 12:35
Dünən, 12:20
Dünən, 12:05
Dünən, 12:00
Dünən, 11:47
Dünən, 11:21
Dünən, 11:06
Dünən, 10:49
Dünən, 09:15
Dünən, 09:00
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
1 2 3 4 5 6 7 8 9 10 ... 986