Səbinə Salmanova: "Prezidentin yeni sərəncamı şəhər mühitinin keyfiyyətcə yenilənməsinə xidmət edir"

 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə imzaladığı sərəncam dövlətimizin uzunmüddətli inkişaf strategiyasının məntiqi və ardıcıl davamıdır. Bu mühüm sərəncam Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni mərhələyə keçidini, müasir memarlıq yanaşmaları ilə milli-mədəni irsin vəhdətini təmin etməyə yönəlmiş strateji çağırışdır.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olunur: “Xüsusilə paytaxt Bakı ilə yanaşı, bölgələrdə müasir şəhərsalma standartlarına uyğun infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məkanlarının yenilənməsi və ictimai mühitin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu proseslərin daha sistemli, planlı və konseptual şəkildə davam etdirilməsinə xidmət edəcək”. Deputat bildirib ki, dövlət başçısının sərəncamın xüsusi əhəmiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri fonunda daha aydın görünür: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir şəhərsalma təfəkkürünün, ekoloji tarazlığın və innovativ texnologiyaların tətbiqinin bariz nümunəsidir. Bu ərazilərdə yeni şəhər və kəndlərin salınması, tarixi-memarlıq abidələrinin bərpası Azərbaycanın gələcəyə baxışını və dayanıqlı inkişaf modelini əks etdirir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində memarlıq irsinin qorunması, milli memarlıq məktəbinin təşviqi, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm kəsb edəcək. Şəhər mühitində insan amilinin ön plana çəkilməsi, rahat, təhlükəsiz və estetik yaşayış məkanlarının yaradılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək əsas hədəflərdən biridir. Bu baxımdan, müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial, mədəni və ekoloji dəyərlərin harmoniyasını təmin edən kompleks yanaşmadır”. S.Salmanova onu da qeyd edib ki, Prezident İlham Əliyevin bu sərəncamı dövlət qurumları ilə yanaşı, memarlar, mühəndislər və vətəndaş cəmiyyəti institutları üçün də yeni məsuliyyət və imkanlar yaradır: “Elmi-praktik konfransların, ictimai müzakirələrin, memarlıq müsabiqələrinin təşkili, gənc mütəxəssislərin təşviqi və peşəkar potensialın gücləndirilməsi şəhərsalma sahəsində innovativ ideyaların reallaşmasına təkan verəcək. Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın müasir, dayanıqlı və insan yönümlü inkişaf modelinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu təşəbbüs milli kimliyimizi əks etdirən memarlıq dəyərlərinin qorunması ilə yanaşı, gələcək nəsillər üçün rahat və estetik şəhər mühitinin formalaşdırılmasında mühüm rol oynayacaq və ölkəmizin inkişaf salnaməsində əlamətdar bir mərhələ kimi yadda qalacaq”.


Bu gün, 14:44 26

Digər xəbərlər

Meydan Hərəkatı və Sumqayıt hadisələri: Şair və qiraətçilərin KQB qarşısında dedikləri – ARXİV

Sumqayıt bələdiyyəsinin keçmiş rəhbəri barədə rüşvət işi üzrə yekun məhkəmə qərarı

Sumqayıt–Novxanı magistralında 4 can alan qəza: iş adamına amnistiya tətbiq olundu - FOTO

Səbinə Salmanova: "Prezidentin yeni sərəncamı şəhər mühitinin keyfiyyətcə yenilənməsinə xidmət edir"

Sumqayıtın bu hissəsində qaz olmayacaq

Rəqəmsal asılılıq səssiz təhlükədir: Valideynlər nə etməlidir? - VİDEO

Sumqayıt–Bakı nəqliyyat xətti genişlənir- EKSKLÜZİV

Diana Sumqayıtda qutab yeyərkən

Sumqayıt - Bakı istiqamətdə hərəkət çətinləşib

Sumqayıta gedən avtobuslarda artıq kartla və telefonla ödəniş etmək olar

Rusiya-Ukrayna müharibəsində Sumqayıtlı itkin düşüb - FOTO

“Stansiya Sumqayıt” ərazisində şəhid Kənan Allahverdiyev küçəsinin yolları yararsızdır - VİDEO

AQTA Sumqayıtda "dəvə qutabı" satan bu obyektlərdə reyd keçirdi - VİDEO

Sumqayıtda hündürlükdən yıxılan qız ölüb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ziyanla nəticələnib

“Sumqayıtda avtobusu necə istəyirlər, elə də sürürlər, nəzarət yoxdur” - ŞİKAYƏT

Meyxana aləminə ağır itki

Sumqayıtda və Bakıda internet şikayətləri diqqət mərkəzində

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Corat qəsəbəsində sakinlərlə görüşüb - FOTO

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? (VİDEO)

1 2 3 4 5 6 7 8 9 10 ... 999
Bu gün, 16:25
Bu gün, 16:19
Bu gün, 16:13
Bu gün, 14:44
Bu gün, 12:10
Bu gün, 11:37
Bu gün, 11:27
Bu gün, 09:00
Bu gün, 08:36
20-12-2025, 15:23
20-12-2025, 15:20
19-12-2025, 20:22
19-12-2025, 19:53
19-12-2025, 19:13
19-12-2025, 18:05
19-12-2025, 17:24
19-12-2025, 16:31
19-12-2025, 16:23
19-12-2025, 15:49
19-12-2025, 15:09
19-12-2025, 14:14
19-12-2025, 14:00
19-12-2025, 13:20
19-12-2025, 13:09
18-12-2025, 22:13
18-12-2025, 20:01
18-12-2025, 17:54
18-12-2025, 15:41
18-12-2025, 15:21
18-12-2025, 11:36
18-12-2025, 11:29
18-12-2025, 11:25
18-12-2025, 11:23
18-12-2025, 10:03
18-12-2025, 09:39
17-12-2025, 22:52
17-12-2025, 18:32
17-12-2025, 17:15
17-12-2025, 14:58
16-12-2025, 20:56
1 2 3 4 5 6 7 8 9 10 ... 999