“Sumqayıtda avtobusu necə istəyirlər, elə də sürürlər, nəzarət yoxdur” - ŞİKAYƏT

  

“Sumqayıtda 7A nömrəli avtobusun bəzi sürücüləri qanunsuz hərəkət edirlər. Onlar ya səhər saatlarında hansısa dayanacaqda saxlamırlar, ya da axşam saatlarında dayanacaqda bizi gözlədirlər”.

Sumqayit.tv xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya sərnişin Brilliant Məmmədova müraciət edib.

Onun sözlərinə görə, avtobus sürücüləri tıxacı bəhanə edərək avtovağzal ərazisinə daxil olmurlar: “7A nömrəli avtobus sürücüləri “aviakassa” adlanan dayanacaqdan Sumqayıt Avtovağzalına daxil olmalı, daha sonra bazara getməlidir. Ancaq bir çox sürücülər, xüsusilə səhər saatlarında, insanların işə getdiyi bir vaxtda avtovağzal yolunda 1-2 maşın olan kimi “Tıxac var, mən avtovağzala girməyəcəyəm” deyərək bazar tərəfə dönür. Qışda, yağışlı gündə, işə gecikdiyimiz halda düşüb növbəti dayanacağa qədər piyada yol gedirik”. 

Vətəndaş deyir ki, hətta avtobusa minərkən sürücüdən avtovağzala dönüb-dönməyəcəyi haqda soruşurlar, cavab “hə” olsa da, nəticə dəyişmir.

Şikayətçi, həmçinin qeyd edir ki, 7A nömrəli avtobusun sərnişinləri axşam saatlarında başqa problemlə üzləşirlər: “Dayanacaqlarda avtobusun sürücüsü sərnişinləri 10-15 dəqiqə gözlədir, özü isə düşür ya çay alır, ya siqaret çəkir. Nə vaxt gedəcəklərini soruşduğumuz zaman deyirlər ki, vaxtladır. Maraqlısı budur ki, avtobusların bu gözləmə vaxtı niyə ancaq axşam ortaya çıxır? Səhər və günorta eyni dayanacaqda belə gözləmə olmur. Sürücülər öz aralarında danışıb avtobusu necə istəyirlər, elə də idarə edirlər. Buna isə nəzarət edən yoxdur”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, Sumqayıt şəhərində 7A nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti aidiyyəti qurum tərəfindən təsdiq edilmiş gündəlik qrafik və əvvəlcədən müəyyən olunmuş marşrut sxemi əsasında həyata keçirilir: “Sözügedən marşrut üzrə avtobusların hərəkətinə və qrafikə riayət olunmasına aidiyyəti məsul qurumlar tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Eyni zamanda, avtobusların dayanacaqlarda əsassız gecikməsi, sərnişinlərin mindirilməsindən imtina edilməsi, marşrut xəttindən kənara çıxma halları yolverilməzdir və bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib. 

Vətəndaşlardan xahiş olunur ki, sərnişindaşıma ilə bağlı rastlaşdıqları problemlər barədə aidiyyəti qurumlara rəsmi qaydada müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür”.

Səsləndirilən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qeyd olundu ki, 7A nömrəli marşrutda 12 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir, lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir: “7 və 7A nömrəli marşrutlar eyni daşıyıcıya məxsusdur. Bu səbəbdən hər iki marşrutla bağlı daşıyıcıya xəbərdarlıq edilib, avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi, müəyyən edilmiş hərəkət sxemi üzrə fəaliyyət göstərmək, təyin edilmiş dayanacaqlarda dayanmaq barədə tapşırıqlar verilib. Qeyd edilən nöqsanlar aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi daşıyıcının diqqətinə çatdırılıb”. 

Qeyd edək ki, 7A nömrəli avtobusun marşrut istiqaməti Sumqayıt Avtovağzalında başlayır və elə eyni nöqtədə də tamamlanmalıdır. 


19-12-2025, 17:24 322

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086