Meydan Hərəkatı və Sumqayıt hadisələri: Şair və qiraətçilərin KQB qarşısında dedikləri – ARXİV

 
Famil Mehdi: “Ənvər Əliyev mənim məsləhətlərimə (camaatı dağıtmaq – Ә.Ә.) qulaq asmadı. Sonralar meydanda camaat daha da çoxaldı...”
 
Mikayl Mirzə: “...Mən meydanda neqativ elementlərin olduğunu bilmirdim. Odun, yemək-içməyin isə haradan gəldiyini, pulun kim tərəfindən yığıldığını da deyə bilmərəm...”
 
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 298-299-cu səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
 
(Əvvəli burada:)
 
“Mehdiyev Famil (Famil Mehdi). 15 aprel 1989-cu il. 
Noyabrın 17-də mənə Azərbaycan KP MK-nın elm şöbəsinin müdir müavini zəng edib meydana getməyimi, orada mitinq edənləri sakitləşdirməyimi xahiş etdi. Tribunadakılardan Ənvər Əliyev daha aktiv idi. O, camaatı Dağlıq Qarabağı ermənilərə verməməyə çağırırdı. Ermənistanla bütün iqtisadi əlaqələri kəsməyi tələb edirdi. O, mənim məsləhətlərimə (camaatı dağıtmaq – Ә.Ә.) qulaq asmadı. Sonralar meydanda camaat daha da çoxaldı...
 
...Ayın 19-da MK-nın mədəniyyət şöbəsinin müdiri (?) Mustafazadənin  xahişi ilə çıxış etdim (XIII cild, s. 87).
 
Mirzəyev Mikayıl Ələşrəf oğlu(Mikayıl Mirzə). 15 aprel 1989-cu il.
...Fevral, may mitinqlərində Şəhər Partiya Komitəsinin ziyalıların mitinqlərdə iştirakı və camaatı sakitləşdirmək təşəbbüsü var idi. Bu mitinqlərdən sonra mən qərara gəldim ki, Bakı kimi böyük, çoxmillətli bir şəhərdə bu cür mitinqləri keçirmək lüzumsuzdur. Sumqayıt hadisələrinə görə, hətta qorxuludur. 
 
...17 noyabr mitinqi başlayandan 3-5 gün sonra meydana gəldim. Əsasən tribunada oturdum. Bir dəfə də çıxış etdim...
 
Tətilə çağırış, milli qeyri-bərabərliyi qızışdıran çıxışların kimlər tərəfindən edildiyini deyə bilmərəm...
 
...Ayın 26-da ilk dəfə çıxış etdim. Axşam mənə MK işçisi zəng etdi (adını xatırlamıram) və məni MK-ya dəvət etdi. Burada 15-20 nəfərə qədər şair, yazıçı, artist və elm nümayəndələri var idi...
...Mən meydanda neqativ elementlərin olduğunu bilmirdim. Odun, yemək-içməyin isə haradan gəldiyini, pulun kim tərəfindən yığıldığını da deyə bilmərəm (XIII cild, s. 90-81).
 
(Davamı var)
 
Qeyd: 
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

//Moderator.az

22-12-2025, 16:25 67

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060