Sumqayıtlı alimə yüksək dövlət təltifi verildi

 
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşlarının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sumqayit.tv xəbər verir ki, sərəncam universitetin 50 illik yubileyi münasibətilə imzalanıb. Sənədə əsasən, Azərbaycanda təhsilin inkişafında göstərdiyi xidmətlərə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Sahib Fərzəliyev uzun illərdir elmi-pedaqoji fəaliyyətlə məşğuldur. O, bu müddət ərzində 150-yə yaxın elmi məqalə, dərslik və metodik vəsaitin müəllifi olmaqla yanaşı, ölkənin aparıcı layihə institutları ilə də sıx əməkdaşlıq edir.

Bununla yanaşı, Sahib Fərzəliyev ictimai-siyasi sahədə də fəallığı ilə seçilir. O, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı olub, 1998-ci ildə isə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib və hazırda həmin təşkilata sədrlik edir.

Sahib Fərzəliyev uzunmüddətli pedaqoji fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə də təltif edilib. O, eyni zamanda müharibə veteranıdır və bir sıra orden və medallara layiq görülüb.


18-12-2025, 15:21 105

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041