Sumqayıt Tibb Mərkəzində hemodializ şöbələrinin sayı artırılıb

 
Sumqayıt şəhərində hemodializ xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Sumqayit.tv xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun verdiyi məlumata görə, Sumqayıt Tibb Mərkəzində dializ şöbələrinin sayı ikiyə çatdırılıb.

Bu barədə o, TƏBİB-in 2025-ci ilin yekunları və gələcək planlarına dair keçirilən brifinqdə çıxışı zamanı danışıb. Bildirilib ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində ölkə üzrə 4 min 337 nəfər xəstə qeydiyyata alınıb.

İcraçı direktorun sözlərinə görə, hazırda respublika üzrə hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43, hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə 675-dir. Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 min 892 təşkil edib.

Vüqar Qurbanov qeyd edib ki, Sumqayıt Tibb Mərkəzində dializ şöbələrinin sayının artırılması şəhər və ətraf ərazilərdə yaşayan xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəyə əlçatanlığını daha da yaxşılaşdıracaq. O, gələn il ölkənin bir sıra digər bölgələrində də yeni hemodializ şöbələrinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, il ərzində ölkə üzrə ümumilikdə 1 772 nəfər hemofiliyalı xəstə də qeydiyyata alınıb.


19-12-2025, 13:09 70

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086