Sumqayıta gedən avtobuslarda artıq kartla və telefonla ödəniş etmək olar

 
Sumqayıta işləyən avtobus marşrutunda bank kartları ilə ödəniş tətbiq olunur

Sumqayit.tv xəbər verir ki, Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 500 nömrəli marşrut avtobuslarında bank kartları ilə nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, layihə pilot mərhələ çərçivəsində həyata keçirilir. Yeni sistem NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları ilə yanaşı, “Apple Pay” və “Google Pay” üzərindən də ödəniş imkanı yaradır.

Pilot mərhələ 1–3 gün ərzində sınaqdan keçiriləcək. Nəticələr təhlil edildikdən sonra sistemin tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Gələcəkdə Bakı şəhərindəki bütün marşrut avtobuslarında bu ödəniş mexanizminin tətbiqi planlaşdırılır.

Yeni ödəniş sistemi sayəsində sərnişinlər artıq nağd pul və ya fiziki “BakıKart” daşımadan, bank kartı, mobil telefon və ya ağıllı saat vasitəsilə saniyələr ərzində ödəniş edə biləcəklər. Bunun üçün NFC funksiyalı cihazı validatora yaxınlaşdırmaq kifayətdir.

Qeyd edək ki, “MasterCard” və “Visa” kartları ilə ödəniş sistemi ölkənin bir sıra şəhərlərində, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.


20-12-2025, 15:23 161

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041