Sumqayıt cüdoçularından ölkə birinciliyində medal yağışı - Foto

 
Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyində Sumqayıt idmançıları uğurla çıxış ediblər.

Sumqayit.tv xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində start götürən ölkə birinciliyinin ilk günündə Sumqayıtı təmsil edən bir neçə cüdoçu mükafatçılar sırasında yer alıb.

Yarışın ilk günündə qızlar və oğlanlar arasında müxtəlif çəki dərəcələrində mübarizə aparılıb. Qızların yarışında Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) 40 kq çəki dərəcəsində, Sümeyya Nuriyeva (Sumqayıt şəhəri İOEUGİM) isə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb. Eyni zamanda Neftçi Sumqayıt klubunun üzvləri Yağmur Əhmədzadə və Məleykə Mürsəliyeva 52 kq çəki dərəcəsində üçüncü yerə layiq görülüblər.

Oğlanların yarışında isə Sumqayıt təmsilçiləri xüsusilə fərqləniblər. Nihad Ağayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM) 50 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Həmin çəki dərəcəsində Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, dörd gün davam edəcək Azərbaycan birinciliyinə ölkə üzrə 89 klub və idman cəmiyyətindən ümumilikdə 495 cüdoçu qatılıb. Sumqayıtlı idmançıların turnirin növbəti günlərində də mübarizəni davam etdirməsi gözlənilir.

 

 

 

 

 

 

 

 



19-12-2025, 13:20 192

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086