Diana Sumqayıtda qutab yeyərkən

 

“Dəvədən soruşdular niyə boynun əyridir, dedi haram düzdür ki”

(Azərbaycan ata sözü)

Yevlaxda yerli “Karvan” futbol klubu ilə “Neftçi” arasında oyun o qədər əhəmiyyət daşıyırdı ki, onu izləməyə hətta sayın təhsil nazirimiz də gedibmiş. Hesab 1:2 “Neftçi”nin xeyrinə olmuşdur. Əhsən. Nəhayət klassik klubumuz özünə gəlsin, dirçəlsin, ilahi, amin. 

Ancaq mən məzə üçün komandaların heyətlərinə baxdım, təxminlərim düz çıxdı. Həmin gün meydana çıxan 22 nəfərdən cəmi 4-ü azərbaycanlı idi. Bunun bizim milli futbola nə dəxli var? Doğrudanmı Yevlaxda afrikalı oyunçuların top qovmağı nazirlərimizi belə sevindirir? İnşallah, gələn il Novruz bayramında Kamerun savannalarında turnir izləsinlər. Başqa nə sözüm ola bilər? İdmanımız bütün dünyada inkişaf edir. 

Operativ Qərargahın antikovid tədbirləri çərçivəsində karantin rejimini gələn ilin aprelinə qədər uzatmağı da növbəti sevindirici hadisədir. Hökumət istəyir biz salamat qalaq. Əks halda gərək bizim də yerimizə Afrikadan köşə yazarı və oxucu idxal olunsun. Monqolustandan qoyun əti, Çilidən qoz almaq kimi. Ancaq bu həftə qəribə bir hadisəni də müşahidə etdim. 

Sumqayıt Sənaye Parkında 2020-ci ildə, koronavirusun tüğyan elədiyi zaman maska istehsalı sexi açılmışdı. Bakı Tekstil Fabrikinin nəzdində. Lakin sexin istehsal elədiyi maskalar satılmadı, əllərində qaldı. Keçən ilin yayında sexin ziyanı artıq 5 milyon manata çatmışdı. Anbarlar hazır məhsulla dolub-daşırmış. İndi, dekabrda isə sexi satışa çıxarıblar. Müştəri axtarılır. 

Bizdə belə zərərlə işləyən obyektlər saysız-hesabsızdır. Neft baha olanda yenə bir az ört-basdır etmək mümkündür, elə ki, neftin qiyməti düşür, daha həmin görüntü xarakterli müəssisələrə dotasiya dirəyi vurub saxlamaq hökumətə heç cür sərf eləmir. Ancaq məhz maska istehsalı müəssisəmizin fəaliyyətini dayandırıb satışa çıxarılması ikiqat təşviş doğurur. 

Axı yuxarıda yazdığım kimi, koronavirus tüğyan edir, karantin apreləcən uzadılıb, bəs maskasız necə yaşayacağıq? Maskasız karantin rejimini uzatmağın mənası varmı? Yoxsa bəzi orqanlar xalqın asqırıb-öskürüb, boğulub ölməyini istəyirlər? Mən bu vəziyyətə qəti etirazımı bildirirəm. Əlaqədar orqanlar ya istefa versin, ya da maska sexini təzədən işlətməyə borcludurlar!

Yeri gəlmişkən, Bakıda velosiped zolaqlarının salınmasına başlayandan bəri İsmayıllı Velosiped Zavodu da işləmir. Halbuki, tərsinə olmalıydı. Yol olmayanda, velik var idi, yol olanda velik yoxa çıxır. Karantin var, maska yoxdur, eyni zamanda ölkə maskalanmış sifətlərlə doludur. Gəl indi bir şey başa düş. 

Qida agentliyinin cəsur detektivləri bugünlərdə Sumqayıt-Novxanı istiqamətindəki restoran və kafelərdə yoxlama aparmış, dəvə qutabı satan obyektlərin heç birində dəvə əti tapa bilməmişdilər. Daha dəqiqi, girib menyuya baxıblar, orda “dəvə qutabı” söz birləşməsi var, ancaq restoran müdirləri səmimi etiraf ediblər ki, çoxdandır biz belə zad qayırmırıq. 

İstəsələr toyuq cəmdəyini fınxırmamış köşək əti adıyla sata bilməzdilərmi? Bilərdilər. Vicdanlı olmaq başqa şeydir... Halal olsun. Bazar günü olmasa kövrəlib ağlayardıq. Ancaq mənə həmin restoranların isimləri məzəli gəldi: “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi”. 

Bəh-bəh. Sanarsan Sumqayıt sahilində yox, hansısa Karib körfəzi adasındasan. Obyekt “Santo Mare” adlanırsa, orda menyüyə saxta dəvə qutabı dürtməyin lap yeri var. 

Hətta guya bizim dildə olan bir-iki damazlıq restoran adı da uyğunsuz və saxtadır. Məsələn, axırıncı dəfə Sumqayıt sahilində gəmini kim görüb? Orda dəniz özü yoxa çıxmaqdadır, gəmi nə gəzir... 

Dəli şeytan deyir ki, dəniz bir az da qurusa Sumqayıt səhra şəhəri olacaq, onda dəvə qutabı bişirmək imkanları artacaqdır. 


22-12-2025, 09:00 101

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060