Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir? - VİDEO

 
ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından sonra onun ilk görüntüsünü paylaşması beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə təkcə ABŞ–Venesuela münasibətləri çərçivəsində qiymətləndirilə bilməz. Sözügedən olay, əslində, mövcud dünya nizamının hansı mərhələyə daxil olduğunu açıq şəkildə göstərir.

Belə ki, Maduro presedenti beynəlxalq hüququn selektiv tətbiq olunduğunu bir daha ortaya qoydu. Güclü dövlətlərin öz maraqları naminə suveren ölkələrin daxili işlərinə açıq müdaxilə etməsi, birbaşa qlobal sistemdə təhlükəli tendensiyaların dərinləşdiyini göstərir.
Bu proses ABŞ üçün qısamüddətli siyasi qazanc gətirsə də, uzunmüddətli perspektivdə uğursuzluğa düçar olacağını göstərir.
Birincisi, Trump administrasiyası Venesuelada genişmiqyaslı hərbi zərbələr və xüsusi təyinatlıların əməliyyatı nəticəsində Maduro və həyat yoldaşını ələ keçirməsi bu ölkə haqqında  “beynəlxalq hüquqa məhəl qoymayan hegemon” obrazını gücləndirəcək və onun beynəlxalq legitimliyini zəiflədəcək.
İkincisi, bu cür hərəkətlər həm Vesuelada daxili parçalanmaya və  qonşu ölkələrdə gərginliyə, eyni zamada yeni təhlükəsizlik böhranları səbəb olan bilər. 
Belə olan halda tarixən ABŞ-ın təsir dairəsi sayılan Latın Amerikasında, anti-Amerika sentimentini güclənməsi və "alternativ güc mərkəzi"  axtarışı Amerika qitəsinin dövlətləri üçün arta bilər. 
Bu nöqtədə məhz yaranmış boşluqlardan ən çox Rusiya və Çin kimi güclər istifadə edəcək və  çoxqütblü dünya modelini gücləndirməyə çalışacaqlar.
Rusiya  təhlükəsizlik, silah və siyasi dəstək verməklə, Çin isə investisiya, kredit, infrastruktur, sakit və səssiz nüfuz qazanmaqla Amerika qitəsində nfuzlarını artıra bilərlər.
Eyni zamanda Rusiyanın post-Sovet məkanında, Çinin isə Tayvan və Cənubi Çin dənizi xəttində daha sərbəst manevr etməsi üçün zaman yaranır.


Türkiyə öüzü də ABŞ-ın riskli addımlarının regional xaosa çevrilməsindən narahatdır. Paralel olaraq Latın Amerikasında baş verən son hadisə Ankara üçün simvolik, amma strateji dərsdir. “Bu gün Venesuela, sabah başqa biri…” düşüncəsi Ankaranı daha da ehtiyatlı edir. Bu ehtiyatlılıq yaranan böhran vəziyyətində Türkiyənin həm də "Tək deyiləm alternativlərim var" prinsipi ilə Rusiya ilə dialoqda, Çinlə iqtisadi əlaqələrdə, ABŞ-la bazarlıq masasında əlini gücləndirə bilər.

Venesuela liderinin ABŞ hərbişiləri tərəfindən tutularaq aparılması İran üçün də son dərəcə narahatedici siqnaldır. Çünki, Venesuela illərdir sanksiyalar altında olan, Qərb tərəfindən demonizə edilən və “təhlükə mənbəyi” kimi təqdim edilən ölkələrdən biri idi. Bu baxımdan Maduroya qarşı atılan addımlar Tehrana çox tanışdır.

Cənubi Qafqaz kontekstində bu presedent xüsusilə diqqətəlayiqdir. Azərbayca vən Türkiyə son illər birlikdə balanslı və realist siyasət yürütməklə, regional sabitliyin əsas dayaqlarından birinə çevriliblər. Azərbaycanın 44 günlük müharibədən sonra seçdiyi hüquqi-diplomatik xətt bu gün daha da aktuallaşır. Bakı bunu belə oxuyur: “Güc balansı zəifləyən dövlətlər risk altındadır.” Ona görə də həm Bakı, həm də Ankara güc + hüquqi əsas + diplomatik xətt birlikdə olmalıdır siyasətini səssiz həm də ağıllı inkişaf etdir. Dünyada başverən hadisələrin sadəcə tamaşaçısı yox, həm də səhnəni kənardan yaxşı oxuyan oyunçular kimi, Bakı və Ankara Maduro hadisəsindən sonra bir daha əmin oldu ki, güc sahibləri üçün də bu prinsip bəzən elastikdir. Ona görə hüquqi çərçivəni daim saxlamaqla, Azərbaycan və Türkiyə "güclü müttəfiqlik yaradaraq, taleyin başqalarının qərarına buraxmamaq" xəttini ən azı 5 il öncə müəyənləşdiriblər. Bu model həm də Rusiya təhlükəsinə qarşı balans və alternativlər  deməkdir.  

Maduro presedenti İrəvan üçün çox ciddi və bir az da narahatedici mesajdır. Belə ki, Xüsusən də Paşinyan üçün isə bu hadisə Qərbə hədsiz güvənməyin risklərini açıq şəkildə göstərir. Ən azı Maduro hadisəsi Qərb üçün dəyərlər, yox maraqların əsas meyyar olduğunu göz önünə sərdi. Bu isə o deməkdir ki, sən qərb üçün tərəfdaş yox, idarə olunan aktorsan. Narahatedici məqam ondan ibarətdir ki, belə bir president başqa bir gün Paşinyana Putin tərəfindən də təkirarlana bilər. Ermənistan üçün Qərbə sığınıb təhlükəsizlik zəmanətini almaq, görünən odur ki, kağız üzərində qalır. Bu isə həyatı təhlükəsizliyi suğorta gücündə deyil.  İkinci variant, “Köhnə təhlükəsizlik çətiri”nə qayıtmaq cəhdir ki, amma Rusiya artıq əvvəlki kimi səbrli deyil. Rəsmi Yerevanın üçün sonuncu yolu qalır ki, o da  geosiyasi reallıqlar, onun regiondaxili sülh və əməkdaşlıq yoluna yönəlməsi, kənardan gələcək  “xilas”la yox, region daxilində razılaşmaların qurulmasından ibarətdir.

Nəticə olaraq, dünya yeni Soyuq müharibə mərhələsinə deyil, qaydaların zəiflədiyi və güc balansının ön plana çıxdığı çoxqütblü sistemə daxil olur. Bu reallıqda yalnız güclü müttəfiqlərə, legitim mövqeyə və çevik diplomatiyaya malik dövlətlər mövqelərini qoruya biləcəklər.

Müəllif: Elçin Abdullayev



4-01-2026, 09:39 25

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Bu gün, 20:20
Bu gün, 18:15
Bu gün, 17:02
Bu gün, 16:56
Bu gün, 16:42
Bu gün, 16:31
Bu gün, 14:48
Bu gün, 12:43
Bu gün, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005