"Baş verən xoşagəlməz hadisələrin arxasında böyük güclərin əli var" - POLİTOLOQ AÇIQLADI

"Qarabağda, o cümlədən, rus sülhməramlılarının yerləşdiyi ərazidə baş verən xoşagəlməz hadisələrin arxasında heç şübhəsiz ki, böyük güclərin əli var. Böyük güclər deyərkən mən əsasən ABŞ və Rusiyanı nəzərdə tuturam. Bəllidir ki, dünyanın bir çox nöqtələrinə bu iki güc arasında amansız mübarizə aparılır".
Sumqayit.tv​ xəbər verir ki, ​​​bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin nöqtələrdən biri də məhz Qarabağdır: "Qarabağda baş verən hadisələrin fonunda bu iki dövlət Ermənistanı özlərinin nüfuz dairəsində saxlamağa çalışırlar. Bildiyimiz kimi, Ermənistan iki əsrdi Rusiyanın təsiri altında öz varlığını sürdürüb. İndi isə vəziyyət dəyişib. Hadisələr heç də Moskvanın istədiyi kimi getmir. Artıq, Qərb Paşinyanı iqtidara gətirməklə Ermənistanın siyasi hakimiyyətini öz nəzarəti altına almağı bacarıb. Amma Rusiyanın Ermənistan üzərindəki təsirini tam olaraq neytrallaşdıra bilməyib. Bu da o deməkdir ki, Kremlin İrəvan üzərindəki nəzarət mexanizmi var olduqca Moskva Qafqazdakı varlığını qoruyub saxlamış olacaq. Məhz elə ona görə də 2020-ci il 10 noyabr bəyənnaməsindən sonra Rusiya sülhməramlı adı altında hərbi kontengentini Qarabağa yerləşdirdi. Və təəssüflər olsun ki, 2 ilə yaxın zaman keçməsinə baxmayaraq nə Rusiya, nə də Ermənistan bəyannamənin bəndlərinin demək olar heç birinə əməl etmədi. Ermənilər onsuz da böyük güclərin maşası olduğundan istəsələr belə sülhə gedən yolda işıq yandıra bilməzlər. Ona görə də təlimata uyğun olaraq nə öz silahlı qruplaşmalarını Qarabağdan çıxarırlar, nə də sakit durmurlar. Moskvanın isə öz üzərinə götürdüyü öhdəliyə əməl etməməsi onunla bağlıdır ki, bəyənnamədə qeyd olunan bəndlər yerinə yetirildiyi andan, Rusiyanın vasitəçiliyi və missiyası Qarabağda da bitmiş sayılacaq. Ondan sonra isə Kreml öz hərbi qüvvələrini Qarabağdan geri çəkmək məcburiyyətində qalacaq. Beləliklə, İrəvanın Moskvadan asılılığı bir az da azalmış olacq. Rus ordusunun Qarabağı tərk etməsi isə Kremlə heç cür sərf etmir. Amma ortada bir həqiqət var. Bu da ondan ibarətdir ki, Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağın talehi yalnız Rusiya, Ermənistan, yaxud da ABŞ-ın istəyinə uyğun həll edilə bilməz. Əvvəl-axır Azərbaycan öz iradəsini göstərməlidir. Necə ki, 2020-ci il 27 sentyabrda iradəsini ortaya qoydu və ərazilərimizin böyük hissəsini işğaldan azad etdi. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan artıq nə Rusiyanın, nə də Qərb dövlətlərin Qarabağ konfliktinin həll edəcəyinə inanmır. Ona görə də öz göbəyini özü kəsməkdə qərarlıdır. Əgər ölkə Prezidenti İlham Əliyevin son açıqlamalarına diqqət etsək, görərik ki, ölkə başçısı 10 noyabr bəyanatına imza atan Rusiya və Ermənistanın davranışlarından məmnun deyil. Ona görə də açıqca bəyan etdi ki, “separatçı silahlıları Qarabağdan ya çıxardın, ya da açıqca deyin biz özümüz tədbir görək”. Məhz elə Laçın və Kəlbəcər xəttində baş verən təxribata qarşı Azərbaycan ordusunun "Qisas" əməliyyatı həm 10 noyabr bəyanatına imza atan ölkələrə, həm də Ermənistanı müdafiə edən Qərb dövlətlərinə ciddi bir siqnal oldu deyə düşünürəm".

Müəllif: Abutel İlhamqızı

11-08-2022, 21:02 364

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102