Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb
2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ümumilikdə təxminən 14,4 milyard manatlıq məhsul satıb.

Sumqayıt.tv bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun da 5,2 milyard manata yaxın hissəsi ixracın payına düşür.

Təkcə bu ilin I yarısında Parkda 1,1 milyard manatdan çox satış olub ki, bunun da 545 milyon manata yaxın hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac təqribən 20 %-ə yaxın artıb.

Son dövrlərdə kimya sənayesi məhsullarının istehsalında mühüm artım müşahidə olunur. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın kimya sənayesində istehsalın ümumu dəyəri 1 il əvvələ nisbətən 10,7 % artaraq 955 milyon manatı ötüb. Bu artımda Sumqayıt Kimya Sənaye Parkının xüsusi çəkisi var.

Parkın rezidentlərinə indiyə qədər 900-dən çox təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.

Parkda investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunun 28-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülən işlərə indiyədək 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 300-dən artıq daimi iş yeri yaradılıb.

Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində də əhəmiyyətli uğurlar əldə edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə "Made in Azerbaijan" brendi ilə ixrac olunub./Report

29-08-2025, 14:57 257

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102