Nizami Gəncəvinin 880 illiyi Gəncədə təntənə ilə qeyd edilib


Sentyabrın 9-da Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, Gəncədən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, şəhərin təhsil, gənclər və idman idarələrinin rəhbəri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin, Gəncə Dövlət Rəsm Qalereyasının, Gəncə Dövlət Kukla Teatrının, eləcə də şəhər misgərlərinin nümayiş etdirdikləri sərgi ilə tanış olublar.
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər Nizami Gəncəvinin zəngin yaradıcılıq irsi barədə danışıblar. Bildirilib ki, Nizami bütün ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb, dünya ədəbi-fəlsəfi düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini burada ərsəyə gətirib. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin əsərlərinə çəkilən və bu gün ən məşhur kitabxana və muzeyləri bəzəyən miniatür Şərq sənətinin inkişafına təkan verib.
Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.
Gəncə Dövlət Filarmoniyası Xalq çalğı alətlərinin ansamblının (bədii rəhbər – Əməkdar artist Elçin Elçiyev)  hazırladığı konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Konsertdə Nizaminin sözlərinə yazılmış mahnı və  romanslar, Azərbaycanı, Gəncəni vəsf eləyən mahnılar səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünü oxşayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanan nizamiganjavi.az saytının yaxın günlərdə istifadəyə veriləcəyi də bildirilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

10-09-2021, 12:52 224

Digər xəbərlər

44 saylı Sumqayıt üçüncü seçki dairəsində vətəndaş qəbulu keçirilib - FOTO

U-19 Azərbaycan çempionatında Sumqayıt boksçuları mübarizəni davam etdirir

AFFA-dan qərar: “Sumqayıt”la oyuna görə “Zirə” klubu cərimə olundu

Strateji tərəfdaşlıqdan geosiyasi ittifaqa: Bakı–Vaşinqton xəttində yeni mərhələ

Məmurlar niyə xalqın yaddaşında bağışlanmır?

Sumqayıtlı təqaüdçülərin yeni artımla pensiya alma tarixi açıqlandı - RƏSMİ

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü Ali Məhkəmədə təsdiqləndi

Prezident sosial şəbəkə hesablarında Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşıb - VİDEO

Sumqayıt–Sınıq Körpü avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümə səbəb oldu

Sumqayıtda avtovağzal əməkdaşı iş başında öldü

Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır"

Sumqayıtda çalışmış şəhid alimin oğlu Dövlət Statistika Komitəsinin sədrinə təyin olundu

Deputat Elnarə Akimova vətəndaşlarla növbəti qəbulu keçirib-FOTO

Artımlarla birgə fevral pensiyaları Sumqayıtda BU TARİXDƏ veriləcək

Sumqayıtın bu ərazisində yaşayan 2500 abonent qazsız qalacaq

Bir sutkadır Yaşıldərə sakinləri susuzluqdan əziyyət çəkir – ŞİKAYƏT

Sumqayıtda qazılan yol sürücüləri çətin duruma salıb

Təhsil mühitində böhran: Psixoloqlar məktəblərdəki risklər barədə xəbərdarlıq edir

Sumqayıt bulvarında tapılan meyitin Vətən müharibəsi iştirakçısı olduğu məlum oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1017
Dünən, 23:54
Dünən, 23:43
Dünən, 17:42
Dünən, 17:35
Dünən, 16:42
Dünən, 15:20
Dünən, 11:57
Dünən, 11:52
Dünən, 11:47
Dünən, 11:30
Dünən, 08:54
10-02-2026, 15:38
10-02-2026, 15:38
10-02-2026, 15:25
10-02-2026, 14:52
10-02-2026, 12:28
10-02-2026, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
7-02-2026, 09:32
6-02-2026, 14:28
6-02-2026, 13:02
6-02-2026, 12:58
6-02-2026, 12:52
6-02-2026, 12:49
6-02-2026, 12:43
6-02-2026, 12:23
6-02-2026, 12:04
6-02-2026, 12:02
6-02-2026, 11:59
6-02-2026, 11:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1017