
7-8 fevral tarixində Rumıniyada keçirilən 10-cu “Info(1)Cup” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlanıb.
Sumqayit.tv Təhsil İnstitutuna istinadən xəbər verir ki, müsabiqədə iştirak edən Azərbaycan şagirdləri 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edərək ümumilikdə 6 medal qazanıblar.
Müsabiqədə 16 ölkədən 189 şagird öz proqramlaşdırma biliklərini nümayiş etdirib. Məktəblilərimiz Azərbaycan Texniki Universitetinin laboratoriyasından onlayn qaydada müsabiqəyə qoşulublar.
Sumqayıt şəhərindən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə bürünc medal əldə edərək şəhəri uğurla təmsil edib.
Bu gün, 13:34
16