Ermənilərin Zəngəzurdan köçməsinin ilginc səbəbləri – Yaxın vaxtlarda nələr olacaq?


Ermənistan Statistika Komitəsinin verdiyi məlumata görə, Zəngəzur bölgəsindəki əhalinin sayı sürətlə azalır. Belə ki, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Sünik (Zəngəzur) bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir.
2023-cü ilin 19-20 sentyabrında baş tutan antiterror əməliyyatları isə bu prosesin pik nöqtəsi oldu. Qarabağda yaşayan erməni əhali sürətlə ərazidən çıxıb, İrəvana və başqa şəhərlərə, qəsəbələrə köçdü. İndi isə Ermənistanın əraziləri boşalır. Görünür, ermənilər tarixi Azərbaycan torpağı olan Zəngəzurda yaşamağın perspektivsiz olduğunu düşünürlər.
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Abutalıb Səmədov deyib ki, ermənilərin Zəngəzur bölgəsini sürətlə tərk etməsinin iki mühüm səbəbi var:

Abutalıb Səmədov
“Birincisi onlar azərbaycanlılardan fərqli olaraq, vətənə, torpağa bağlı deyil. Bu səbəbdən Ermənistan xaricində yaşayan ermənilərin sayı ölkə daxilində yaşayanlardan xeyli çoxdur. Bir az təhlükə hiss edən kimi dərhal torpaqlarını tərk edirlər. Daha yaxşı yerlər axtarışına çıxırlar. Qarabağda 19-20 sentyabr antiterror tədbirlərindən sonra belə ermənilər üçün heç bir təhlükə yox idi. Azərbaycan onlara rahat yaşayış üçün təminat verdiyi halda bir gün belə gözləmədən Qarabağı dərhal tərk etdilər. Hətta həmin ermənilər Ermənistanı da tərk edərək daha rahat yerlərdə yaşamağa çalışırlar”.
Siyasi şərhçinin sözlərinə görə, bu proses növbəti mərhələlərdə də davam edəcək:
“İkinci səbəb isə onların qorxaq millət olmasıdır. Azərbaycanın sərhəd kəndlərində yaşayan vətəndaşlarımız yayılım atəşləri altında illərlə yaşayıb, öz evlərini tərk edib, başqa ərazilərə getmədi. İkinci Qarabağ müharibəsində on minlərlə erməni fərarinin olması da elə məhz bu qorxaqlıqdan qaynaqlanırdı. Bundan sonra da eyni proses başlanarsa fərarilərin sayı on minlərlə ola bilər”.
Politoloq Elçin Abdullayev isə məsələyə belə münasibət bildirib:
ABŞ-ın yanaşması sabaha nikbin baxmağa ümid vermir-politoloq Elçin Abdullayev » Sumqayit.TV
Elçin Abdullayev
“Ermənilərin öz yaşayış yerlərini sürətlə tərk etmələri tək Zəngəzurda deyil, bir neçə istiqamətdə də müşahidə olunur. Bunun da müxtəlif səbəbləri var. Görünür, Prezident İlham Əliyevin dəfələrlə həmvətənlilərimizin Qərbi Azərbaycana qayıdışının mümkün olacağı istiqamətində açıqlamalar verməsi də bunda xüsusi rol oynayıb. Digər məsələlər isə psixoloji basqı, 44 günlük Vətən müharibəsindən və 19-20 sentyabr antiterror əməliyyatından sonra Ermənistanda yaranan ciddi sosial-iqtisadi böhrandır. Qarabağ ermənilərinin Ermənistana köç etməsi müəyyən çətinliklər yaratdı.
Zəngəzurun ermənilər yaşayan hissəsində müxalifət Ermənistan hakimiyyəti ilə müqayisədə daha aktiv fəaliyyət göstərir. Bundan istifadə edən erməni müxalifəti Nikol Paşinyanı devirmək üçün Zəngəzur əhalisi arasında durmadan təbliğat aparırlar. Əgər Zəngəzur dəhlizi açılarsa, Azərbaycan və Türkiyənin müstəsna rol alacağı və bölgəyə hakim olacaqlarını qeyd edirlər. Bu da ermənilər içərisində böyük narahatlıq və təlaş yaradır”.
Politoloqun fikrincə, ermənilər Zəngəzurun şərqində azərbaycanlıların ciddi işlər apardıqlarını görürlər:
“Quruculuq işlərinin getməsi, köç prosesinin başlanması və s. kimi amillər qərb hissədə yaşayan ermənilər üçün psixoloji basqıdır. Ümumiyyətlə proses Ermənistanın əleyhinə işləyir. Hətta köç prosesinin qarşısını almağa çalışsalar da buna nail ola bilməyəcəklər”.
Safura Bənnayeva
Globalinfo.az

10-08-2024, 11:56 153

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086