Sülhməramlılardan növbəti ÖZBAŞINALIQ - Rusiya Qarabağ vasitəsilə ...

"Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyanatında bir dəfə də olsun "Minsk Qrupu", "status" terminlərinə yer ayırmadı. Yəni, Azərbaycanın yaratdığı reallıqdan kənar bir reallıq mövcud deyil. Bunu Ermənistanda dərk edən dairələr də bildirirlər. Məsələn, Ermənistan Respublika Partiyasının sədri Armen Aşotyan və Şaxnazarov bununla bağlı açıqlamalar verdilər və "Minsk Qrupu", "status" "Artsax" ifadələrinin artıq mövcud olmadığı reallığını qəbul etməli olduqlarını bildirdilər".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında birbaşa təmasları və qarşılıqlı fəaliyyət sülh sazişini sürətləndirəcək:
"Digər tərəfdən Ermənistan parlamentində bir qrup deputat mövcud hakimiyyətin gələcək siyasətlərini bundan sonra Azərbaycan və Türkiyə ilə uzlaşdırmaq səylərinə etiraz olaraq parlamenti tərk etdilər. Yəni, mövcud hakimiyyətdə ciddi fikir ayrılıqları var və ciddi cəhdlə sülh meyillərinə mane olmağa çalışırlar. Bu dairələr həmişə olub, indi də var və həmişə olduğu kimi öz yox, başqa dairələrin maraqlarına xidmət edirlər. Yəni, bu faktlar və reallıqlar da ortadadır. Digər tərəfdən də bir reallıq odur ki, birdən-birə, yəni maneəsiz həllini tapmayan məsələlərin həll olunmasını dərhal gözləmək yəqin ki, ən azından sadəlövlük olar. Bu kimi dirənişlər ya da xarici dairələrin söz sahibi olmaq cəhdləri var və olacaq. Əsas məsələ odur ki, Paşinyan administrasiyası üzərində götürdüyü ödhəlikləri yerinə yetirsin.
Görünən bir digər məsələ odur ki, hər bir tərəf vasitəçilik missiyasını əlindən vermək istəmir, daha sadə desək həllini gözləyən məsələlərdə müəyyən rol aldıqlarını göstərməklə özlərinə dividend qazanmaq istəyirlər. Sanki öz aralarında bu məsələ ilə bağlı bir yarış gedir. İndiki məqamda isə əsas bu fonu yaratmaq deyil, konkret və real addımlar atmaqdır. Həmsədrlərin bu tezlikdə İrəvan səfərinin səbəbi isə odur ki, sadəcə regionda deyil, ümumi qlobal siyasi səhnədə Rusiyanın mövqeyini zəiflətməyə çalışmaqla bu regionda da maraqlı olduqlarını bildirməklə söz sahibi olmaq istəyirlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Fransa və ABŞ bu məsələ üzrə ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib. Lavrov bu yanaşmanı "tamamilə məsuliyyətsiz" adlandırdı. Ümumiyyətlə isə bu qurumun özü illər ərzində məsuliyyətsiz olub, nəinki indi. İndi isə tamamilə mənasını itirmiş bir qurumdur. 30 il ərzində heç bir iş görməyən bu qurum münaqişənin həll edilməsi ilə bağlı yaradılmışdısa, artıq münaqişə mövcud deyil. Yəni, bu qurum siyasi əhəmiyyətini və mahiyyətini çoxdan itirib. 
Digər nəzərdə saxlanmalı məsələ odur ki, erməni deputatların Rusiya sülhməramlıların nəzarətində olan Laçın dəhlizi vasitəsilə Qarabağa səfəri baş tutdu. Təəssüflər olsun ki, kontingent yenidən qanunsuz səfərə göz yumdu. Bu da bir daha göstərir ki, sülhməramlılar vəzifə səlahiyyətlərinin icrası ilə bağlı ciddi boşluqlara bilərəkdən rəvac verirlər. Qeyd etdiyim kimi, real mənzərə odur ki, hər bir tərəf regionda söz sahibi olmaq istəyir.
Azərbaycan Ermənistana 5 maddəlik sülh paketi təqdim edib. Ermənistanın qəbul etdiyi Bakının sülh təklifindən yenidən yayına bilməsi üçün nə hərbi, nə iqtisadi, nə də siyasi gücü mövcud deyil. Bu paketdə Ermənistanın özünün də maraqlarına zidd bir məsələ yoxdur. Zənnimcə, əsas məsələ artıq vasitəli təmaslardan vasitəsizə, yəni birbaşa təmaslara keçid idi ki, bu artıq reallıqdır. Çünki 11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutdu. Avropa İttifaqından da Azərbaycan və Ermənistan arasında birbaşa təmasları və qarşılıqlı fəaliyyəti dəstəkləyən açıqlama gəldi. İki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsində üçüncü hər hansı bir tərəfə ehtiyac yoxdur, eləcə də digər məsələlərlə bağlı. Birgə Sərhəd Komissiyasının təşkili prioritet məsələdir ki, nazirlər bunu müzakirə etdilər. Bu, sülh sazişini sürətləndirəcək".

12-04-2022, 17:11 207

Digər xəbərlər

Sumqayıtda 7A saylı avtobusdan narazılıq – sürücü Avtovağzala getməkdən imtina edib-FOTO

Sumqayıtda daxili kreditlə mənzil sahibi olmaq imkanı – “Kristal”dan yeni təkliflər

Sumqayıtın uşaqlar üçün oyun meydançaları niyə baxımsız qalıb?

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakim təyinatları məlum olub

Bakı–Sumqayıt qatarına daş atılıb – sərnişin vaqonunun şüşəsi sınıb

Sumqayıt-Bakı qatarının qrafiki tələbələri yolda qoyur: "İki saat gözləməli oluruq" - RƏSMİ 

Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə 19 il həbs cəzası verildi

Sumqayıtda zəncirvari qəza: 4 avtomobil toqquşub

Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə olunub - FOTO -VIDEO

Sumqayıtda sürücü idarəetməni itirdi – Avtomobil divara çırpıldı

Sumqayıtda yağıntılı hava bu vaxta qədər davam edəcək

"Sumqayıt"ın gənc futbolçusu klubun tarixinə keçdi

Sumqayıtda 500 abonentin qazı dayandırılacaq

Sumqayıtda tibbi tullantıların zərərsizləşdirilməsi prosesi davam edir

Sumqayıt şəhərində 21 yaşlı gəncin ölümü ilə bağlı təfərrüat məlum olub.

Prezidentin sərəncamı: Sumqayıt Apellyasiya Məhkəməsində yeni rəhbər təyinatı-FOTO

"Sumqayıt" Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Sumqayıtda evdə kişi meyiti tapılıb

Sumqayıtda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq

Sumqayıt Məhkəməsi dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxudu

1 2 3 4 5 6 7 8 9 10 ... 978
Dünən, 19:59
Dünən, 19:49
Dünən, 11:50
Dünən, 11:46
Dünən, 11:36
30-10-2025, 17:21
30-10-2025, 16:29
30-10-2025, 16:03
30-10-2025, 12:16
30-10-2025, 12:05
30-10-2025, 11:57
30-10-2025, 11:39
30-10-2025, 11:34
30-10-2025, 11:23
29-10-2025, 23:10
29-10-2025, 20:45
29-10-2025, 20:29
29-10-2025, 19:56
29-10-2025, 16:18
29-10-2025, 16:14
29-10-2025, 16:08
29-10-2025, 16:02
29-10-2025, 12:08
29-10-2025, 12:00
29-10-2025, 11:56
29-10-2025, 11:50
29-10-2025, 08:35
29-10-2025, 08:13
29-10-2025, 00:17
28-10-2025, 22:47
28-10-2025, 22:23
28-10-2025, 19:52
28-10-2025, 18:11
28-10-2025, 17:35
28-10-2025, 17:25
28-10-2025, 14:59
28-10-2025, 14:56
28-10-2025, 12:12
28-10-2025, 11:41
28-10-2025, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 978