Sumqayıtda sahibsiz küçə itlərinin insanlara hücumu ilə bağlı faktlar artıb



Küçə heyvanlarının amansızca öldürülməsi halları artır. Dilsiz-ağızsız heyvanlar canilərin əlindən qurtula bilmir. Elə bir neçə gün əvvəl Xaçmazda baş verən tükürpədici hadisə yenidən mövzunu gündəmə gətirdi.  Naməlum şəxs “Xaski” cinsindən olan iti baş nahiyəsindən odlu silahla güllələyib. Zaqatalada da iti döyərək öldürüblər. Səbəbi isə qan dondurur – çayxananın  həyətinə girib, şəkər yediyi üçün...
Sahibsiz itlərin öldürülməsi bir dərd, onların insanlara hücum edib, xəsarət yetirməsi başqa dərd... Çarə nədir? 


“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə, son zamanlar Bakı və Sumqayıtda sahibsiz küçə heyvanlarının insanlara hücumu ilə bağlı faktlar artıb. O, Demokrat.az-a açıqlamasında bunun çox təhlükəli olduğunu deyib:

“Çünki sahibsiz heyvanlar arasında quduzluq xəstəliyinin daşıyıcıları ola bilər. Bu, ciddi problemdir və müvafiq dövlət qurumlarının, bələdiyyələrin dəstəyi ilə həll edilməlidir. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatının təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində və Qaradağda sahibsiz itlər üçün müvəqqəti sığınacaq yaradılıb. Orada sahibsiz it və pişiklərin saxlanılması, müayinə və müalicəsi, qidalanması üçün şərait var”. 

E.Cəfərli qeyd edib ki, sahibsiz heyvanlarla bağlı qanunvericilik dəyişdirilməli, onların öldürülməsi,  it və pişiklərə qarşı zorakılıq qadağan edilməlidir:



“Bəzi insanlar fərdi şəkildə həyətinin bir hissəsini ayırır, heyvanlar üçün sığınacaq yeri yaradır. Məsələn, Mərdəkanda Fərid Mansurov adlı şəxs belə bir sığınacaq yaradıb. Heyvansevər insanlar ona dəstək verirlər. Bakının müxtəlif yerlərindən sahibsiz heyvanları onun həyətinə gətirirlər. Lakin bildiyim qədər qonşular həmin sığınacağın fəaliyyətindən narazıdırlar. Hesab edirəm ki, bu cür sığınacaqlar yaşayış yerlərindən kənarda olmalıdır. Küçələrdən sahibsiz heyvanlar yığışdırılmalı, müayinə olunmalı, qısırlaşdırılmalıdır”. 

Ekspertin fikrincə, heyvanlar canlı təbiətdə olsalar, daha yaxşı olar:

“Polşada küçə heyvanı anlayışı yoxdur. Onları insanlar evlərində, həyətlərində saxlayırlar. Bizdə bu, çətin məsələdir. Sahibsiz heyvanlara münasibət insanlarımızda da birmənalı deyil. Fikrimcə, insanlarda canlı təbiətə, ağaclara, heyvanlara sevgi bağça və məktəb yaşlarından aşılanmalıdır. Yer planeti bütün canlılarındır. Onun nemətlərindən insanlar qədər heyvanlar, quşlar da istifadə etməlidir. Bakının torpaq fondu çox olan bir neçə rayonunda heyvanlar üçün sığınacaqlar tikilsə, yaxşı olar. Heyvan qidalarının satışı ilə məşğul olan şirkətlər də həmin sığınacaqlarla əməkdaşlıq etməli, xeyriyyə aksiyalarına qatılmalıdır. Sənətçilər və digər tanınmış şəxslər sahibsiz heyvanlar üçün xeyriyyə aksiyaları keçirsələr, yaxşı olar. Bu aksiyalardan yığılan vəsait sahibsiz heyvanlar üçün yaradılmış sığınacaqların saxlanılmasına yönəldilməlidir”.

13-10-2023, 11:47 247

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102