Çirkli çimərliklər bu xəstəliklərin mənbəyidir


Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümü ərəfəsində Ekologiya Nazirliyi ilə birlikdə Azərbaycanın Xəzər sahilində suyun monitorinqini aparıb. 
 
Suyun laborator təhlili göstərib ki, Bakının Buzovna, Zağulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində suyun fiziki-kimyəvi və baktereoloji göstəriciləri norma daxilindədir.
 
Abşeronun cənub sahilində - Şıxov, Primorsk, şərq sahilində - Hövsan və Türkan, həmçinin Sumqayıt sahilində, şimalda Yalama, Nabran, İstisu, Seyidli qəsəbələrində və dənizin cənub hissəsində - Lənkəran və Astara çimərliklərində isə göstəricilər dəniz suyunun çirkab sularla intensiv çirkləndiyini göstərib. Bundan başqa, bakterioloji çirklənmə səviyyəsi normaya uyğun deyil. Bu səbəbdən müvəqqəti olaraq qeyd edilən çimərliklərdə çimmək tövsiyə olunmur.
 
Məlumdur ki, dəniz suyu duzlu olduğu üçün orada bir sıra mikroblar inkişaf edə bilmir. Bununla belə, normalara cavab verməyən çimərliklər insanda hansı xəstəliklərə səbəb ola bilər? 
 
Ekspertlər qeyd edir ki, dəniz suyunun çirklənməsinə səbəb çimərliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Üstəlik, çirkab suları birbaşa dənizə axıdılır. Beləliklə, həmin çimərliklərin yararlı olması üçün ilk növbədə o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün kifayət qədər təmizləyici qurğular olmalıdır. Ümumiyyətlə, dünyanın hər bir yerində kanalizasiya suları dənizlərə, okeanlara axıdılır. Lakin kanalizasiya suyu axıdılmazdan əvvəl mütləq zərərsizləşdirilir, ikincili, üçüncülü proseslərə məruz qalır, hətta ondan müxtəlif məhsullar istehsal olunur. Lakin ölkəmizdə kanalizasiya sularının nə dərəcədə zərərsizləşdirilib dənizə axıdıldığı məlum deyil. Rəsmi qurumlar dənizin suyunun təmizləyici qurğularla təmizləndiyini bəyan edirlər. Lakin bu yetərli olmur. Bunun üçün də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu yaxınlarda məlumat yayaraq bildirdi ki, dənizin suyunun təmizlənməsi üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur. Qurumdan verlən məlumata görə, ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir. Yaxın dövrdə dövlət proqramına uyğun olaraq çirkləndiricilərin qarşısı alınacaq.
 
İnfeksionist Vaqif Həsənov “Yeni Müsavat”a deyib ki, tövsiyə olunmayan yerlərdə dənizə girənlər bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər. Onun sözlərinə görə, dəniz suyunun çirklənməsi əsasən sudakı patogen bağırsaq çöplərinin olması ilə baş verir.
 
Mütəxəssis bu törədicilərin bəzilərinin insan orqanizmində xəstəlik yarada bildiyini açıqlayıb: “Bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilərlər. Bəzi patogen bağırsaq növləri insan orqanizminə düşsə, mədə-bağırsaq pozğunluğu baş verə, bəziləri bağırsağı zədələyərək ishala səbəb ola bilər. Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir”.
 
Həkimin sözlərinə görə, yoluxma hadisəsi olarsa, yoluxmuş şəxslər yaşadıqları ərazi üzrə poliklinikalarda çalışan həkim-infeksionistə müraciət etməli və analizlər verməlidirlər: “Belə hallarda həkimə müraciətin gecikdirilməsi həyat və sağlamlığı təhlükə altına ala bilər”.
 
İnfeksionistin sözlərinə görə, çirkli dəniz suyundakı bağırsaq çöpləri qana da keçə bilər: “Bu zaman işerixiya mənşəli sepsisin əmələ gəlməsinə yol açır. Bu zaman ölüm halı həddən artıq yüksək olur”.
 
Həkim işerixiya mənşəli törədicilərin meningitlərə səbəb ola bildiyini də diqqətə çatdırıb: “Salmonellaların da müxtəlif növlərinə rast gəlinə bilir. Salmonez xəstəliyi də mədə-bağırsaq pozğunluğu ilə yanaşı, sepsislərlə nəticələnə bilər. Dəniz (çirkli) suyunda qarın yatalağına, qorxulu hesab etdiyimiz vəba xəstəliyinə də rast gəlinə bilər. Digər tərəfdən, bu suda parazitar xəstəliklərin törədiciləri ola bilər. İnsan dənizə gedir ki, günəş şüası qəbul etsin. Bunun müqabilində müxtəlif bakterial, göbələk, ya da parazitar xəstəliklərə tutula bilərlər”. Amma bakterioloji çirklənmiş ərazidə çimən şəxslər həkimin sadaladıqları bakteriyalara yoluxmaya da bilər. Bunun üçün sağlam mədə-bağırsaq sisteminə sahib olmaq lazımdır: “Əgər mədə-bağırsaq sistemi qaydasında deyilsə, turşuluq azdırsa, atrofik qastritləri varsa, mədədə və ya mədə-bağırsaq sistemində vaxtilə əməliyyat edilibsə, xora xəstəliyi və ya disbakteriozu varsa, bu insanların işerixiyalara - yəni bağırsaq çöplərinə yoluxma şansı həddindən artıq çoxdur”. 
 
Həkim deyir ki, çirkli suya girən şəxslərin yoluxmasının meydana çıxmasında bir neçə şərt var: “Yanaşı xəstəliyi olan şəxslərin yoluxma ehtimalı yüksəkdir. Şəxsin qəbul etdiyi törədicinin miqdarı da yoluxmanı müəyyən edir. Az miqdarda törədici qəbul edibsə, mədənin şirəsi hansı ki, tərkibində xlorid turşusu var, onu məhv edəcək. Yox, əgər çox qəbul edibsə, mədə-bağırsağın vəziyyəti yaxşı deyilsə, şəxs xəstələnəcək. Buna inkubasiya dövrü deyilir. Bu inkubasiya dövrü insandan asılı olaraq dəyişir. Yoluxduqdan təxminən 4-5 gün sonra xəstələrdə klinik əlamətlər başlayır. Əsas əlamətlər qarında ağrılar, zəif istiliyin, ishalın olmasıdır. Ürəkbulanma-qusma o qədər olmur, ancaq ola da bilər. İshal isə ağır hallarda gün ərzində 20-30 dəfəyədək müşahidə edilə bilər. Patogen işerixiyalar əsasən kanalizasiya sularının töküldüyü ərazilərdə müşahidə edilir. Bu işerixiyalar da suyun bakterioloji çirklənmə dərəcəsini müəyyənləşdirir. Əslində dəniz suyunda bağırsaq törədiciləri - patogen törədicilər olmamalıdır. Əgər bağırsaq çöpləri aşkar edilirsə, həmin çimərliklərdə çimmək məsləhət görülmür”.

11-06-2024, 13:08 271

Digər xəbərlər

“Qarabağ” Bilbaoda məğlub oldu – İlk itki

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 22:36
Dünən, 13:53
Dünən, 12:11
Dünən, 10:21
Dünən, 09:52
21-10-2025, 13:50
21-10-2025, 11:03
21-10-2025, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 972