Təhsildə “qarışqadan fil düzəldənlər” kimlərdir?

Orta məktəblər mövzusu bir çox hallarda süni olaraq şişirdilir və ən xırda insident belə əsas xəbər kimi cəmiyyətin gündəminə çevrilir
Orta məktəblər mövzusu mətbuatda həddindən artıq şişirdilir. Ən xırda insident də əsas xəbər kimi başlığa çıxarılıb gündəmə çevrilir. Elm və təhsil nazirinin müsahibələrinin birində məktəblərdə neqativ hallarla bağlı dediklərini xatırlamaq yerinə düşər. Nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladıb. 
Nazir bildirib ki, təxminən bu sayda da valideyn var: “Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ hallar olur. Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da nazirlik müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Son illər açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb”. 
Onun sözlərinə görə, sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konflikt olacaq: “Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da nazirlik mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir”. 
E.Əmrullayev qeyd edib ki, bu, davamlı prosesdir: “Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəbdir və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırılmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir”. 
Ümumiyyətlə, məktəblilərlə bağlı baş verən neqativ hadisələrin fonunda müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər uşaqların sosial şəbəkələrin təsiri altına düşdüyünü deyir, qeyd edirlər ki, mobil telefonlara, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib. 
Uşaqların tərbiyəsində nələrə diqqət edilməlidir? Məktəblərlə bağlı neqativ xəbərlər niyə bu qədər çoxdur? “Qarışqadan fil düzəltmək” kimlərə lazımdır? 
Ceyhun Məmmədov: “Elm və Təhsil Nazirliyinin yaradılması Azərbaycan elminin  inkişafına ciddi töhfə verəcək”
 Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, belə hadisələrin məktəblərdə baş verməsi hər kəsə mənfi təsir göstərir: “Amma bu da reallıqdır ki, bu gün dünyanın bir çox ölkələrində biz zaman-zaman belə hadisələrin şahidi oluruq. Hətta Amerikada məktəblinin digər məktəblini güllələməsi kimi hadisələri müşahidə etmişik. Əlbəttə, bizdə kontingent böyükdür. Söhbət 4 mindən artıq məktəbdən, 150 mindən artıq müəllimdən, 1 milyon 600 min şagirddən gedir. Amma bütün bunlar o anlama gəlmir ki, bu məsələlərə adi hal kimi yanaşaq. Bu məsələdə hər iki tərəfin üzərinə məsuliyyət düşür. Bu, təkcə məktəbin, valideynin problemi deyil. Bu, bütünlükdə cəmiyyətin problemidir. Həm məktəblərimizin, həm müəllimlərin, həm də valideynlərin üzərinə ciddi vəzifə düşür. Valideynlər öz övladlarına normal tərbiyə verməlidirlər, onların tərbiyəsinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Onlar buna görə məsuliyyət daşıyırlar. Eyni zamanda təhsil müəssisələrinin də üzərinə vəzifə düşür ki, gənclərin təlim-tərbiyə işinə daha həssas, diqqətlə yanaşsınlar və  biz belə halları tez-tez görməyək. Yəni əvvəl dediyimiz məsələ heç də bizi məsuliyyətdən azad etmir. Düşünməliyik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün nə edək? Əlbəttə, kontingent böyükdür. Amma bu gün bizim qarşımızda duran əsas missiya odur ki, bu cür neqativ hallar bir daha yaşanmasın. Bu anlamda ciddi işlər görülməlidir. Hesab edirəm ki, məktəblər həm şagirdlər, həm də valideynlərlə sıx iş aparmalıdır. Direktorlar həm valideynlərlə, həm şagirdlərlə çox ciddi işləməlidir. Şagirdlər arasında bullinq hallarının olmaması üçün davamlı olaraq tədbirlər keçirməliyik. Bu, həqiqətən də xoşagələn məsələ deyil. 
Ümumiyyətlə, təlim-tərbiyə prosesinə yenidən baxmalıyıq. Nədən bəzi gənclər bu qədər aqressiv və digər gənclərə belə hörmətsiz yanaşırlar, onu ciddi araşdırmalıyıq. Əslində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsindən, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə bu məsələnin aktuallığını bir daha göstərdi. Eyni zamanda bu hörmətsizliyi sərgiləyən gənc barədə ciddi addımlar atılmalı və cəmiyyətə ətraflı məlumat verilməlidir".
Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı bizimlə fikirlərini bölüşüb: “Əgər neqativ hadisə məktəbin daxilində, auditoriyada baş veribsə, təbii ki, burada məktəb rəhbərliyi, növbətçi müəllim, səlahiyyətli şəxslər məsuliyyət daşıyırlar. O zaman sual onlara ünvanlanır ki, nə üçün hadisə baş verib? Amma məktəbdən kənar baş verən hadisələrdə də təəssüf ki, cəmiyyət yenə də məktəbi istiqamət götürür. Daha çox məktəb günahlandırılır. Ümumiyyətlə, məktəbdə baş verən hadisə, yaxud da məktəbdən kənarda şagirdlər arasında baş verən olay da birmənalı olaraq məsuliyyət daşıyan şəxs birbaşa valideynlərdir. 100  faizin üzərindən götürsək, uşağın tərbiyəsində rolu oynayan onun valideynləridir. 20 faiz təhsil müəssisəsinin üzərinə düşür, yerdə qalanları isə cəmiyyətin, ətraf mühitin təsiridir. Bu prinsipi gözləmədən hər kəs müəllimi günahlandırır. Müəyyən şəxslər var ki, onların ya mövcud təhsil idarəsinin rəhbərliyindən narazılığı var. Eyni zamanda qəlibləşmiş bir format var ki, uşaq məktəbə gedirsə, tərbiyəli olmalıdır. Halbuki bu, mümkün deyil. Ölkədə 1 milyon 600 min şagird var, 160 minə yaxın müəllim. Ümumi götürəndə hər müəllimə 10 şagird düşür. Bu gün evdə bir-iki uşağına tərbiyə verə bilməyən valideyn gözləyir ki, müəllim tərbiyələndirsin. Bu, real olaraq mümkün deyil. Biz deyirik, müəllim təhsil verəndir. Tərbiyə verən desəydik, o zaman bunu tələb edərdik. Faktiki olaraq təhsil alan və təhsil verən var. Cəmiyyətin özünün də məktəbə, müəllim nüfuzuna birmənalı, qərəzli yanaşması doğru deyil. Hadisə məktəb daxilində baş verməyibsə, hadisənin haradan qaynaqlandığını öyrənməliyik, bundan sonra mövqe bildirməliyik”. 
VAQİF QARAYEV,
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev də bu məsələ ilə bağlı fikrini bildirib. O, diqqəti uşaqların mobil telefonlardan asılılığına yönəldib: “Uşaq (yeniyetmə) əyləncə üçün alternativ heç nə tapmırsa, mütləq internetdən yapışacaq. Əksər valideynlərin tək şikayəti var - uşağımı telefondan ayıra bilmirəm. İllərdi deyilir, indiki uşaqlar üçün yeni şeirlər, nağıllar yazılmalı, filmlər çəkilməli, tamaşalar qoyulmalıdır. İnternetdən aqressiya yox, faydalı məlumatlar ala bilsin. Bunlar yoxdur. Məktəbi nədə desəniz günahlandırmaq olar, amma uşağın saatlarla internetə "yapışmağında" məktəbin heç bir günahı yoxdur. Uşaq ailədə böyüyür, məktəbdə yox. Düzdür, mühitin rolu çox böyükdür, amma “mühit ancaq internetə baxırsa”, məktəb nə etsin?
İndiki uşaqlar internetin hesabına daha tez məşhurlaşmaq istəyir. Faydasız məşhurlaşmaqdır". 
Yeni Müsavat”

23-02-2024, 10:20 101

Digər xəbərlər

Sumqayıt”ın baş məşqçisi Samir Abasov Xavi ilə görüşdü

" “Stansiya Sumqayıt”da batan İbrahimin FOTOSU

“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır”-ŞƏRH

Ceyranbatan kanalında batdığı ehtimal olunan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

“Ermənistan mozaika daşına çevriləcək” - Rəsmi Bakının şok enerji strategiyası

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

"Kristal Abşeron"-nun binasında dəhşətli görüntülər-VİDEO

Bu xanım SDU-da yüksək vəzifəyə TƏYİN EDİLDİ-FOTO

Zakir Fərəcov şəhər sakinləri ilə görüş kecirib– FOTO

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard”la ödənişində yaranmış problem yaxın günlərdə həllini tapacaq

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıbFOTO

Əməkdaşlığımız möhkəmlənir

Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Azərbaycanda general vəfat etdi

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Nəsib Quliyevin yasına gələnlər NƏLƏR danışdı? - övladları və xanımı yasda İŞTİRAK ETMƏDİVİDEO

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 840
Bu gün, 00:39
Dünən, 23:41
Dünən, 12:19
Dünən, 11:30
Dünən, 11:21
Dünən, 11:06
Dünən, 10:58
Dünən, 09:00
26-04-2024, 17:43
26-04-2024, 17:25
26-04-2024, 12:27
26-04-2024, 12:21
26-04-2024, 12:19
26-04-2024, 12:18
26-04-2024, 12:05
26-04-2024, 11:59
26-04-2024, 11:26
26-04-2024, 11:24
26-04-2024, 11:16
26-04-2024, 11:11
26-04-2024, 11:05
26-04-2024, 11:00
26-04-2024, 10:57
26-04-2024, 10:55
26-04-2024, 09:00
25-04-2024, 15:37
25-04-2024, 15:14
25-04-2024, 12:03
25-04-2024, 11:57
25-04-2024, 11:55
25-04-2024, 11:53
25-04-2024, 11:47
25-04-2024, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
1 2 3 4 5 6 7 8 9 10 ... 840