Qərbi azərbaycanlılar öz yurdlarına qayıtmalı, Ermənistanın üzərinə öhdəliklər qoyulmalıdır

 
Azərbaycan Xalq Cümhuriyyəti 28 May 1918-ci il tarixdə öz müstəqilliyini elan etdikdən sonra Ermənistan fraksiyası ilə danışıqlar apararaq, daşnaqlar əsasında Azərbaycan ərazisində soyqırımın, aramsız qətliamların qarşısını almaq üçün İrəvanı Ermənistana güzəşt etməyi qərara alırlar. Milli Şuranın İrəvandan olan 3 üzvü bu qərara etiraz etsələr də, səs çoxluğu ilə yekun qərar verilir.  “1918-ci ildə təzə yaradılmış Azərbaycan  Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır”. Azərbaycan ərazilərində   nisbi sakitliyin bərpası və bərqərar olması üçün hakimiyyətin İrəvanı güzəştə getməyə məcbur olmasına baxmayaraq, çaxnaşmalar, yerli əhliyə qarşı olan amansız rəftar həmin müddət ərzində daha da artdı. 1918-1920-ci illər ərzində İrəvan və ətraf  bölgələrdə azərbaycanlılara qarşı kütləvi soyqırım, qətliam və deportasiyası başlamışdır.  Azərbaycan Xalq Cumiriyyəti hakimiyyəti də artıq anlamışdır ki, 29 may 1918-ci il qərarı İrəvan azərbaycanlılarına qarşı atılmış ən böyük yanlışılq idi. 
 
28 aprel 1920-ci il Azərbaycan Xalq Cumiriyyətinin  süquta uğrayır və   SSR-in tərkibinə daxil olduqdan sonra, Azərbaycanın torpaq ərazisinin işğal siyasəti genişlənmiş formada vüsət aldı. 1920-ci ildə  erməni millətçilərinin təsiri və sovet hökumətinin qərarı 
ilə bizim digər tarixi torpağımız olan Zəngəzur, Göyçə, Şərur-Dərələyəz, Zəngibasar, Vedi, Dilican  da Azərbaycanın tərkibindən  ayıraraq Ermənistana birləşdirildi. Bu illər  ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Cənab Prezidentin dediyi kimi bu Azərbaycan xalqına qarşı xəyanət və böyük bir cinayət idi. Qərbi azərbaycanlıların faciələri bununla da  bitmədi. Həmin ərazilərdə yaşayan azərbaycanlılara kütləvi şəkildə soyqırım və qətliyamlar törədərək xalqda təşviş yaradılmış və bunun nəticəsində  SSR-in də dəstəyi ilə 1940-ci il, 1949-1953-cü il, 1988-1992-ci illərdə  xalqımız öz dədə-baba torpaqlarından deportasiya məruz qalmışdırlar.  Beynəlxalq qanun və konvesniyalara əsasən hər hansı bir xalqa qarşı soyqırım, qətliam, terror, məskunlaşdıqları ərazilərdən əmlakları müsadirə olunaraq deportasiya edilmələri yolverilməzdir. 

Mən Qərbi Azərbaycan İcmasının üzvü kimi 1918-1920, 1920-1929-cu illərdə xalqın iradəsi nəzərə alınmadan verilən torpaqlar haqqında yenidən iddia qaldırmaq, AR Konstitusiyasının 96-cı maddə qanunvericilik təşəbbüsü hüququnun dördüncü bəndini əsas tutaraq (Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur). Mən də Qərbi Azərbaycandan olan vətəndaşlarımızdan  40.000 imza toplayaraq, bu məsələni A.R.Parlementinin müzakirəsinə çıxarmaq istəyirəm. Bu məsələ A.R. Parlamentində təsdiqini taparsa, bundan sonra beynəlxalq platformada müzakirə olunmalı və Azərbaycanın xeyrinə qərarlaşdırılmalıdır. Arxiv sənədləri, tutarlı faktlardan ibarət sənədlərlə qeyd olunan məsələni israrla və davamlı olaraq sübut etməliyik.

Əlbəttə ki, bu məqam Ermənistanın xeyrinə olmayacaq, ancaq bu bənd iki dövlət arasında gələcəkdə bağlanacaq sülh müqaviləsinə mütləq əlavə olunmalıdır. Çünki Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıtmaları Ermənistan üzərinə öhdəlik olaraq qoyulmalı, azərbaycnlılara öz müqəddaratlarını özlərinin müəyyən etməsi hüququ verilməlidir. 
 
Yuxarıda qeyd etdiyimiz müddəaları dövlətlə yanaşı İcma tərəfindən həm dünya ölkələrinə, həm də beynəlxalq təşkilatlar və qurumlara, eləcə də beynəlxalq məhkəmələrə müraciət edərək öz hüquqlarımızı bərpa edə bilərik. Biz siyasi döngələrin xeyrimizə dəyişən zaman bunları öz leyhimizə icra edə bilərik.
 
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyi Gənclər Birliyinin üzvü, hüquqşünas Nəbiyev Emin 

6-01-2025, 18:17 251

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005