Dil siyasəti və milli dövlətçilik modeli vəhdət təşkil edir

 İstər sosial tərəqqidə, istərsə də milli şüur hadisəsi kimi üstündə “Ana dili” yazılan kitablar daha böyük iş görüb. Bəlkə buna görə XIX əsrin sonunda maarifçi dalğa şüur, kimlik hərəkatına “Vətən dili” dərsliyini hasilə gətirməkdən başladı. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Bu gün ən vacib faktorlardan biri etnomədəni sistem sayılır ki, onu qoruyan amil ilk növbədə, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş, hər şeydən əvvəl dil saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Bu gün etnomədəni sistemi qorumaq xüsusən, qloballaşmanın milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.


Azər­bay­can­da mil­li bir­lik və həm­rəy­lik ide­ya­sı­nın uğur­la hə­ya­ta ke­çi­ril­mə­si azər­bay­can­çı­lıq idea­lı­na xid­mə­tin ifa­də­si­dir. Azər­bay­can xal­qı an­la­yı­şı­ ilə yanaşı, Azər­bay­can di­li anlayışının da var ol­ma­sı mil­li möv­qe­nin qo­ru­nub sax­la­nıl­ma­sı ilə ya­na­şı, müs­tə­qil döv­lə­tin da­xi­li sa­bit­li­yi­nin tə­min edil­mə­si­nə, öl­kə­də ya­şa­yan xalq­lar və et­nik qrup­lar ara­sın­da to­le­rant­lıq mü­hi­ti­nin for­ma­laş­dı­rıl­ma­sı­na xid­mət edir.

Ulu Öndər Hey­dər Əli­yev hakimiyyətdə olduğu hər iki dönəmdə dil məsələsinə xalqı­n mil­li kim­li­yi­ni tə­yin edən ümummilli amil kimi ya­na­ş­dı. Yaxşı bilirdi ki, yalnız yaddaşı olan xalq azadlığının qədrini bilər, ləyaqətini qoruyar. Heydər Əliyev üçün “yaddaş-dil-birlik” eyni məna yuvasına daxil olan anlayışlar idi. Ona görə əksər çıxışlarında refren olaraq vurğulayırdı: “Azər­bay­can di­li­nin bun­dan son­ra da in­ki­şaf et­mə­si mə­nim hə­ya­tı­mın ən bi­rin­ci və­zi­fə­si­dir. Çün­ki mil­lə­tin di­li­ni əlin­dən al­san, onu öz di­lin­dən məh­rum et­sən, o mil­lət çox şey iti­rər. Am­ma mil­lə­tin öz doğ­ma di­li, ana di­li olan­da, onu heç nə də­yiş­di­rə bil­məz... Bi­zim gənc­lə­rə de­yi­rəm ki, rus di­li­ni yax­şı bi­lin, in­gi­lis, fars, ərəb, fran­sız dil­lə­ri­ni də yax­şı bi­lin. Am­ma bun­la­rın ha­mı­sın­dan yax­şı öz Azər­bay­can di­li­ni­zi öy­rə­nin. Əgər bu­nu bil­mə­sən, sən tam azər­bay­can­lı ol­mur­san”.

Heydər Əliyev hə­mi­şə Azər­bay­can di­li­nə, onun si­ya­si-hü­qu­qi tə­mi­nat­la­rı­na ge­niş yer ver­miş, fər­man, qə­rar və sə­rən­cam­lar im­za­la­mış, prak­tik həl­li is­ti­qa­mə­tin­də cid­di fəa­liy­yət gös­tər­miş­dir. O, bə­yan et­miş­dir: “Bu gün müs­tə­qil bir döv­lət ki­mi ən fəxr et­di­yi­miz bir də odur ki, bi­zim gö­zəl Azər­bay­can di­li­miz var. Azər­bay­can di­li­nin for­ma­laş­ma­sın­da, in­ki­şaf et­mə­sin­də, bu­gün­ki sə­viy­yə­yə çat­ma­sın­da ya­zı­çı­la­rı­mı­zın, şa­ir­lə­ri­mi­zin, ədə­biy­yat­şü­nas­la­rın, dil­çi alim­lə­rin bö­yük xid­mə­ti var”.

Təsadüfi deyil ki, bö­yük rəh­bər ilk “İs­tiq­lal” or­de­ni­ni Bəx­ti­yar Va­hab­za­də, Xə­lil Rza və Məm­məd Ara­za ver­ərkən, bu ba­rə­də 16 ap­rel 1995-ci il ta­rix­li çı­xı­şın­da bu şairlərin dil məsələsinə həssaslıqlarını önə çəkmişdir.

Ümummilli Lider Hey­dər Əli­ye­vin Azər­bay­ca­na rəh­bər­li­yi­nin bi­rin­ci döv­rün­də, konk­ret ola­raq 1978-ci il­də Azər­bay­can di­li­nin öl­kə­mi­zin konsti­tu­si­ya­sı­na döv­lət di­li ki­mi da­xil et­dir­mə­yə na­il ol­ma­sı çağın reallıqları prizmasından yanaşdıqda mi­sil­siz ta­ri­xi nai­liy­yət­ sayılır. So­vet­lər İt­ti­fa­qın­da va­hid bey­nəl­mi­ləl­çi­lik prin­sip­lə­ri­nin hə­ya­ta ke­çi­ril­di­yi bir za­man­da Azər­bay­can di­li­nin rəs­mi ola­raq döv­lət di­li ki­mi qə­bul olun­ma­sı ço­xəsr­lik döv­lət­çi­lik ta­ri­xi­mi­zin na­dir ha­di­sə­si­ olmaqla yanaşı gə­lə­cək müs­tə­qil­li­yi­mizin mü­hüm tə­mi­nat­la­rın­dan bi­rinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi tanınması milli kimliyin və mədəniyyətin qorunması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Bu təşəbbüsün konkret nəticəsi 27 aprel 1978-ci il tarixində qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması oldu. Aydındır ki, 1970-ci illərdə Sovet İttifaqında rus dilinin dominantlığı güclənməkdə idi və ittifaq miqyasında rus dilinin “ümumxalq ünsiyyət vasitəsi” kimi tanınması təşviq olunurdu. Bu şəraitdə respublikaların milli dillərinin arxa plana keçmək təhlükəsi yaranmışdı. Lakin Heydər Əliyev bu təhlükəni vaxtında dərk edərək, Azərbaycan xalqının milli kimliyinin əsas dayaqlarından biri olan ana dilinin qorunması və rəsmi status qazanması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. Bu, Sovet İttifaqı çərçivəsində nadir hallardan biri, milli dəyərlərin qorunmasında mühüm addım idi. Bu təşəbbüsün nəticəsi olaraq Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və rəsmi sənədləşmədə daha geniş istifadə edilməyə başladı. Dilin hüquqi status alması onun gələcəkdə müstəqil Azərbaycan Respublikasında əsas dövlət dili kimi möhkəmlənməsinə zəmin yaratdı. Milli özünüdərk və mədəni dirçəliş proseslərinə təkan verdi.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəlişinin birinci dövründə, XX əs­rin 70-80-ci il­lə­rin­də Azər­bay­can ədə­bi-ic­ti­mai mü­hi­tin­də ana di­li mə­sə­lə­lə­ri ge­niş yer tut­muş­dur. Xalq şa­ir­lə­ri Rə­sul Rza, Bəx­ti­­yar Va­hab­za­də, Xə­lil Rza, Məm­məd Araz, bir qə­­dər son­ra Anar, Elçin və Sa­bir Rüs­təm­xan­lı ki­mi sə­nət­kar­la­rın ana di­li uğ­run­da apar­dıq­la­rı mil­li mü­ca­di­lə­yə döv­lət sə­viy­yə­sin­də mü­əy­yən üsul­lar­la mey­dan açıl­mış və bu, ma­hiy­yət eti­ba­ri­lə xalq ara­sın­da və Mər­kə­zi hö­ku­mət­də Azər­bay­can di­li­nin döv­lət di­li sə­viy­yə­si­nə qal­dı­rıl­ma­sı üçün ic­ti­mai rə­yi ha­zır­la­mış­dır. Dil­çi alim­lər be­lə qə­na­ət­lə­rin­də haq­lı­dır­lar ki, “Hey­dər Əli­yev… Mosk­va ilə ən uğur­lu komp­ro­mis şə­rai­tin­də özü­nə­məx­sus “dil si­ya­sə­ti” yü­rü­dür­dü ki, hə­min si­ya­sə­tin baş­lı­ca məq­sə­di ana di­li­ni da­ha da in­ki­şaf et­dir­mək, … müs­tə­qil döv­lət di­li­nə çe­vir­mək idi (Nizami Xudiyev)”.

Doğ­ru­dan da, cə­miy­yət­də ana di­li uğ­run­da ge­dən pro­ses­lə­ri za­man-za­man Mər­kə­zi hö­ku­mə­tin diq­qə­ti­nə çat­dır­maq­la və mə­­­sə­­­lə­yə Si­ya­si Bü­ro sə­viy­yə­sin­də ay­dın­lıq gə­tir­mə­yi ba­car­maq­la, Hey­dər Əli­yev hə­lə So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də, 1978-ci il­də Azər­bay­can di­li­nin döv­lət di­li ki­mi öl­kə­nin Kons­ti­tu­­si­­ya­­sı­­na ay­rı­ca mad­də ki­mi da­xil edil­mə­si­nə na­il ol­muş­dur.

Ötən əs­rin 70-ci il­lə­rin­də Hey­dər Əli­ye­vin Azər­­bay­ca­nın bir qrup ta­nın­mış dil­çi alim­lə­ri­ni – Mux­tar Hü­seyn­za­də­ni, Əlöv­sət Ab­dul­la­ye­vi, Yu­sif Se­yi­do­vu, Ağa­məli Hə­sə­no­vu çox­cild­lik “Mü­­a­­sir Azər­bay­can di­li” dərs­li­yi­nə gö­rə res­pub­li­ka­nın Döv­lət Mü­ka­fa­tı ilə təl­tif et­mə­si də el­mi-ic­ti­mai və ədə­bi-mə­də­ni mü­hit­də ana di­li­nin möv­qe­yi­nin da­ha da möh­kəm­­lən­­di­ril­mə­si­nə xid­mət sayılmalıdır. Bu­nun­la Hey­dər Əli­yev hə­lə XVI əsr­­də Şah İs­ma­yıl Xə­tai ilə baş­la­nan, za­man-za­man qa­ba­rıb-çə­ki­lən ana di­li si­ya­sə­ti mə­­sə­­lə­­si­ni ilk də­fə tam rəs­mi ola­raq bö­yük qə­tiy­yət­lə döv­lət si­ya­sə­ti sə­viy­yə­sin­də hə­ya­ta ke­çir­mək­lə ta­mam­la­mış­dır. Ana di­li uğ­run­da apa­rı­lan mü­ba­ri­zə öz növ­bə­sin­də, Azər­bay­can cə­miy­yə­tin­də və ədə­biy­ya­tın­da mil­li­lik mə­sə­lə­si­ni diq­qət mər­kə­zi­nə çək­mək, ge­niş mə­na­da mil­li azad­lıq möv­zu­su­nu dəs­tək­lə­mək de­mək idi. Bu pro­ses Azər­bay­can ədə­biy­ya­tın­da öl­kə­nin və xal­qın ta­le­yi, mil­li-mə­nə­vi də­yər­lə­rin əhə­miy­yə­ti ki­mi möv­zu­la­rı­n mey­da­nı­nın ge­niş­lən­mə­si­nə şə­ra­it ya­rat­mış­dır.

Öl­kə­miz müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra Hey­dər Əli­ye­vin ana di­li uğ­run­da apar­dı­ğı si­ya­sə­tin miq­ya­sı da­ha da ge­niş­lən­miş, bir çox ümum­mil­li mə­sə­lə­lə­rin döv­lət si­ya­sə­ti sə­viy­yə­sin­də həll edil­mə­si ilə ba­şa çat­dı­rıl­mış­dır. Bu za­man da Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi əsas qüv­və ya­zı­çı, ədə­biy­yat fak­to­ru və şa­ir­lər, ya­ra­dı­cı zi­ya­lı­lar ol­muş­dur. Bu ba­xım­dan bö­yük yazıçı Cə­lil Məm­məd­qu­lu­za­də­nin 1994-cü il­də ke­çi­ril­miş 125 il­lik yu­bi­le­yin­də ana di­li mə­sə­lə­lə­ri­nə gös­tə­ri­lən xü­su­si diq­qət hə­min sa­hə­də­ki di­gər bö­yük təd­bir­lə­rin baş­lan­ğı­cı­na çev­ril­miş­dir. Hey­dər Əli­yev gör­kəm­li ya­zı­çı haq­qın­da­kı nit­qin­də ədə­biy­ya­tı­mı­zın klas­si­ki ki­mi çox yük­sək qiymətləndirdi­yi Cə­lil Məm­məd­qu­lu­za­də­nin ana di­li uğ­run­da mü­ba­ri­zə­si­ni müa­sir dövr üçün də zə­ru­ri he­sab et­miş­dir: “Cə­lil Məm­məd­qu­lu­za­də­nin fəa­liy­yə­tin­də ən də­yər­li cə­hət­lər­dən bi­ri də Azər­bay­can xal­qı­nın di­li­nin in­ki­şa­fı üçün gös­tər­di­yi xid­mət­lər­dir. Onun da­im iş­lət­di­yi “Və­tən, Və­tən, Və­tən! Mil­lət, mil­lət, mil­lət! Dil, dil, dil!” söz­lə­ri xal­qı­mı­zın, mil­lə­ti­mi­zin fi­kir­lə­ri­ni, ar­zu­la­rı­nı ifa­də edir. Ədi­bin ana di­li­nə – Azər­bay­can di­li­nə bö­yük diq­qə­ti, ana di­li­ni bil­mə­yə səs­lə­mə­si və ana di­li­nin, Azər­bay­can di­li­nin hər yer­də hökm sür­mə­si zə­ru­ri­li­yi­nə da­ir fi­kir­lə­ri, ya­zı­la­rı o vaxt üçün va­cib idi, bu gün üçün də çox ak­tu­al­dır. “Ana­mın ki­ta­bı” Azər­bay­can üçün çox da­hi­ya­nə əsər­dir. Çün­ki … əsr­lər bo­yu ay­rı-ay­rı is­ti­qa­mət­lər­dən xal­qı­mı­za tə­sir­lər ol­muş­dur… An­caq xal­qı­mı­zın da­hi si­ma­la­rı Azər­bay­can di­li­ni, Azər­bay­can mil­li­li­yi­ni ya­şa­dıb, mil­li şüu­ru­nu, mil­li məf­ku­rə­si­ni da­im ya­şat­mış­dır”.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin xal­qı­mı­zın ana di­li­nin ne­cə ad­lan­dı­rıl­ma­sı uğ­run­da apar­dı­ğı mü­ba­ri­zə döv­lə­ti­mi­zin ma­raq­la­rı­na, res­­pub­­li­ka­mı­zın re­al­lıq­la­rı­na ta­ma­mi­lə uy­ğun idi. Bu sa­hə­də də qə­ti fik­rə, ye­kun qə­­naə­tə gəl­mək üçün Hey­dər Əli­yev Azər­bay­can zi­ya­lı­la­rı­nın, o cüm­lə­dən ədə­­biy­­yat xa­dim­lə­ri­nin dəs­tə­yin­dən is­ti­fa­də et­mə­yi zə­ru­ri say­mış­dır. Onun 31 okt­yabr 1995-ci il­də Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sın­da zi­ya­lı­lar­la gö­rü­şü za­ma­nı irə­li sür­dü­yü Azər­bay­can Kons­ti­tu­si­ya­sın­da döv­lət di­li ki­mi Azər­bay­can di­li­nin təs­bit edil­mə­si ge­niş mə­na­da cə­miy­yə­tin ma­ra­ğı­na, öl­kə­miz­də ya­şa­yan bü­tün xalq­la­rın və et­nik qrup­la­rın ma­raq­la­rı­na uy­­ğun­dur. Azər­bay­can di­li ide­ya­sı Azər­bay­can­da ya­şa­yan bü­tün et­nik qrup­­la­­rı öz ət­ra­fın­da bir­ləş­di­rən bir fak­tor ki­mi Azər­bay­can ya­zı­çı­la­rı tə­rə­fin­dən mü­­da­­fiə olun­muş­dur.

Mü­za­ki­rə­lər­də çı­xış edən Nə­bi Xəz­ri, Bəx­ti­yar Va­hab­za­də, Anar, El­çin, Qa­bil, Ağa­mu­sa Axun­dov, Hü­seyn Ab­bas­za­də, Sa­bir Rüs­təm­xan­lı və baş­qa­la­rı müx­tə­lif fi­kir­lər bil­dir­sə­lər də, son nə­ti­cə­də Ulu Öndər Hey­dər Əli­ye­vin mey­da­na qoy­du­ğu Azər­bay­can di­li an­la­yı­şı­na üs­tün­lük ver­miş, haqq qazandırmışlar. Hey­dər Əli­yev öl­kə miq­ya­sın­da ic­ti­mai rə­yin for­ma­laş­dı­rıl­ma­sın­da ya­zı­çı, zi­ya­lı möv­qe­yi­nin əhə­miy­yə­ti­ni əsas gö­tür­mək­lə, mü­za­ki­rə­lər­də hə­min fak­tor­dan ge­niş is­ti­fa­də ilə ən məq­bul azər­bay­can­çı qə­ra­rı for­ma­laş­dır­ma­ğa na­il ol­muş­dur. Azərbaycan dili ölkə coğrafiyasında yaşayan bütün xalqların vahid danışıq və ünsiyyət vasitəsi, müstəqillik qazanmış Respublikanın dövlət dilinin adı kimi qəbul edilmişdir. Bü­tün bun­lar cə­miy­yət­də və ədə­biy­yat­da Azər­bay­can­çı­lıq ami­li­nin, ümum­mil­li dü­şün­cə­nin da­ha da qüv­vət­lən­di­ril­mə­si­nə sə­bəb ol­muş­dur.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

“Hey­dər Əli­ye­vin Azər­bay­can di­li si­ya­sə­ti çox ge­niş mə­na­sı, el­mi-kon­sep­tu­al əsas­la­rı ilə, əs­lin­də Azər­bay­ca­nı xi­la­set­mə yo­lu­nun mü­hüm tər­kib his­sə­si idi” (Timuçin Əfəndiyev). O­nun müa­si­ri ol­du­ğu şa­ir və ya­zı­çı­la­ra ver­di­yi də­yə­rin zəminin­də həm də dil ami­li­nin da­yan­dı­ğı­nı gör­mək çə­tin de­yil. Bu is­ti­qa­mət­də atdığı bütün ad­dı­mların - “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da” 18 iyun 2001-ci il ta­rix­li və “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da” 30 sent­yabr 2002-ci il ta­rix­li fər­man­la­rın əsasında da­ya­nan sə­bəb xal­qın mil­li var­lı­ğı­nı mü­əy­yən edən baş­lı­ca ami­lin ana di­li ol­ma­sı­nı rəh­bər ki­mi dərk et­mə­si idi.

“Ədə­bi di­lə və­tən­daş­lıq bor­cu” mə­qa­lə­sin­də professor Tey­mur Əh­mə­dov Hey­dər Əli­ye­vin fi­kir və məf­ku­rə­ni dil si­ya­sə­ti­nə doğ­ru yö­nəlt­mə­sin­dən söz açır. Gös­tə­rir ki, Ulu Öndər yüz­lər­lə şa­gir­di xa­ri­ci öl­kə­lər­də ali təh­sil al­ma­ğa gön­də­rir­di. Əmin idi ki, on­lar mü­kəm­məl təh­sil­li mü­tə­xəs­sis­lər ki­mi doğ­ma öl­kə­si­nin in­ki­şa­fı­na na­mus­la xid­mət edə­cək­lər. 1997-ci il av­qus­tun 29-da Pre­zi­dent sa­ra­yın­da da­xil­də və xa­ric­də ali mək­təb­lə­rə qə­bul olun­muş tə­lə­bə­lər­lə gö­rüş ke­çi­ril­miş, Hey­dər Əli­yev doğ­ma ana di­li­mi­zi, döv­lət di­li­mi­zi yax­şı bil­mə­yi töv­si­yə et­miş­dir. Ulu Öndər bil­di­rir­di: “Hər bir xalq öz di­li ilə ya­ra­nır. An­caq bu di­li ya­şat­maq, in­ki­şaf et­dir­mək və dün­ya mə­də­niy­yə­ti sə­viy­yə­si­nə qal­dır­maq xal­qın qa­baq­cıl adam­la­rı­nın, elm, bi­lik xa­di­mi­nin fəa­liy­yə­ti nə­ti­cə­sin­də müm­kün olur”.

Əlbəttə ki, Hey­dər Əli­yevin 2001-2003-cü il­lər­də “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si”, “Azər­bay­can əlif­ba­sı və Azər­bay­can di­li gü­nü­nün tə­sis edilməsi”, “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da Azər­bay­can Respublika­sı qanu­nu­nun tət­biq edil­mə­si haq­qın­da” fər­man­ları bircə mərama xidmət edirdi: hər bir gənc öz ana di­li­ni in­cə­lik­lə­ri­nə qə­dər bil­sin və bu dil­dən is­ti­fa­də et­sin. “Biz müstə­qil Azər­bay­can­da Azər­bay­can di­li­ni döv­lət di­li et­di­yi­miz ki­mi, cəmiyyətimizdə də, xalqı­mı­zın için­də də Azər­bay­can di­li­ni müt­ləq ha­kim dil et­mə­li­yik”, - deyirdi Ulu Öndər!

Dil siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Yaxud 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Çıxışlarının birində Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

Bütün bunlar göstərir ki, dövlət başçısı Azər­bay­can ədə­bi di­li­nə ay­rı­ca diq­qət ye­tirmiş, di­lin ta­le­yi­ni diq­qət mər­kə­zin­də sax­la­mış, bu istiqamətdə ar­dı­cıl, məq­səd­yön­lü si­ya­sət apar­mış­dır. Xüsusilə Azərbaycan klassiklərinin, ana dilinin saflığı uğrunda məramla çalışan yaradıcı ziyalıların irsinin qorunması və təbliği yönündə gördüyü işlər Prezidentin Azər­bay­can mil­li ru­hu­na göstərdiyi ən önəm­li xid­mət ola­raq də­yər­lən­dir­ilməlidir.

Martin Haydegger dili “varlıq evi” adlandırırdı. Bu, doğrudan da belədir. Xalqın, millətin varoluşunun başlıca şərti, gücü onun dilini qorumaqdır. Bütün yaradıcı resurslar məhz bu amilin yaşarılığına – dilin işığını qorumağa xidmət etməlidir. Səsimizi və sözümüzü gələcək nəsillərə aydın eşitdirmək üçün!

Elnarə Akimova,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

31-07-2025, 16:53 45
Dünən, 14:06
31-07-2025, 18:20
31-07-2025, 16:53
31-07-2025, 12:51
31-07-2025, 10:47
30-07-2025, 16:41
30-07-2025, 14:43
30-07-2025, 12:16
30-07-2025, 07:56
29-07-2025, 10:27
29-07-2025, 09:52
28-07-2025, 19:02
28-07-2025, 14:38
28-07-2025, 14:23
28-07-2025, 13:41
28-07-2025, 12:55
28-07-2025, 12:50
28-07-2025, 10:31
27-07-2025, 12:25
25-07-2025, 10:47
24-07-2025, 15:47
24-07-2025, 15:35
24-07-2025, 15:31
24-07-2025, 14:28
24-07-2025, 11:10
24-07-2025, 10:41
23-07-2025, 14:01
22-07-2025, 21:19
22-07-2025, 12:30
21-07-2025, 21:51
21-07-2025, 18:26
20-07-2025, 10:26
19-07-2025, 12:37
19-07-2025, 12:07
19-07-2025, 08:39
19-07-2025, 08:29
18-07-2025, 13:18
18-07-2025, 12:27
17-07-2025, 20:25
17-07-2025, 17:02
1 2 3 4 5 6 7 8 9 10 ... 968