"Zavallı" Azərbaycan vətəndaşı

Ölkəmizin bir qismi yanır, flora və faunamız ciddi mənada zərər görür. Bu yanğını da Fövqəladə Hallar Nazirliyi ( FHN ) işçiləri ilə yanaşı, mülki vətəndaşlar da söndürməyə çalışır. Ölkədə günü-gündən bahalaşma müşahidə olunur.  Çörəyin, ətin, yağın və digər ərzaq məhsullarının qiymətləri hər gün qalxır. Qazilərimiz özlərini yandırır və sülh bəyannaməsi imzalandığı təqdirdə, biz nəyə görə Şəhid veririk. Lakin bunların heç biri gündəmdə deyil. Amma və lakin FHN-də baş verən məlum  biabırçı görüntülər bu günə kimi müzakirə olunur və sosial şəbəkələrdə hələ də paylaşılır. FHN adı gələndə insanlarımızın simasında ironik tendensiya müşahidə olunur. Hansı ki,  o qurumda yüzlərlə işçilər var ki, geyindikləri formanın dəyərini layiqincə verir. Hətta, Azərbaycanımızın adını həmin formanı geyinənlər ucalara qaldırırlar. Örnək kimi ötən il qardaş Türkiyədə meşə yanğını zamanı bizim FHN işçilərinin göstərdikləri fədakarlığı nümunə göstərmək olar. Ancaq nədənsə bu cür halları unudaraq, hansısa əxlaqsızların etdiklərini əldə bayraq kimi tutmaqla hər kəsi "eyni qaba" qoyaraq tənqid edirik. Daha qlobal və vacib məsələləri isə görməzdən gəlirik. 
Əminəm ki, günü gündən bahalaşmanın nəticəsi nəyin ki Qazilərimizin, eyni zamanda, sıravi vətəndaşlar arasinda da intihar sayını artıracaq. 
Hörmətli həmvətənlərim, evinizə çörək apara bilməməyinizin sizi necə də ruhən sındırdığını bilirəm, övladınızın ürəyi nə istəsə onu almaqda çətinlik çəkdiyinizi də anlayıram. Amma bu da bir həqiqətdir ki, intihar çıxış yolu deyil. Özünüzə qəsd edərək heç nə əldə etməyəcəksiz və sizin ölümünüzdən sonra da həyat davam edəcək. Allahın sizə verdiyi cana sahib çıxın, bu dünya bunu haqq etmir. 
Azərbaycan təbiətinin zənginliyi ilə milyonlarla insanların qəlbində taxt qurub və ölkəmizdə kifayət qədər taxıl var. Bu təqdirdə çörəyin qiymətinin bahalaşma səbəbi nədir? Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkəmizdə orta maaş 14,2 faiz artaraq 824,7 manat olub. Hörmətli DSK maraqlıdır əcəba hansı orta statistik bir vətəndaş bu qədər maaş alır?! Ümumiyyətlə, ölkəmizdə nə qədər şirkət və zavodların adını çəkə bilərik ki, onlar öz işçilərinə 824 manat əmək haqqı verir?
Kağız üzərində olan yazı başqa reallıq bir başqadir. Reallıqla üzləşsək görəcəyik ki,  ölkəmiz də orta əmakhaqqi 300 manatı keçmir. Bu da o deməkdir ki, ölkəmizdə orta əməkhaqqı adı ilə işləyənlərin əksəriyyəti minimum əməkhaqqı alır. Yəni 300 manat. Belə olan təqdirdə ölkəmizdə çörəyin və digər ərzaqların qiyməti günü-gündən artırsa bu xalq necə dolanacaq?  Çoxuşaqlı ailələr necə yaşasın? 
Ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Gün ərzin də 3-4 ədəd (600 qr) 0,65 qəpiklik çörək alınsa ayda edir 80 manat 06 qəpik edir. Bir vətəndaşın aldığı ortalama əməkhaqqı isə  300 manat olduqda, ondan da  80 manat (yalnız çörək pulu) çıxılsa, geridə qalır 220 manat. Hələ toy, yas, geyim və sağlamlıq xərcləri və digərlərini demirəm. 
Bir tərəfdə  çox cüzi maaşlar və təqaüdlər qaldırılır. Digər yandan da dərhal ərzaqların qiymətlərini qaldırırsız və beləliklə, nəticədə heç bir dəyişiklik olmur. 
İndi özünüz deyin, 11 iqlimin 9-u ilə əhatə olunan, yeraltı və yerüstü sərvətləri ilə dünyaya meydan oxuyan, zəngin hesab olunan bir ölkədə xalqın "varlıq içində, yoxluq çəkmələri" ürəkağrıdan deyilmi!?

 Vəsiqə Dadaşova

22-08-2022, 11:35 464

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102