Deputat Elnarə Akimova Sumqayıtda mədəniyyət ocaqlarının vəziyyətinə diqqət çəkdi

 

Plenar iclasda çıxış edən deputat Hacı Zeynalabdin qəsəbəsi və şəhərdəki kitabxana və musiqi məktəblərinin vəziyyətini müzakirə etdi.

Sumqayit.tv xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat Elnarə Akimova 2026-cı ilin dövlət büdcəsi zərfini yüksək qiymətləndirib və büdcənin mərkəzində insan amilinin dayandığını vurğulayıb.

Deputat çıxışında Sumqayıt şəhərinə də toxunaraq bəzi mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu, Cəfər Cabbarlı adına Mədəniyyət Evində isə qəzalı vəziyyətin yarandığını qeyd edib.

Elnarə Akimova xüsusilə Hacı Zeynalabdin qəsəbəsinə diqqət çəkib. Deputat qeyd edib ki, burada 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağı yoxdur. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlər üçün deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulması baxımından böyük əhəmiyyət daşıyır.

Deputat aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.

Elnarə Akimova çıxışında həmçinin Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirərək kitab siyasətinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Deputat bildirib ki, kitablar milli kimliyi və milli yaddaşı qoruyur və yaddaşlı nəsil yetişdirmək üçün bu sahəyə sərmayə qoymaq vacibdir.

Sonda deputat büdcə zərfini yüksək qiymətləndirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsində daha böyük uğurların qazanılacağına əminliyini ifadə edib.


20-11-2025, 18:59 116

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041