Sumqayıt 37 saylı məktəbdə səlahiyyət qalmaqalı: Keçmiş direktor vəzifədən getsə də, məktəbi əlində saxlayır VİDEOFAKT

 

Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə baş verən son hadisələr təhsil ictimaiyyətində ciddi narahatlıq yaradıb. Vaxtilə məktəbin direktoru vəzifəsində çalışan Elşad Eyvazovun yaş həddi ilə vəzifəsindən çıxarılmasına baxmayaraq, müəmmalı şəkildə yenidən məktəbə "Təşkilatçı layihə rəhbəri" adı altında direktor müavini kimi geri döndüyü bildirilir.

Məlumata görə, direktor səlahiyyətləri rəsmi olaraq müavin Zöhrə Quliyevaya həvalə edilsə də, bütün səlahiyyətlərin faktiki olaraq yenidən Elşad Eyvazovun əlində cəmləşdiyi iddia olunur. Mənbələr bildirir ki, bu təyinatın arxasında ciddi maraqlar və "xüsusi səbəblər" dayanır.

Hadisələrlə bağlı daha ciddi rezonansa səbəb olan məqam isə UBTR vəzifəsini icra etmiş bir xanım müəllimənin gecə saatlarında Elşad Eyvazov tərəfindən WhatsApp vasitəsilə təhqir və hədə-qorxu dolu səs yazıları almasıdır. Bakunews.az xəbər portalında yayımlanan Həmkarlar İttifaqının sədri Elgün Quliyevin korrupsiya iddialarının səs yazısı ictimaiyyətdə geniş əks-səda doğurub.

İddialara əsasən, bu səs yazısından sonra Elşad Eyvazov və hazırkı direktor səlahiyyətlərini icra edən Zöhrə Quliyeva birlikdə həmin xanım müəlliməyə qarşı təhdid və təhqir hücumlarına başlayıblar.

Mövzu ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin və müvafiq hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə edəcəyi gözlənilir. Müəllimlər isə təhsil müəssisəsində sağlam idarəçilik mühitinin bərpa olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəsmi sorğuda verilmişdir. Sorğuya veriləcək cavab olduğu kimi oxuculara təqdim ediləcəkdir.

Qarşı tərəflərin mövqeyni dinləməyə hazırıq.



19-11-2025, 17:47 167

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041