Nizami Rəsulov: "Sumqayıt Bələdiyyəsi vətəndaş müraciətlərinə operativ yanaşır"

 

Redaksiyamızın Sumqayıtdakı dövlət qurumlarına ünvanladığı sosial media rəyləri ilə bağlı sorğuya cavab daxil oldu.

Sumqayit.tv tərəfindən dövlət qurumlarına sosial şəbəkələrdə səslənən rəy və qeydlərin monitorinqi, vətəndaş müraciətlərinə baxılması və qəbul mexanizmləri ilə bağlı ünvanlanan rəsmi sorğuya ilk cavab daxil olub. Sorğuya növbəti cavab verən qurum Suçqayıt şəhər Bələdiyyəsi oldu. Qurumun mətbuat xidmətinin rəhbəri Nizami Rəsulovun rəsmi münasibətini, olduğu kimi, dəyişiklik edilmədən oxucuların diqqətinə çatdırırıq:


“Sumqayıt TV” redaksiyasının sosial şəbəkələrdə sakinlərin rəy və müraciətləri ilə bağlı ünvanladığı sorğuya cavab olaraq bildiririk ki, Sumqayıt Bələdiyyəsi vətəndaşların müraciətlərinin operativ araşdırılması və vaxtında cavablandırılması üçün mütəmadi olaraq fəaliyyət göstərir.

  1. Sosial şəbəkələrdə yazılan şərhlərin monitorinqi aparılır
    Bələdiyyənin mətbuat xidməti sosial şəbəkə platformalarında rəsmi paylaşımlar altında yazılan rəy və şikayət xarakterli qeydləri daimi şəkildə izləyir. Qaldırılan məsələlər operativ şəkildə araşdırılır və müvafiq struktur bölmələrinə yönləndirilir.

  2. Şərhlər əsasında müraciətlərə baxılması mexanizmi mövcuddur
    Sosial şəbəkə istifadəçilərinin yazdığı narazılıq və ya təklif xarakterli qeydlər rəsmi müraciət kimi qeydə alınır və araşdırılması üçün aidiyyəti şöbələrə təqdim olunur. Hər bir müraciət üzrə nəticə vətəndaşa geri bildirilir.

  3. Qəbula düşmək və müraciətlərin cavablandırılmasında çətinliklərlə bağlı narazılıqlara münasibət
    Sumqayıt Bələdiyyəsi sakinlərin qəbula yazılmaq və müraciət prosesində qarşılaşdığı hər bir çətinliyi diqqətlə təhlil edir. Qeyd olunan halların aradan qaldırılması üçün mövcud prosedurlar təkmilləşdirilir və vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

  4. Rəsmi qəbul cədvəli

  • Qəbula qeydiyyat: Hər həftənin II günü, saat 14:00–17:00

  • Rəsmi qəbul: Hər həftənin IV günü

  • Sədr müavinlərinin qəbul günləri: Hər gün təşkil olunur və müraciətlər yerində araşdırılır

Təxirəsalınmaz məsələlər operativ şəkildə həll edilir, icra vaxtı tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətdə saxlanılır.

Sumqayıt Bələdiyyəsi olaraq bildiririk ki, vətəndaşların hər bir müraciəti bizim üçün önəmlidir və şəffaf, əlçatan, operativ xidmət göstərilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk.

Redaksiya qeydi: Digər qurumların sorğuya cavab verəcəyi bildirilsə də, hələlik rəsmi mövqe göndərməyiblər.


20-11-2025, 11:16 223

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041