Deputat Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını və məsul vəzifələrdə yerli kadrların təmsil olunmasını təklif edib

 

Milli Məclisin deputatı Səbinə Salmanova "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Sumqayit.tv-in məlumatına görə, deputat bildirib ki, son illərdə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt, ölkəmizin digər bölgələri kimi, yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Şəhərdə həyata keçirilən infrastruktur və abadlıq layihələri Sumqayıta müasir sima, yeni nəfəs qazandırıb. Bütün bunlaraq baxmayaraq, ancaq hələ də şəhərimizdə həllini gözləyən bəzi vacib məsələlər qalmaqdadır. Onlardan biri – məişət tullantılarının utilizasiyası və daşınması ilə bağlı problemdir. Hazırda 500 mindən çox əhalisi olan Sumqayıtda tullantıların həcmi ildən-ilə artır, mövcud poliqon isə bu yükü daşımaqda çətinlik çəkir. Tullantıların yandırılması nəticəsində yaranan tüstü və kəskin qoxu ətraf yaşayış məntəqələrində haqlı narazılıqlara səbəb olur. Bu, təkcə ekoloji deyil, eyni zamanda sosial məsələdir. Ona görə təklif edirəm ki, Sumqayıtda tullantıların utilizasiyası zavodu inşa olunsun. Belə bir müəssisənin yaradılması həm ekoloji tarazlığın qorunmasına xidmət edər, həm də şəhərin “yaşıl iqtisadiyyat” və “yaşıl şəhər” konsepsiyasına tam uyğun olardı”.

Parlamentari daha bir ciddi ekoloji məsələyə toxunub:

“Sumqayıtda bəzi sənaye müəssisələrinin tullantılarının Sumqayıtçaya, oradan isə Xəzər dənizinə axıdılması problemi hələ də tam həllini tapmayıb. Dövlət Su Ehtiyatları Agentliyinin bu il apardığı yoxlamalar da bu vəziyyəti təsdiqləyib. Kimyəvi tullantıların su və torpaq tərkibinə mənfi təsiri Xəzərin flora və faunasına zərər vurur, həmçinin sakinlərin dənizdən istifadəsini məhdudlaşdırır. Halbuki şəhərin Kotej qəsəbəsi istiqamətində yerləşən sutəmizləyici qurğu sutkada 200 min kubmetr suyu təmizləmək gücünə malikdir. Lakin bu potensial tam şəkildə istifadə olunmur. Hazırda 18 nöqtədən Xəzərə çirkab suların axıdılması müşahidə olunur və onların mövcud qurğuya birləşdirilməsi ilə böyük bir ekoloji riskin qarşısını almaq mümkündür. Bu baxımdan təklif edirəm ki, Sumqayıtda sutəmizləyici sistemlərin bərpası və genişləndirilməsi istiqamətində təcili tədbirlər həyata keçirilsin. Bu, həm dənizin ekoloji mühafizəsinə, həm də şəhər əhalisinin sağlam yaşayış mühitinin qorunmasına xidmət edəcək”.

S.Salmanova həmçinin qeyd edib ki, Sumqayıt kimi sənaye şəhərində peşə təhsili sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir:

"Hazırda şəhərdə cəmi üç peşə məktəbi fəaliyyət göstərir, halbuki burada 220-dən çox sənaye müəssisəsi, o cümlədən 30-dan artıq iri zavod mövcuddur. Müəssisələrin əksəriyyəti texniki və xidmət sahələrində ixtisaslı kadr çatışmazlığı ilə üzləşir. Bu baxımdan təklif edirəm ki, Sumqayıtda yeni peşə təhsili müəssisələri yaradılsın və onların tədris proqramları sənaye müəssisələri ilə birgə hazırlanaraq əmək bazarının real tələblərinə uyğunlaşdırılsın. Bu yanaşma həm işsizlik səviyyəsinin azalmasına, həm də yerli gənclərin öz şəhərində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmasına şərait yaradacaq. İş yerlərinin məhz Sumqayıtda artması sakinlərin paytaxta üz tutma ehtiyacını azaldar, bu isə öz növbəsində sosial balansın qorunmasına, Bakı–Sumqayıt yolundakı nəqliyyat yüklənməsinin azalmasına və ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərər”.


Deputat onu da vurğulayıb ki, Sumqayıtın gələcək inkişafı üçün yerli kadr potensialının daha səmərəli qiymətləndirilməsi və təşviqi mühüm əhəmiyyət daşıyır:
“Şəhərdə sənaye, təhsil və texnologiya sahələrində yüksək ixtisaslı mütəxəssislər yetişib və bu potensialın idarəetmə səviyyəsində daha geniş əksini tapması həm sosial ədalət, həm də səmərəlilik baxımından məqsədəuyğundur. Yerli mütəxəssislərin məsul vəzifələrdə təmsilçiliyinin artırılması Sumqayıta daha dərindən bağlı, şəhərin spesifik problemlərini yaxından tanıyan rəhbər kadrların formalaşmasına imkan verər. Bu addım həm də gənclər üçün nümunə olar və onların doğma şəhərdə inkişaf edib irəliləməsinə əlavə stimul qazandırar”.


20-11-2025, 17:02 174

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041