Qızına qarşı məşq zamanı yaşanan problem: Sumqayıtda valideyn ŞİKAYƏTİ - VİDEO

 

Sumqayıtda bir valideyn idman mərkəzində övladının qarşılaşdığı vəziyyətlə bağlı narazılıq ifadə edib.

Bayramova Aytekin Mail qızı, eyni zamanda aztəminatlı ana olaraq bir qızını tək böyüdür, övladını Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİŞM) basketbol məşqinə yazdırıb. Məşqlər Rasim və Cavidan müəllimlər tərəfindən keçirilirdi.

Valideynin bildirdiyinə görə, övladı məşqə 3 ay davam etdikdən sonra digər uşağın qızına toxunması ilə bağlı hadisə baş verib. Qızı özünü müdafiə etdikdən sonra müəllim Rasim tərəfindən digər uşağın tənbeh edilmək əvəzinə, qızının məşqlərə gəlməməsi barədə məlumat verilib.

17 iyun 2025-ci il tarixində Bayramova Aytekin Rasim müəllimlə məsələni aydınlaşdırmaq üçün danışıq aparıb. Valideynin sözlərinə görə, Rasim müəllim həmin danışıq zamanı uca səslə danışaraq təhqiredici ifadələr işlədib və qızının məşqə getməməli olduğunu deyib. Digər məşqçi Cavidan isə qızın məşq zamanı su içdiyini və icazə almadan fəaliyyət göstərdiyini əsas gətirib.

Məsələ ilə bağlı məktəbin direktoru Fuad Aslanov valideynlə görüşüb və bildirib ki, məktəbdə qızlar üçün basketbol məşqi təşkil edilmir. Lakin Bayramova Aytekinin sözlərinə görə, onun əlində video var ki, kompleksdə qızlara da basketbol məşqləri keçirilir. Valideyn qeyd edib ki, övladının məşqləri üçün hər ay 30 manat ödəniş edib, halbuki kompleks dövlət idarəsi tərəfindən maliyyələşdirilir.
Valideyini iddia edir ki, müəllim ona 20 manat qaytararaq deyib ki, uşağını daha bura gətirmə, götür övladını apar.

Həmçinin, valideyn idman kompleksində övladının sənədlərini tələb etdikdə onlara tapılmadığını bildirib. Valideynin sözlərinə görə, hadisədən sonra qızında psixoloji problemlər yaranıb: müəyyən fiziki təmaslardan qorxur, ağlayır və özünü müdafiə etməyə çalışır. Psixoloq dəstəyinin də vəziyyəti həll etmədiyi qeyd olunub.

Bayramova Aytekin məsələ ilə bağlı Sumqayıt.tv redaksiyasına şikayət ünvanlayıb, məsələnin ictimailəşməsini, eyni zamnda kompleks və müəllimlərin hərəkətləri barədə hüquqi və inzibati tədbir görülməsini tələb edir.

Redaksiya qeyd edir: Şikayətdə adıçəkilən şəxslərin mövqeyi öyrənilməyə dərc etməyə hazırıq.
Video aşağıdakı linkdə:


@sumqayittvofficial

Sumqayıtda bir valideyn idman mərkəzində övladının qarşılaşdığı vəziyyətlə bağlı narazılıq ifadə edib. Bayramova Aytekin Mail qızı, eyni zamanda aztəminatlı ana olaraq bir qızını tək böyüdür, övladını Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİŞM) basketbol məşqinə yazdırıb. Məşqlər Rasim və Cavidan müəllimlər tərəfindən keçirilirdi. Valideynin bildirdiyinə görə, övladı məşqə 3 ay davam etdikdən sonra digər uşağın qızına toxunması ilə bağlı hadisə baş verib. Qızı özünü müdafiə etdikdən sonra müəllim Rasim tərəfindən digər uşağın tənbeh edilmək əvəzinə, qızının məşqlərə gəlməməsi barədə məlumat verilib. 17 iyun 2025-ci il tarixində Bayramova Aytekin Rasim müəllimlə məsələni aydınlaşdırmaq üçün danışıq aparıb. Valideynin sözlərinə görə, Rasim müəllim həmin danışıq zamanı uca səslə danışaraq təhqiredici ifadələr işlədib və qızının məşqə getməməli olduğunu deyib. Digər məşqçi Cavidan isə qızın məşq zamanı su içdiyini və icazə almadan fəaliyyət göstərdiyini əsas gətirib. Məsələ ilə bağlı məktəbin direktoru Fuad Aslanov valideynlə görüşüb və bildirib ki, məktəbdə qızlar üçün basketbol məşqi təşkil edilmir. Lakin Bayramova Aytekinin sözlərinə görə, onun əlində video var ki, kompleksdə qızlara da basketbol məşqləri keçirilir. Valideyn qeyd edib ki, övladının məşqləri üçün hər ay 30 manat ödəniş edib, halbuki kompleks dövlət idarəsi tərəfindən maliyyələşdirilir. Valideyini iddia edir ki, müəllim ona 20 manat qaytararaq deyib ki, uşağını daha bura gətirmə, götür övladını apar. Həmçinin, valideyn idman kompleksində övladının sənədlərini tələb etdikdə onlara tapılmadığını bildirib. Valideynin sözlərinə görə, hadisədən sonra qızında psixoloji problemlər yaranıb: müəyyən fiziki təmaslardan qorxur, ağlayır və özünü müdafiə etməyə çalışır. Psixoloq dəstəyinin də vəziyyəti həll etmədiyi qeyd olunub. Bayramova Aytekin məsələ ilə bağlı Sumqayıt.tv redaksiyasına şikayət ünvanlayıb, məsələnin ictimailəşməsini, eyni zamnda kompleks və müəllimlərin hərəkətləri barədə hüquqi və inzibati tədbir görülməsini tələb edir. Redaksiya qeyd edir: Şikayətdə adıçəkilən şəxslərin mövqeyi öyrənilməyə dərc etməyə hazırıq. #Sumqayıt #SumqayıtTV #Şikayət #ValideynŞikayəti #Basketbol

♬ original sound - Sumqayıt TV Official






20-11-2025, 19:51 183

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041