Vətən üçün yaşanan ömür əsl insan ömrüdür

Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
 
Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş. 

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. 
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
 
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
Belə parlaq, müdrik şəxsiyyətlərdən biri Azərbaycan Res- publikasının "Əməkdar müəllimi",  "Qabaqcıl maarif işçisi”, "Tǝrəqqi medallı Qətibə xanım Əsədovadır.
Bu il Sumqayıtın şəhər statusu almasının 75 illiyini qeyd etdiyimiz doğma şəhərin 60 ilə yaxındır sakinidir, Qǝtibə xanım. Bu şəhəri, bu şəhərin sakinlərini sevən nadir insanlardandır, çünki o bu şəhərdə səadətinə qovuşub. Orta məktəbi, ali məktəbi bitirib, vəzifə sahibi, xətir-hörmət yiyəsi olub bu şəhərdə.
Böyüklüyü bacaran, yaradan, yaşadan, el anası, ustalıq, təmizlik, ülvilik - sevinc dünyası mehribanlıq, kişi qeyrətli - Qətibə xanım.
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
 
1950-ci ilin soyuq bir qış günündə, kiçik çillənin bitdiyi gündə 26 fevralda Azərbaycanın dilbər güşəsi olan Zəngilan rayonunda tanınmış nəsillərin ailəsində göz açıb.
Səkkizillik təhsilini Zəngilan şəhər orta məktəbində alıb, 1965-ci ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində başa vurub. Azərbaycan Pedaqoji İnstitutunun məktəbəqədər Psixologiya və pedaqogika fakültəsini bitirib. 
Ali təhsilli pedaqoq olan Qətibə xanım təhsilin müxtəlif pillələrində çalışıb. Məktəbəqədər təhsil, sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş və nəhayət ömrünün müdrik çağında əmək veteranları ilə çalışıb. Bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edib.
Əmək fəaliyyətinə 53 nömrəli uşaq bağçasında metodist kimi başlayıb. Uzun illər Sumqayıt şəhər 48 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləyib. Həmin illərdə "Qabaqcıl maarif xadimi" adına layiq görülüb. Daha sonra Şağandakı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Internat evinin direktoru, Saray qəsəbəsindəki İnternat evinin direktoru və nəhayət Müharibə və Əmək vəteranlarının Pansionatında direktor vəzifəsində çalışıb. 
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
 
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür
 
Qətibə xanım Əsədova Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək ancaq yaxşı əməl sahibi olan Qətibə xanım Əsədova kimi insanlar heç vaxt unudulmayacaq.
Q.Əsədova artıq  ömrünün 74-ci baharını qarşılayır.
Qəlbi mərhəmətlə dolu Qətibə xanım, 74 yaşınız mübarək!

Yusif Oğuz

25-02-2024, 12:30 387

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041