Deputatın oğlu işdən çıxdı

 

“Mir Holding” MMC-nin qanuni təmsilçisi dəyişib. 

Sumqayit.tv xəbər verur ki, “PostMedia”nın məlumatına görə, şirkətin qanuni təmsilçisi İsmayılov İlmir İmamverdi oğlunun yerinə bu vəzifəyə Şərbətov Cəfər Fərzi oğlu gətirilib.

 

Qeyd edək ki, İlmir İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun oğludur.

 

Xatırladaq ki, İlmir İsmayılova məxsus “Mir Group Holding” MMC də mövcuddur və hazırda şirkətin qanuni təmsilçisi özüdür.

 

Qeyd edək ki, İ.İsmayılovun digər oğlu İlkin İsmayılov Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindəki rüşvət çetesinin başında şöbənin rəis müavinidir.

 

Xatırladaq ki, bir müddət öncə jurnalist, deputatlığa keçmiş namizəd İntiqam Valehoğlu seçicilərin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun fəaliyyətibağlı narazı olduğunu dilə gətirmişdi.

 

İ.Valehoğlunun sözlərinə görə, seçicilər hələ də problemləri olanda deputatlarına deyil sabiq namizəd kimi ona müraciət edirlər: “Altı ay ərzində deputat İmamverdi İsmayılovun fəaliyyəti barədə məndən soruşulursa, deməli, vəziyyət məlumdur. Bu gün də, Zəngilan və Qubadlı sakinləri hər hansı mövzuda sualları olanda ilk mənimlə əlaqə saxlayırlar. Sadəcə, etik səbəblərdən adlar çəkməyim doğru olmaz. Məsələn, bu dairənin sakinlərini, xüsusən, Qubadlı camaatını ən çox düşündürən suallardan biri köç prosesinin nə zaman başlayacağıdır. Nə rəsmi, nə qeyri-rəsmi olaraq heç bir məlumat ala bilmirlər. Vətəndaşların problemləri yuxarı instansiyalara çatdırılmır. Çox kiçik bir sorğu keçirməklə vəziyyətin nə yerdə olduğunu, deputata qarşı münasibətlərinin necəliyini aydınlaşdıra bilərsiniz. Seçicilər, ümumiyyətlə, deputata müraciətin faydasız olduğunu bildikləri üçün belə bir addım atmırlar. Əgər Zəngilandan olan şəhidin dəfnində başqa rayonun deputatı iştirak edirsə, artıq şərhə ehtiyac yoxdur. Bu müddət ərzində xeyir-şər məclislərində gördüyüm həmyerlilərimdən “İmamverdi İsmayılovu gördüm” deyənini eşitməmişəm. Hətta dairənin nəticələrini böyük çətinliklə bu adamın xeyrinə saxtalaşdırmaqda böyük "əməyi" olan şəxslər sonradan məndən üzrxahlıq edirlər”, - o bildirib.

Xatırladaq ki, İntiqam Valehoğlu 2024-cü ilin 1 sentyabrında Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bitərəf namizədi kimi İmamverdi İsmayılovun ən güclü rəqibi idi. İ.İsmayılov 7-ci dəfə də deputat olub.


Bu gün, 12:46 4

Digər xəbərlər

Sumqayıtda yolların təmirinə 2 milyon manat xərclənəcək

Deputatın oğlu işdən çıxdı

“Ad günümə dəvət etmədim”-Valeh Kərimovla Afaq Bəşirqızı küsülüdür?-AÇIQLAMA

Sumqayıtda əməliyyat: saxlanılanlar var - Video

Sumqayıt 5-ci məhəllədə təmir işləri piyadalar üçün təhlükə yaradır - VİDEO

Sumqayıtda bir neçə xüsusi uşaq bağçası dövlət qrantı qazandı

Sumqayıtda 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb

Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

Sumqayıtda kitab ianəsi aksiyası

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

Sumqayıt məhkəməsi 62 min manatlıq dələduzluq işi üzrə qadını bəraətli saydı

Gələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq — Sumqayıt sakinləri də bu xidmətdən yararlanacaq

Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sumqayıtda və ölkənin digər bölgələrində növbəti torpaq hərracları elan edildi

Dekarbonizasiya planında Sumqayıt xüsusi yer tutur – 2035-ci ilə qədər sənaye elektrikləşdiriləcək

“Dünyasını dəyişən insanlar haqda bir xoş söz tapıb danışa bilmirsinizsə...”-Namiq Mənadan Nizami Rəmzinin qızına - FOTO+ÖZƏL

İlham Əliyev: Qarabağ Zəfəri türk dünyasının ortaq qürurudur

Sumqayıtlılar əslində necə xarakterizə olunur? (MARAQLI)

Manisada Azərbaycan mədəniyyəti gecəsi keçirildi - FOTO

Sumqayıtlı jurnalist şəhid məzarının fotosunu paylaşdı — Səfiri dərhal reaksiya verdi - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 989
Bu gün, 13:06
Bu gün, 12:46
Bu gün, 10:57
Bu gün, 10:31
Dünən, 22:08
Dünən, 21:24
Dünən, 21:17
Dünən, 17:20
Dünən, 16:55
Dünən, 16:16
Dünən, 16:10
Dünən, 16:04
Dünən, 15:15
Dünən, 13:17
Dünən, 13:09
Dünən, 12:59
Dünən, 12:49
Dünən, 10:40
22-11-2025, 21:03
22-11-2025, 20:23
22-11-2025, 14:53
22-11-2025, 14:05
22-11-2025, 11:35
22-11-2025, 11:31
22-11-2025, 09:52
21-11-2025, 19:46
21-11-2025, 18:04
21-11-2025, 17:56
21-11-2025, 17:28
21-11-2025, 17:24
21-11-2025, 17:03
21-11-2025, 16:58
21-11-2025, 16:53
21-11-2025, 16:35
21-11-2025, 15:48
21-11-2025, 15:42
21-11-2025, 13:45
21-11-2025, 11:59
21-11-2025, 11:53
21-11-2025, 09:37
1 2 3 4 5 6 7 8 9 10 ... 989