Azərbaycanın 300 turizm bələdçisi var


Turizm bələdçilərinin sertifikatlaşdırılmasının bölgələr üzrə həyata keçirilməsini istəyirik. Rayonlardakı bələdçilər Assosiasiyanın üzvüdürlər. Bu vaxta qədər 7 regionda təlim keçmişik və təlimdə iştirak edən 30 nəfərdən 20-si imtahandan keçib.

Sumqayit.tv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev deyib. O bildirib ki, əgər bu sertifikatlaşdırmanı ölkə üçün tətbiq etsək, o zaman Bakıdan gedən bələdçilər digərlərinin işləməyinə mane olacaq:

"Ona görə də biz region üzrə belə sertifikatlaşdırmanın keçirilməsini istəyirik. Bu isə layihə kimi yazılmalı, konkret bölgəyə məxsus turizm bələdçisi ekspert kimi işə cəlb olunmalıdır".

T.Musayev bildirib ki, Azərbaycanda hazırda 300 turizm bələdçisi var: "Onlardan 60 nəfərinin keçmiş Mədəniyyət və Turizm Nazirliyindən aldığı vəsiqəni yenilədik. 300 nəfər bələdçi isə sertifikasiyadan keçəndən sonra vəsiqə alıb rəsmi işləyə biləcək. Yeni bələdçilər isə kurslardan keçəcəklər. 6 aylıq kursdan sonra sertifikasiyadan keçəcək".

T.Musayev qeyd edib ki, 2017-ci ildən Azərbaycanda istənilən şəxs turizm bələdçisi kimi işləyə bilir, bu isə turistlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır: "Bir çox bələdçilər sertifikatlaşdırmanın arzusunda olub. Assosiasiyanın bələdçiliyin keyfiyyətinin artırılması istiqamətində iki layihəsi var. Bunlardan biri "Turizm bələdçisinin şərh kitabçası”dır ki, burada turistik obyektlər və qoruqlar haqqında məlumatlar toplanıb bələdçilərə təqdim edilib.

Bu, turizm bələdçiləri üçün vacib amildir ki, getdikləri obyektlər haqqında eyni məlumatı versinlər. Digər tərəfdən, kim sertifikatlaşdırmadan keçməyibsə, yəni bələdçi vəsiqəsi yoxdursa muzeylərə daxil olanda çətinlik çəkəcək və bu da işin keyfiyyətinə təsir edir. Nəticədə saxta bələdçilər azalacaq”.


7-12-2021, 14:35 464

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041