Zənginlər daha da varlanır, aclıq isə daha çox yayılır - Hesabat

Yoxsulluq

Qlobal böhran dünyanın sosial mənzərəsini xeyli eybəcərləşdirdi. Zənginlər daha da varlandı, acından ölənlərin sayı xeyli artdı. “Oxfam” təşkilatının hesabatı vəziyyətin çox pis olduğunu göstərir.

Sumqayit.tv Bizimyola-a istinadən xəbər verir ki, son bir il ərzində acından ölənlərin sayı 6 dəfə artıb. Bu səbəbdən ortaya çıxan rəqəmlər yoluxmalardan həyatını itirənlərdən daha çoxdur. Qlobal böhran başlayandan hər dəqiqəyə 11 nəfər həyatla vidalaşır. Məhz yoluxmalara görə isə dəqiqə ərzində 7 nəfər ölümə təslim olur.
İndi dünyada ərzaq çatışmazlığından böhran səviyyəsində əziyyət çəkənlərin sayı 155 milyon nəfərə çatıb. Məsələn, bir il əvvəl rəqəm 20 milyon nəfər az idi.
“Oxfam” ortaya çıxan mənzərənin əsas səbəbi kimi müharibələri, münaqişələri, bir də qlobal səhiyyə böhranının dünya iqtisadiyyatını sarsıtmasını göstərir. İqlim dəyişikliyi də ümumi vəziyyətə mənfi təsir edir. Qida təminatının pisləşməsində bu amil rol oynamaya bilməz. Bütün dünyada orta hesabla ərzaq qiymətləri 40 faiz artıb. Son 10 ildə heç vaxt bu qədər artım olmamışdı.
Əhalinin həssas təbəqəsi daha çox əziyyət çəkib. Söhbət qadınlardan, uşaqlardan, miqrantlardan və iqtisadiyyatın kölgə sektorunda işləyənlərdən gedir. Aclığın mərkəzində Hindistan, Cənubi Afrika Respublikası və Braziliya kimi ölkələr dayanıb.
Hesabatda daha bir maraqlı məqama diqqət çəkilib. Hərbi xərclərin artması da aclığa təkan verən amillərdəndir. Xərclər 51 milyard dollar artıb. Halbuki 6.5 dəfə az məsrəf yetər ki, aclığa son qoyulsun.
Bütün baş verənlərin fonunda dünyanın ən zəngin insanları varlanmaqda davam edir. Ən varlı 10 nəfərin ümumi sərvəti 413 milyard dollar artıb. Bu isə BMT-nin ehtimal olunan humanitar yardımlarını 11 dəfə aşır.
Martda BMT 20 ölkənin ciddi ərzaq sıxıntısı ilə üzləşdiyini açıqlamışdı. Həmin dövlətlərin əksəri Afrikada yerləşir. BMT yardım olunmayacağı təqdirdə ciddi aclıq yaranacağı ehtimalını səsləndirmişdi.
Qeyd edək ki, Azərbaycanda da sosial qütbləşmə ciddi problem olaraq qalmaqdadır. Bunun başlıca səbəbi inhisarçılıq və məmur-oliqarxiya sistemidir. Vəzifəli şəxslərin hətta kənd təsərrüfatında da inhisarlar yaratması xüsusən kənd rayonlarında yaşayış səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.


9-07-2021, 17:17 200

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041