Peyvəndin 3-cü dozası hansı məqsədlə vurulur - Açıqlama

Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Türkiyədə və İsraildə koronavirusun üçüncü dozasının tətbiqinə başlamaqla bağlı qərar çıxarıldı. Azərbaycanda da bu mövzu göz önündə saxlanılır.

Digər tərəfdən avropalı alimlər Sinovak və Astra Zeneka vaksinlərinin birgə tətbiqi ilə virusa qarşı daha effektiv mübarizə aparıla biləcəyini deyirlər. Bu yeni təcrübə insanlara nə vəd edir? Koronavirusa qarşı peyvənd hazırlamaqla məşhurlaşan Almaniyada yaşayan türkiyəli elm adamları Özləm Türəci və Uğur Şahin bəyan ediblər ki, onlar koronavirusun mutasiyaya uğramış variantlarına qarşı təsirli ola biləcək peyvəndi 100 gün ərzində hazırlaya biləcəklər. Onlar bildiriblər ki, vaxt keçdikcə koronavirus dərmanlara qarşı daha yaxşı mübarizə aparmağa başlayır. Buna görə də, yeni peyvəndlər daha çox təsirli olmalıdır. Bu ümidverici xəbərə əlbəttə sevinirik, amma iki vaksinin paralel tətbiqi və III dozanın vurulması xəbəri də müəyyən suallar yaradır. Əcəba bu dozaların dördüncüsü, beşincisi də olacaqmı?
Bizimyol.info-nun sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, vaksinasiya aktiv immunizasiyadır və burda yaradılan immunitet müəyyən bir müddətə hesablanır. “Biz konkret olaraq koronavirus vaksinlərinin nə qədər müddətdə effektiv olacağını bilmirik, çünki hələ tətbiqindən bir il keçməyib. Bir çox avropalı alimlər düşünürlər ki, Astra Zeneka ilə Sinovakın birləşmiş kombinasiyası Delta ştammı ilə mübarizədə daha effektlidir.

Hələlik bu virusla bağlı elmə dəqiq o bəllidir ki, 6 aydan sonra antitellər zəifləyir. Yeni ştammlar epidemioloji mənzərərni pisləşdirə bilər. III dozaqnın vurulması immunitetin gücləndirilməsi və dəstəklənməsi anlamına gəlir. Ona görə insanların immunitetli qalması kollektiv immunitetin yaranması yeganə çıxış yoludur.III dozanın vurulması zərurərti mötəbər mərkəzlərin birgə qərarıdır və Azərbaycan da bu qərarlara uyur. Delta ştmmı yeni xassələr əldə edib. İnkubasiya dönəmi 3 günə düşüb. O uşaqlara və gənclərə də ağır təsir etməyə başlayıb. Yoluxuculuq və yayılma qabiliyyəti sürətlənib, xəstəlik zamanı miqren kimi baş ağrısı, burun tutulması, boğaz ağrısı kimi klinik əlamətlərlə özünü göstərir.Gələcəkdə epidemioloji vəziyyət gərginləşərsə uşaqların da peyvənd olunması məsələsi müzakirə edilə bilər. Hesab edirəm ki, mutasiya prosesi get- gedə zəifləməyə doğru gedir , məncə virus bu yolla aradan çıxacaq.Vaksin olunan şəxslərdə immunitetin güclənməsi və mutasiyalara uğrayan virusun zəifləməsi ilə düşünürəm ki, pandemiya sona yaxınlaşacaqdır”,- deyə Adil Qeybulla bildirib.
“İki vaksinin birgə tətbiqi ilə immun sistemini müxtəlif yollarla daha çox qıcıqlandırmaq məqsədi qoyulub, hesab edirəm ki effektiv olacaqdır”,- deyə alim bəyan edib.
Bizimyol.info

13-07-2021, 12:40 192

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041