Bakıda və Abşeron yarımadasında sentyabrın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 25-29°, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 28-33°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.