Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Beşbarmaq dağı yaxınlığındakı kafelərdən birində antisanitar vəziyyət hökm sürür. Belə ki, həmin kafedə tullanılar ətraf əraziyə atılır. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
“Xaçmaza tədbirə gedərkən yolüstü Beşbarmaq dağı tərəfdə kafelərdən birində bir stəkan çay içmək istədik. Oturmaq üçün kafenin arxa həyətinə keçdik və bu mənzərə ilə qarşılaşdıq”, - deyə paylaşımda qeyd olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi
İradə İbrahimova Oxu.Az-a açıqlamasında yerli ekologiya idarəsinə məlumat verildiyini və məsələnin araşdırıldığını bildirib.
Həmin görüntüləri təqdim edirik: