Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzi Nəbatat Bağında abadlıq işlərinə 58 milyon manata yaxın vəsait ayıracaq.“www.etender.gov.az” saytının məlumatına görə, İcra Hakimiyyəti “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xəzər Construction” MMC-ni podratçı qismində cəlb edib.
Tərəflər arasında bağlanmış müqavilənin məbləği 57 999 905 manat təşkil edir.