Meşələrin bərpası üzrə layihə icra olunub



IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinə başlanılıb.

IDEA-dan Sumqayit.tv-yə verilən məlumata görə, payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir.
Bu gün Şabran rayonunun yanğına məruz qalmış meşə fondu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2 hektar ərazidə 2000 ağac tingi əkilib və 200 kiloqram palıd toxumu səpilib.
IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.
Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.
Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.
Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir.
Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8 %-ni təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Onlar suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80%-nə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının 1/3-ni udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən regionların iqtisadi inkişafına və ümumiyyətlə insanların dolanışığına böyük töfhə verir.
Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir.
“Yanğından yaşıllığa” kampaniyasının təşkilatçıları hamını əvəzedilməz həyat mənbəyi olan meşələrimizi qorumağa, ölkəmizin və planetimizin dayanıqlı gələcəyini təmin etməyə dəstək olmağa çağırır.

Bizimlə əlaqə saxlayın

Bizi Telegram

29-10-2022, 18:58 200

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903