Zaqatala rayonunda selə qarşı mübarizə tədbirləri görülür.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılır. Zaqatala Melioservis İdarəsi bu işləri rayon ərazisindən axan Muxax çayda həyata keçirir. Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Muxax çayı zaman-zaman sel gətirən çay olduğundan əkin sahələrini, yaşayış məntəqələrini, meşə zolağını və yaxınlıqdan keçən magistral yolu təhlükədə qoyurdu. Əsasən yaz və payız aylarında çayda suyun səviyyəsi artır, əksər vaxtlarda isə bu hal sel gəlməsi ilə nəticələnirdi. Hazırda bu kimi problemlərin aradan qaldırılması üçün idarənin texnikaları çayın məcrasına cəlb olunub.