01 mart 2023-cü ildə Biləsuvar şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Ətraf mühitin qorunmasında gənclərin ictimai fəallığının artırılması” layihəsinin sonuncu təlimi keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 20 dekabr 2022-ci ildən 20 mart 2023-cü il tarixləri əhatə edir.
Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd edib ki, layihənin məqsədi ətraf mühitin qorunmasında və bərpasında gənclərin ictimai faəllığının artırlmasına dəstək olmaqdır. Bu vaxta qədər Astara, Cəlilabad, Masallı, Lənkəran, Neftçala rayonlarında gənclərə təlimlər keçirilmişdir. Layihə dövründə təlimlərdə 136 nəfər gənc ətraf mühitdə iştirakçılıq mövzularında maarifləndirilmişdir. Layihənin sonuncu təlimi Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilib, 22 nəfər gənc iştirak edibdir.Təlim zamanı iştirakçılara ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər və onlardan səmərəli istifadə, qlobal, regional, milli və lokal ekoloji problemlər və onların həlli yolları mövzularında məlumatlar verililib, video-roliklər nümayiş etdirilərək-iştirakçılarla birgə müzakirələr aparılıb.İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar- karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələri təşkil edir. Son 100 illik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib, sel, daşqın hadisələrinin sayı artıb. Bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.İştirakçıların diqqətinə çatdırlmışdır ki, Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.Ölkə ərazisinin 12 %-i meşə ilə örtülüdür, ümumi ərazinin 10,3 %-ni isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.Respublikada 10 Milli Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Ölkəmizdə ekoloji vəziyyəti gərginləşdirən amillər kimi isə, Qarabağ İqtisadi rayonunda sərvətlərimizin talan olunması, su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların düzgün idarə (utilizə) olunmaması əsas ekoloji problemlər kimi göstərilibdir. Bundan əlavə təbiətdən istifadə dedikdə necə gəldi deyil, gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadədir.Müzakirələr zamanı məlum olmuşdur ki, Biləsuvar rayonunda ötən il su qıtlığı kəskin hiss olunubdur, torpaqlarda şoranlaşma prosesi isə davam edir.Eyni zamanda gənclərə Laçın-Şuşa-Xankəndi yolundakı aksiyada gənc eko-fəalların qarlı-şaxtalı havada, fədakarlıqla iştirakı barədə məlumat verilibdir.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbir müstəqil sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub.