“Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkat başa çatıb - FOTO



Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya sona çatıb.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən son aksiya onlarla dövlət və özəl qurumların əməkdaşlarının könüllü iştirakı ilə Bilgəh çimərliyində baş tutub.
Sentyabrın 1-dən 16-dək Xəzərin Xaçmaz, Lənkəran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edib Bakıda yekunlaşan aksiyada 1500 könüllü təxminən 11 hektar ərazini 5 tondan çox tullantıdan təmizləyib.
Layihənin əsas tərəfdaşları “Coca-Cola”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətləridir.
“Coca-Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bu il hərəkatın miqyasının genişləndiyini vurğulayıb: “Coca-Cola”nın təşəbbüsü ilə başlayan bu hərəkat “Xəzəri Qoruyaq!” şüarı altında minlərlə könüllünün və onlarla tərəfdaşın birgə iştirakı ilə keçirilir. “Coca-Cola”nın Tullantısız Dünya strategiyasına uyğun olaraq bu sahədə tərəfdaşlığı genişləndiririk çünki, ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Çox sevindirici haldır ki, Azərbaycanda sosial və ekoloji məsuliyyəti ilə seçilən bir çox müəssisə və təşkilatlar bu hərəkata qoşulur və dəstək olur. İnanıram ki, hər birimizin səyi nəticəsində ətraf mühitimiz daha təmiz olacaq”.
Öz əməkdaşları və ailə üzvləri ilə kampaniyada fəal iştirak edən təşkilatlar arasında “ASAN Könüllüləri” Təşkilatı, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Cüdo Federasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “LU-MUN” holdinq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması olub.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.  Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə artıq 13 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.











18-09-2023, 16:32 125

Digər xəbərlər

Sumqayıtda yolların təmirinə 2 milyon manat xərclənəcək

Deputatın oğlu işdən çıxdı

“Ad günümə dəvət etmədim”-Valeh Kərimovla Afaq Bəşirqızı küsülüdür?-AÇIQLAMA

Sumqayıtda əməliyyat: saxlanılanlar var - Video

Sumqayıt 5-ci məhəllədə təmir işləri piyadalar üçün təhlükə yaradır - VİDEO

Sumqayıtda bir neçə xüsusi uşaq bağçası dövlət qrantı qazandı

Sumqayıtda 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb

Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

Sumqayıtda kitab ianəsi aksiyası

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

Sumqayıt məhkəməsi 62 min manatlıq dələduzluq işi üzrə qadını bəraətli saydı

Gələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq — Sumqayıt sakinləri də bu xidmətdən yararlanacaq

Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sumqayıtda və ölkənin digər bölgələrində növbəti torpaq hərracları elan edildi

Dekarbonizasiya planında Sumqayıt xüsusi yer tutur – 2035-ci ilə qədər sənaye elektrikləşdiriləcək

“Dünyasını dəyişən insanlar haqda bir xoş söz tapıb danışa bilmirsinizsə...”-Namiq Mənadan Nizami Rəmzinin qızına - FOTO+ÖZƏL

İlham Əliyev: Qarabağ Zəfəri türk dünyasının ortaq qürurudur

Sumqayıtlılar əslində necə xarakterizə olunur? (MARAQLI)

Manisada Azərbaycan mədəniyyəti gecəsi keçirildi - FOTO

Sumqayıtlı jurnalist şəhid məzarının fotosunu paylaşdı — Səfiri dərhal reaksiya verdi - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 989
Bu gün, 13:06
Bu gün, 12:46
Bu gün, 10:57
Bu gün, 10:31
Dünən, 22:08
Dünən, 21:24
Dünən, 21:17
Dünən, 17:20
Dünən, 16:55
Dünən, 16:16
Dünən, 16:10
Dünən, 16:04
Dünən, 15:15
Dünən, 13:17
Dünən, 13:09
Dünən, 12:59
Dünən, 12:49
Dünən, 10:40
22-11-2025, 21:03
22-11-2025, 20:23
22-11-2025, 14:53
22-11-2025, 14:05
22-11-2025, 11:35
22-11-2025, 11:31
22-11-2025, 09:52
21-11-2025, 19:46
21-11-2025, 18:04
21-11-2025, 17:56
21-11-2025, 17:28
21-11-2025, 17:24
21-11-2025, 17:03
21-11-2025, 16:58
21-11-2025, 16:53
21-11-2025, 16:35
21-11-2025, 15:48
21-11-2025, 15:42
21-11-2025, 13:45
21-11-2025, 11:59
21-11-2025, 11:53
21-11-2025, 09:37
1 2 3 4 5 6 7 8 9 10 ... 989