Qarabağ və Şərqi Zəngəzurda müvəqqəti tullantı poliqonları yaradılır


İşğaldan azad edilmiş rayonlarda inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Sumqayit.tv
xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan tədbirdə sifarişçilər, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edib. Qeyd olunub ki, həmin rayonlardan 7-nin ərazisində - Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında müvəqqəti tullantı poliqonları, 2 rayon ərazisində isə ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb. 
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov vurğulayıb ki, poliqonların ərsəyə gətirilməsi ağır prosedurdur. Ümumiyyətlə, iri layihələrin həyata keçirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hesabatının hazırlanması mütləq nəzərdə tutulur. Bütün bu məsələlər mərhələli şəkildə formalaşır. Həmin rayonlarda poliqonlar və ötürücü məntəqələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri hazırlanıb və Agentliyə təqdim olunub. Mütəxəssislər tərəfindən baxılıb və ortaya çıxan məsələlərin həll olunması üçün müəyyən işçi qaydada razılaşmalar əldə edilib.
“Poliqon ətraf mühitlə sıx təmasdadır. Bütün məsələlər elə qurulmalıdır ki, həm ekoloji, həm estetik, həm də tullantıların düzgün idarə olunması baxımından bütün norma və standartlara uyğun olsun. Bundan nə cəmiyyət, nə də təbiət əziyyət çəkməsin. Buna görə də həmin ərazilərin seçilməsi, məsələnin mahiyyətinin qiymətləndirilməsi, dəyərləndirilməsi həyata keçirilib”, - deyə M.Qənbərov bildirib.
Adıçəkilən ekoloji layihə sənədlərini hazırlayan "Eko Monitorinq" MMC-nin təmsilçisi Əbülfəs Allahverdiyev qeyd edib ki, Ağdam rayonu ərazisində 15, Tərtər, Qubadlı, Cəbrayıl rayonları ərazisində 5, Xocalı rayonu ərazisində 10, Laçın və Kəlbəcərdə isə 10 hektar torpaq sahəsi tullantı poliqonlarının salınması üçün nəzərdə tutulub. Füzuli və Zəngilan rayonları ərazisində müvafiq olaraq 5 və 10 hektar torpaq sahələri isə ötürücü məntəqələrin salınması üçün ayrılıb. Bütün poliqonlarda idarəetmə sistemi, poliqonun quruluşu eynitiplidir. Tullantı poliqonlarının yeri seçilən zaman bütün ətraf mühit parametrləri nəzərə alınıb. Yerlərin seçimi elə bir formada aparılıb ki, ətraf mühitə təsiri minimum olsun.
"Göründüyü kimi ən böyük ərazi Ağdam rayonunda ayrılıb. Orada 50 min kubmetrlik tullantı mərkəzinin yaradılması nəzərdə tutulub. Həmin ərazidə nişanlanma işləri aparılıb. Ərazi ANAMA tərəfindən mina və digər təhlükəli silah-sursatlardan təmizlənərək prosesə tam hazır vəziyyətə gətirilib. Poliqon Ağdam rayonunun mərkəzindən 12 kilometr məsafədə yerləşir. Yerin seçilməsi zamanı hakim küləklərin istiqaməti, habelə tullantı poliqonlarından atmosferə iy-qoxunun yayılması məsələləri də nəzərə alınıb. Poliqon ərazisində 5 min 669 kvadratmetr yaşıllıq zolağının salınması nəzərdə tutulub. Bu ərazi gələcəkdə tullantı poliqonunun ətraf mühitə təsirlərinin yumşaldılması məqsədi daşıyır. Bütün beynəlxalq normalar, qanunvericiliyin tələbləri, mövcud standartlar nəzərə alınmaqla poliqonun sahəsi planlaşdırılıb və Baş plan hazırlanıb. Qanunvericiliyin tələblərindən biri də layihə başlanmazdan əvvəl həmin ərazidə monitorinq işlərinin aparılması, ilkin vəziyyətin öyrənilməsidir. Layihəyə başlamazdan əvvəl ətraf mühitin vəziyyəti necədirsə, layihə həyata keçirilən dövrdə də həmin parametrlər dəyişməz qalmalıdır. Bunun üçün layihəyə başlamazdan əvvəl ölçmə işləri aparıb, torpaqdan, qrunt sularından, atmosferdən nümunələr götürmüşük. Məsələyə kompleks yanaşılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölməsi olan Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ölçmə işlərinə cəlb olunub. Onların müasir texnikalarından, mobil laboratoriyalarından istifadə edilib. Layihə həyata keçirilməzdən əvvəl biomüxtəlifliyin öyrənilməsi üçün peşəkar mütəxəssislər cəlb olunub, monitorinq aparılıb, mövcud bitki və heyvanat aləmi təhlil edilib və müvafiq sənədə əlavə olunub. Ərazidə işləyən işçilərlə də maarifləndirici söhbətlər aparılıb, onların fikirləri öyrənilib", - deyə Ə.Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Füzuli və Zəngilan rayonları ərazisində poliqon deyil, ötürücü məntəqələrin qurulmasının nəzərdə tutulması hava limanlarının olması ilə əlaqədardır: "Bəs ötürücü məntəqələrin poliqonlardan fərqi nədir? Burada əsas məqsəd tullantının həmin məntəqəyə daşınması və müvafiq poliqonlara ötürülməsidir. Füzuli ötürücü məntəqəsinə qəbul olunan tullantılar Ağdam poliqonuna daşınacaq. Burada daşınma fasiləsiz olaraq aparılacaq, yəni tullantıların toplanması halları olmayacaq. Tullantı poliqonlarında olduğu kimi, burada da bütün növ ekoloji monitorinq işləri aparılıb. Müvafiq olaraq bütün poliqon və ötürücü məntəqələrlə bağlı 9 sənəd hazırlanıb, bütün layihə məlumatları həmin sənədə daxil edilib və Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. İctimai dinləmədən sonra nəticəsi protokol şəkilində sənədə əlavə ediləcək və yekun ekspertiza rəyi üçün müraciət olunacaq".
Layihə icraçısı "Promor" MMC-nin direktoru Həsən Bəkirov isə qeyd edib ki, azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsinin layihələndirilməsi prosesi başa çatıb. Artıq layihələrin sahədə icrasına başlamaq üzrəyik: "Bu proses vasitəsilə bütün tullantıların idarə olunması, zərərsizləşdirilməsi nəzərdə tutulub. Bütün poliqonların tutumunun 50 min kubmetr olması planlaşdırılıb. Həmçinin mövcud tullantı sularının və bioqazların idarə olunması da diqqətə alınıb. Belə ki, hər ikisi təhlükəsiz formada təbiətə ötürüləcək. Tullantı sularının idarə olunması üçün ümumilikdə hər bir poliqon ərazisində filterizasiya blokları quraşdırılacaq. Həmin bloklar vasitəsilə bütün sular qəbul olunacaq, filtr olunacaq və suvarma məqsədilə əkin sahələrinə ötürüləcək", - deyə icraçı fikrini tamamlayıb.

19-01-2024, 19:30 120

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903