Qeyri-sabit hava şəraitinin üzümə təsiri və fəsadlarının aradan qaldırılması yolları

Son zamanlar respublikanın dağlıq və dağətəyi bölgələrinin, o cümlədən Abşeron bölgəsinin  bəzi üzüm bağlarında tənəklərin budama zamanı saxlanılmış gözcüklərinin açılmaması, “gözburaxma” yaxud gözcüklərin oyanmama problemləri ilə qarşılaşılır.

Gözcüklərin açılma vaxtı və miqdarı ilin hava şəraitindən, sortdan, tənəyin vəziyyətindən, budama zamanı saxlanılmış gözcüklərin sayından, bar zoğlarının uzunluğundan, gözcüklərin formalaşmağa başlama və inkişaf vaxtından, diferensasiya səviyyəsindən, tənəyin becərilmə şəraitindən və s. əhəmiyyətli dərəcədə asılıdır. Bir çox sortlar (Ağ şanı, Qara şanı, Qara kişmişi və s.) vardır ki, əlverişli şəraiti olmasına baxmayaraq onların bar zoğları uzun kəsilərsə (10 və daha çox gözcükdən yuxarı) gözcüklərin açılma miqdarı aşağı olur. Bu xüsusiyyət bu sortların genetik təbiətindən irəli gəlir. Budama zamanı, belə sortların bar zoğlarını qısa (3-5 gözcüyə) və orta (6-8 gözcüyə) uzunluqda kəsmək məqsədəuyğundur. Lakin, bir çox sortlarda tumurcuqların şişməsi və açılması dövründə hava şəraiti əlverişsiz, yəni quraq, soyuq və şaxtalı keçərsə, bar zoğlarındakı gözcüklərin (zoğun əsasına, yəni dibinə doğru) əksəriyyəti açılmır. Bu çatışmazlıq bütün növ budamalarda (qısa, orta, uzun) müşahidə edilir. Bu hadisə üzümçülükdə “gözburaxma” adlanır. Gözburaxma nəticəsində tənəklərin forması itir, gələcək budama zamanı ciddi problemlər yaranır. Ən başlıcası isə məhsuldarlıq kəskin aşağı (30-80%) düşür.
Müşahidələrimiz nəticəsində “gözburaxma” yaxud “gözün açılma pozuntusu”  səbəblərini şərti olaraq 5 qrupda cəmləşdirmişik. 1) xəstəlik və zərərvericilərin təsiri; 2) yetişdirilmə texnologiyasında və ənənəvi becərmələrdəki çatışmazlıqlar; 3) hibberellin turşularından və azotlu gübrələrdən həddən çox istifadə; 4) üzüm yetişdirilməsində xətalar və tövsiyələrdən kənar tətbiqlər; 5) iqlim dəyişikliyi və hava şəraiti.
Gözlərin oyanmasına və açılmasına “üzüm gövdə” xəstəliklərinin (Ölükol, Eskarioz, kök çürüməsi və s.) təsiri böyükdür. Gövdə göbələk xəstəliklərinin inkişafı zamanı tənəyin oduncağında və qabığında boruların (ksilema, floema) tutulması nəticəsində kök və gövdə arasındakı su və qida maddələrinin mübadiləsi (transferi) zəifləyir, yaxud dayanır. Bu isə gözcüklərin açılmasına mənfi təsir edir. Bununla yanaşı üzümdə tumurcuqların sükunət və şişkinləşmə mərhələsində havaların mülayim keçməsi göbələk xəstəliklərinin, o cümlədən gövdə göbələk xəstəliklərinin faliyyətinin davam etməsinə və zərər verməsinə şərait yaradır. Filloksera, Bağ meymuncuğu, İyun böcəyi və s. zərərvericilərin inkişafı da gözcüklərin açılmasına mənfi təsir edir.
Yetişdirilmə texnologiyasında və ənənəvi becərmələrdəki çatışmazlıqlara budamanın vaxtında və düzgün aparılmaması (yarpaqlar tökülmədən və yazda gec aparılan budamalar), budama zamanı tənəyə iri yaraların vurulması, tənəyin inkişafına uyğun gözcük yükünün verilməməsi, budama alətlərinin dezinfeksiya edilməməsi, budanmış zoğların uzun müddət sahədə saxlanılması, yaxud doğranıb sahədəki torpağa qarışdırılması, torpağın fiziki-kimyəvi, mexaniki xüsusiyyətlərinin nəzərə alınmaması, fillokseraya davamlı calaq tinglərdən istifadə olunmaması, budama qurtardıqdan sonra və gözlər açılmamışdan qabaq bordo mayesi ilə profilaktiki mübarizənin aparılmaması, sahənin xırda və iribuynuzlu heyvanlarla otarılması və s. daxildir. Bundan başqa, tənəklərdə həddən artıq (25%-dən çox) və erkən yarpaqların yığılması, ucqoparma və s. işlər fotosintezin intensivliyini kəskin azaldaraq gözcüklərin formalaşmasına mənfi təsir edir.
Son illərdə qlobal iqlim dəyişikliyi fonunda müşahidə edilən anomal hava şəraitinin təsirləri üzüm bitkisindən də yan keçmir. Son illərdə oktyabr-mart aylarında havaların mülayim keçməsi, o cümlədən ani dəyişiklik və tərəddüdlər, uzun müddət davam edən quraqlıq, birdən-birə düşən qəfil və şiddətli yağışlar əlverişsiz hava şəraiti yaratmaqla, torpaqda gedən mikrobioloji, minerallaşma və s. proseslər üçün faydalı olmur, oyanma dövründə lazım olan torpaq xüsusiyyətlərinin çatışmazlığına səbəb olur. Nəticədə gözcüklərdə nizamsızlıq və oyanmama problemi  yaşanır.
İlkin yazda (martın axırları və apreldə, o cümlədən mayın əvvəllərində) havaların nisbətən soyuq keçməsi, müşahidə edilən şaxtalar, yağıntıların həddən artıq az və həddən artıq çox düşməsi nəticəsində bir sıra sortların tənəklərində xloroz müşahidə edilir. Ayrı-ayrı illərdə bu hadisə ilə qarşılaşdıqda saralma müşahidə edilən tənəklərin gövdə ətrafına ammonium nitrat və kalium sulfat gübrələrini (40-50 qram ammonim-nitrat və 40-50 qram kalium-sulfat) qarışdırıb səpmək və sulamaq lazımdır. Bununla yanaşı həmin tənəklərə may və iyun ayının əvvəllərinə qədər (xloroz aradan qalxana qədər) 7-12 gündən bir (3-4 dəfə) tərkibində dəmir elementi də olan yarpaq gübrələrinin (Razormin, Attack, Elifer kombi və s.) çilənməsi məqsədəuyğundur. Yuxarıda göstərilən hava şəraiti Abşeronda müşahidə olunanda xloroz əsasən yerli Ağ şanı, Sarıgilə, Xatını, Qara pişraz, Qara şanı, Qızıl üzüm, Kişmişi və s. üzüm sortlarında müşahidə olunur.
Qeyri-sabit hava şəraitinin üzümə təsiri və onun fəsadlarının aradan qaldırılması yolları – Fermerlərə tövsiyə Qeyri-sabit hava şəraitinin üzümə təsiri və onun fəsadlarının aradan qaldırılması yolları – Fermerlərə tövsiyə

21-04-2022, 10:10 192

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964