"Qəbələ rayonu ərazisində yeni su anbarı tikilir”. Bununla bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov "Ekspert saatı"nda məlumat verib. O qeyd edib ki, tikintisi planlaşdırılan Yenicə su anbarı bu rayonun ərazisində olacaq:
"Su anbarının ərazisi 130 hektar təşkil edəcək və plana əsasən, Qəbələ rayonunun 10 min ha ərazisinin suvarılmasına xidmət edəcək”.