Turizm marşrutu boyunca 133 obyekt SÖKÜLÜB - SƏBƏB


Turizm marşrutları boyunca yol kənarlarındakı obyektlərin təmiri istiqamətində görülən işlər açıqlanıb.

Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, layihələndirmə işləri ilkin olaraq Şimal-Qərb turizm koridoru üzərində yerləşən və bu koridorun tərkib hissəsi olan Bakı üzrə Binəqədi və Abşeron rayonlarında, eləcə də Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında aparılıb.
“Görülən işlərin əsas məqsədi qeyd olunan rayonlarda yerləşən ticarət və istirahət, həmçinin digər obyektlərin yenidən müasir tələblərə cavab verməklə layihələndirilməsi, layihəyə uyğun olaraq texniki, konstruktiv cizgilərlə təmin edilməsindən ibarətdir.
Birinci mərhələdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına Dövlət Turizm Agentliyi, rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə baxış keçirilərək 218 obyekt təsbit edilib. Bunlardan 108 obyektin qanunsuz tikilməsi və təhlükəsizlik amili nəzərə alınaraq sökülməsinə qərar verilib. Əsas hissəsi aşınmış yollar və yol mühafizə zonasına aid olan 218 obyektdən 110-nun yenidən layihələndirilməsinə qərar verilib. Hazırlanmış layihələr təqdim olunduqdan sonra layihədə nəzərdə tutulan işlər sahibkarlar tərəfindən həyata keçirilib”, - deyə qeyd olunub.
Vurğulanıb ki, əsas marşrut üzrə turistik iaşə obyektlərinin bir hissəsinin kiçik sahibkarlara məxsus olmasını, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və Qarabağ müharibəsi əlillərinin mövcudluğu faktorunu nəzərə alaraq Dövlət Turizm Agentliyi tərəfindən onlara həvəsləndirici amil olaraq zəruri inventar və qurğular ödənişsiz təqdim olunub:
“Belə qurğuların kiçik bir hissəsi (sanitar qovşaqlar, mətbəx köşkləri, müxtəlif formalı söhbətgahlar, manqalxana, təndir köşkləri, stollar, skamyalar, mobil meyvə köşkləri, gül dibçəkləri və s.) quruculuq işlərinə vəsait xərcləyən orta sahibkarlıq subyektlərinə də təqdim olunub.
İkinci mərhələdə DTA və digər müvafiq qurum nümayəndələrinin birbaşa iştirakı ilə Binəqədi və Abşeron rayonundan keçən əsas marşrut üzərindəki iaşə və sənaye obyektlərinə, eləcə də bir neçə fərdi evə baxış keçirilib. Sulutəpə dairəsindən Müşfiqabad qəsəbəsi də daxil olmaqla 185 obyekt təsbit edilərək bunlardan 25-i həm yararsızlıq və baxımsızlıq amilindən, həm də yol mühafizə zolağına girməsi səbəbindən RİH tərəfindən sökülüb, alternativ yer təklif və təqdim olunub.
Ümumən DTA-nın vəsaiti ilə 120 obyekt, RİH tərəfindən isə 50 layihə hazırlanaraq təsdiqlənib. Layihələr sahibkarlara təqdim olunub və onlar tərəfindən icra edilib. İşlərin yekunu marşrut üzrə reklam lövhələrinin, həmçinin yol məlumat nişanlarının quraşdırılmasını özündə ehtiva edir. Sahibkarlıq subyektlərinə DTA tərəfindən dizayn nümunələri təqdim olunub və icrasını sahibkarlar özləri həyata keçiriblər. Ümumi yolboyu məlumat nişanları isə DTA-nın vəsaiti əsasında yerləşdirilib”.

25-04-2022, 17:35 198

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964