Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması ağacəkmə aksiyası ilə davam edib.İki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Pakistan səfirliyinin nümayəndələri, hökumət rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı tələbələrin iştirakı ilə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
ETSN ətraf mühit naminə görülən tədbirlərdə hər kəsi aktiv iştirak etməyə, ölkəmizdə yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.