Türkiyənin Rizə vilayətinin dünyaca məşhur Anzer yaylasına qar yağıb. Mayın ilk günlərində yağan qar gözəl mənzərələrə səhnə olub. Dünəndən yağan qar 2105 metr yüksəklikdəki ərazini ağ örpəyə bürüyüb. Yağıntı, həmçinin Qars vilayətinin yüksək yerlərində də təsirli olub.